İllik Hesabat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix23.02.2017
ölçüsü0,5 Mb.
#9524
1   2   3   4   5   6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2009-cu il ərzində maarifləndirilmiş insanların sayının dioqram göstəricisi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HUMANİTAR DƏYƏRLƏR 

 

6. 



Ийун

 

2775 



1388 

1387 


7. 

Ийул


 

3544 


1780 

1764 


8. 

Август


 

3512 


1755 

1757 


9. 

Сентйабр


 

3125 


1610 

1515 


10. 

Октйабр


 

3122 


1617 

1505 


11. 

Нойабр


 

3550 


1775 

1775 


12. 

Декабр


 

3665 


1835 

1830 


19 

2009-cu il ərzində Cəmiyyətin Sabirabad, Lənkəran, Mingəçevir Regional 

Mərkəzlərində  65  nəfər  könüllü,  məktəbli,  tələbə  humanitar  dəyərlər  üzrə 

seminarlarda, dəirmi masalarda iştirak etmişdir. 

  

 

 



“8  may  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  yaranması” 

günü  ilə  əlaqədar  Pirşağı  qəsəbəsi  10  saylı  internatdakı  60  nəfər  rəsmə  meyilli 

uşağa  və  Bakı  şəhəri  82  və  132  saylı  orta  məktəbdə  inşa  müsabiqəsində  iştirak 

edən 58  məktəbliyə BQX/QAH-nın tarixi, tərkib hissələri və onun fəaliyyətləri, 

həmçinin AzQAC haqqında ətraflı məlumat verilmişdir.  

 

10  mart  AzQAC  günü  ilə  əlaqədar  Texniki  Universitetdə  Qan  vermə 



aksiyası təşkil edilmişdir.  

  

2009-cu ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 500 ədəd, 2008-ci il 



üçün İllik Hesabatı dərc edilmişdir.  

“Yeni Təfəkkür”, “Zerkalo”, “Azərbaycan”, “Respublika”, “Vışka”qəzetlərində, 

1news,  Trend,  kaspiy,  SIA,  AzerTac,  APA,  Day.az,  Navigator.az,  Aile-

hekimi.az  internet  xəbər  agentliklərində  və    Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  internet  səhifəsində  toplam  olaraq  Cəmiyyətin  həyata  keçirdiyi 

tədbirlər və fəaliyyətlər barədə 170 məqalə nəşr edilmişdir.

  

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin internet səhifəsi yenilənərək ilin 



sonunda istifadəyə buraxılmışdır. 

 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin və 



Beynəlxalq Humanitar Hüququn Əsaslarının Yayımı Proqramı 

 

Məqsəd 

 

Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  (BQX/QAH)  tarixi  və  onun 



tərkib hissələri, yəni Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl 

Xaç  və  Qızı  Aypara  Cəmiyyətləri  Federasiyası  (Federasiya)  və  Milli  Qızıl 

Xaç/Qızıl  Aypara  Cəmiyyətlərinin  fəaliyyətləri,  Hərəkatın  fundamental 

prinsipləri,  Qızıl  Xaç,  Qızıl  Aypara  və  Qızıl  Kristal  emblemlərindən  düzgün 

istifadə  qaydaları  və  Beynəlxalq  Humanitar  Hüququn  (BHH)  əsasları  haqqında 

məlumatları ictimaiyyət arasında yaymaqdır.  

 

Tarix 

 

BHH-nin  əsasları  və  BQX/QAH-ın  fundamental  prinsiplərinin  yayımı  Cenevrə 

Konvensiyalarına  imza atmış dövlətlərin öhdəliklərindən biridir.  Bu  işin  həyata 

keçirilməsində  Milli  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  yaxından  dəstək 

verir.  Silahlı  münaqişə  zamanı  insan  hüquqlarının  qorunmasına  yönəlmiş  BHH 

qaydaları 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyaları və 1977, 2005-ci 

illərdə onlara əlavə olunmuş protokollarda öz əksini tapır.  


20 

Yayım proqramı 1997-ci ildən BQXK-nın maliyyə və texniki dəstəyi ilə həyata 

keçirilir. 

 

 

 

Fəaliyyət 

 

Proqram  BQXK  və  Azərbaycan  Qızıl  Ayprara  Cəmiyyəti  (AzQAC)  arasında 



bağlanmış  əməkdaşlıq  sazişi  çərçivəsində,  2009-cu  ilin  fəaliyyət  planı  əsasında 

həyata keçirilmişdir.  

 

Fəaliyyət  planına  uyğun  olaraq,  2009-cu  il  aprelin  28-i  AzQAC-ın  baş 



qərargahında  regionlarda  fəaliyyət  göstərən  yayım  könüllüləri  üçün  1  treninq 

keçirilmişdir.

 

Treninqin  məqsədi  yayım  fəliyyətini  regionlarda  genişləndirmək, 



könüllülərə  BQX/QAH  və  AzQAC  haqqında  son  məlumat  vermək, 

təqdimatların  düzgün  və  effektiv  təqdim  edilməsi  üçün  müfaviq  bilgilər 

aşılamaq  ,  BQX/QAH-nın    yaradılmasının  150,  BQX/QACF-nın  90,  Cenevrə 

Konvensiyalarının  qəbul  edilməsinin  60,  AzQAC-ın  təsis  edilməsinin  89-cu  il 

dönümü  ilə  bağlı  tədbirlər  planını  birgə  müzakirə  etməkdən  ibarət  olmuşdur. 

Treninqin  gündəliyinə  yayım  könüllüləri  üçün  nəzərdə  tutulmuş  və  yenilənmiş 

təlimat kitabından  istifadə qaydaları, təsdiq edilmiş yayım siyasəti  və onun  icra 

mexanizmi,  BQX/QAH  və  AzQAC  haqqında  qəbul  edilmiş  sonuncu  hüquqi 

normativ  aktlar  haqqında  məlumatlar  barəsində  mövzular  daxil  olmuşdur. 

Treninqdə 14 yayım könüllüsü iştirak etmişdir.  

 

Fəaliyyət  planına  uyğun  olaraq,  yayım  sektoru  tərəfindən  aşağıda  göstərilən 



tarixdə    regionlara  səfər  edilmişdir.  Səfərin  əsas  məqsədi  regionlarda  fəaliyyət 

göstərən 

yayım 

könülllərinin 



təqdimatlarını 

təlimat 


kitabı 

əsasında 

qiymətləndirərək    onlara  lazımi  düzəlişlər  etmək  və  bu  sahədə  yayım 

könüllülərinə  müvafiq  məsləhətlər  verməkdən  ibarət  olmuşdur.  Təqdimatdan 

sonra  müsbət  və  mənfi  tərəflərlər  yayım  könüllülərinin  nəzərinə  çatdırılmış, 

bununla  bağlı  məsləhətlər  verilmişdir.  Səfərdə  BQXK-nın  məsul  nümayəndəsi 

də iştirak etmişdir.    

 

   



 

 

 



 

 

 



 

 

 



Tarix 

Region 

Könüllü 

İştirakçı 

26 may 


Gəncə 

Sücəddin 

Qurbanov 

9 nəfər 


27 may 

Mingəçevir 

Nüsrət Yusifli 

10 nəfər 

16 iyun 

Sabirabad 

Seyidağa Abbasov 

11 nəfər 

17 iyun  

 Lənkəran 

Səmədov Zəfər 

     12 nəfər 

23 iyun 

Bakı 


Məmmədov Elçin         9 nəfər 

25 iyun  

Sumqayıt 

Əhədov Qürbət 

9 nəfər 

06 iyul 


Qarabağ 

Gülşən ... 

9 nəfər 


21 

Fəaliyyət  planına  uygun  olaraq  regionlarda  fəaliyyət  göstərən  yayım  könüllüləri 

tərəfindən  ətraf  rayonlara  səfər  edilmişdir.  Səfərin  məqsədi  rayonlarda  və 

kəndlərdə 

yaşayan 

insanlara 

BQX/QAH-ın 

tarixi 


və  komponentləri, 

fəaliyyətləri,  fundamental  prinsipləri,  BHH-nin  əsasları  haqqında  məlumat 

verməkdən  ibarət  olmuşdur.  Həmçinin,  səfər  zamanı  insanlara  2009-cu  ilin 

Hərəkat üçün əlamətdar il olması, yəni BQX/QAH-nın 150, BQX/QACF-nın 90, 

Cenevrə  Konvensiyalarının  qəbul  edilməsinin  60,  AzQAC-ın  89-cu  il  dönümü 

barəsində də informasiya verilmişdir. Səfər zamanı 420 nəfər maariflənmişdir. 

 

8  may  2001-ci  il  tarixdə  qəbul  edilmiş  “Qızıl  Xaç  və  Qızıl  Aypara 



emblemlərindən  istifadə  və  onların  müdafiəsi  haqqında”  №  128-II  Q  saylı 

Azərbaycan  Respublikasının  Qanununa  və  buna  müvafiq  olaraq  1949-cu  il  12 

avqust  tarixli  Cenevrə  Konvensiyaları  və  onlara  əlavə  edilmiş  müvafiq 

protokollara  uygun  olaraq  Qızıl  Xaç  və  Qızıl  Aypara  emblemlərindən  düzgün 

istifadə  və  onların  müdafiəsi  ilə  bağlı  kampaniyalar  keçirilmişdir.  “Dental 

House”  özəl  klinikası  qanunsuz  olaraq  öz  reklam  lövhəsində  və  nəqliyyat 

vasitələrində “Qızıl Xaç” emblemindən qanunsuz istifadə etmişdir. Qızıl Xaç və 

Qızıl  Aypara  emblemlərindən  istifadə  və  onların  müdafiəsi  haqqında  mövcud 

qanunvericiliyə  uyğun  olaraq  məhkəmə  qaydasında  klinika  tərəfindən  “Qızıl 

Xaç” emblemindən sui-istifadənin qarşısı alınmışdır. 

KİV-də  BQX/QAH-ın  tərkib  hissələrinin  adlarında  “Qızıl”  sözünün 

“Qırmızı”  kimi  işlədilməsinin  qarşısının  alınması  məqsədilə,  Azərbaycan 

Respublikasının  müvafiq  Qanununa  uyğun  olaraq  “Qırmızı  Xaç  və  Qırmızı 

Aypara”  sözləri  “Qızıl  Xaç  və  Qızıl  Aypara”  sözləri  ilə  əvəz  edilməsi  barədə 

informasiya agentliklərinə məlumat xarakterli məktublar  ünvanlanmışdır.  

 

“8  may  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  yaranması” 



günü  ilə  əlaqədar  Pirşağı  qəsəbəsi  10  saylı  internatdakı  60  nəfər  rəsmə  meyilli 

uşağa  və  Bakı  şəhəri  82  və  132  saylı  orta  məktəbdə  inşa  müsabiqəsində  iştirak 

edən 58  məktəbliyə BQX/QAH-nın tarixi, tərkib hissələri və onun fəaliyyətləri, 

həmçinin  AzQAC  haqqında  ətraflı  məlumat  verilmişdir.  10  mart  AzQAC  günü 

ilə əlaqədar Texniki Universitetdə təşkil edilən Qan vermə aksiyasında 320 ədəd 

əyani vəsait paylanmışdır.   

   

Mütəmadi olaraq hər ay yeni qeydiyyatdan keçmiş Cəmiyyətin könüllülərinə və 



üzvlərinə,  yeni  işçilərə  BQX/QAH  onun  tərkib  hissələri  və  fundamental 

prinsipləri  və  BHH-nin  əsaları  haqqında  təlimlər  keçirilmişdir.  Təlim 

nəticəsində  34  nəfər  maariflənmişdir.  Həmçinin  AzQAC-da  istehsalat  təcrübəsi 

keçən Dövlət Slavyan Universitetinin 20, Qərb Universitetinin 6 tələbəsinə təlim 

keçirilmişdir.  

 

Ətraflı  Məlumatların  Toplanması  proqramı  ilə  haqqında  baza  məlumatlar 



təqdimata  daxil  edilərək  həm  regionlarda,  həm  də  Bakı  şəhərində  yayım  işləri 

həyata  keçirilmişdir.  Yayım  sektorunun  işçiləri  ƏMT  proqramı  ilə  bağlı 

keçirilən gorüşlərdə iştirak etmişlər.  


22 

Təsisçisi  AzQAC  olan  “Yeni  Təfəkkür”  qəzetində  Cəmiyyətin  həyata  keçirdiyi 

tədbirlər və fəaliyyətlər barədə 75 məqalə nəşr edilmişdir. Qəzetin Azərbaycanın 

müxtəlif regionlarından 500 abunəçisi vardır. 

 

          Nəaliyyət 

 



2009-cu  il  ərzində  Regionlarda  fəaliyyət  göstərən  14  yayım  könüllüsü 

BQX/QAH və BHH-nin əsasları, AzQAC-ın humanitar fəaliyyəti  haqqında son 

məlumatlar əldə etmiş, yayım siyasəti və onun icra mexanizmi, həmçinin, yayım 

könüllülərinin  yenilənmiş  təlimat  kitabı  və  onun  istifadə  qaydaları  ilə  tanış 

olmuşdur.     

 

 



BQX/QAH onun tərkib hissələri və fundamental prinsipləri və BHH-nin əsaları 

haqqında  maariflənənlərin  sayı  cəmi  1153  nəfər  təşkil  etmişdir.  (Təlimlər 

zamanı  Bakı şəhəri  üzrə 130  nəfər, regionlar üzrə 449  nəfər, kampaniya, tədbir 

üzrə 583 nəfər.) 

 



 



1 özəl tibbi klinikada “Qızıl Xaç” emblemindən sui-istifadənin qarşısı                        

           alınmışdır. 

 



 



“Yeni Təfəkkür” qəzetinin 500 abunəçisi AzQAC-ın tədbir və fəaliyyətləri                                      

            ilə bağlı 75 məqalə ilə tanış olmuşlar. 

 

 

BEYNƏLXALQ ƏLAQƏLƏR 

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2009-cu ildə də beynəlxalq əlaqələri inkişaf 

etdirməklə  bir  çox  nailiyyətlər  əldə  etmişdir.  Ötən  il  ərzində  cəmiyyətin 

əməkdaşları çoxsaylı beynəlxalq görüşlərdə, seminarlarda və konfranslarda iştirak 

edərək  cəmiyyəti  və  Azərbaycan  Respublikasını  yüksək  səviyyədə  təmsil 

etmişlər. 

 

2009-cu  il  iyun  ayının  30-da  Özbəkistan  Qızıl  Aypara  Cəmiyyəti  haqqında 



müvafiq Qanunun  qəbul edilməsi  ilə əlaqədar konfrans keçirilmişdir. Özbəkistan 

Qızıl  Aypara  Cəmiyyəti  və  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri 

Federasiyasının  dəvəti  ilə  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  prezidenti, 

Milli Məclisin deputatı cənab Novruz Aslanov və cəmiyyətin İcraçı Katibi Bəylər 

Talıbov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə rəsmi səfər etmişlər. Konfransda 

qətnamə  qəbul  edilərək  işçi  təşəbbüs  qrupu  yaradılmış  AzQAC  haqqında  qəbul 

edilmiş  Qanunun  tətbiqi  ilə  bağlı  təcrübəni  bölüşdüyünə  görə  Özbəkistan  Qızıl 

Aypara Cəmiyyəti tərəfindən şəxsən AzQAC-ın prezidentinə xüsusi minnətdarlıq 

bildirilmişdir. 

 


23 

2009-cu  il  yanvar  ayının  26-dan  30-dək  Kambodjanın  Siem  Reap  şəhərində 

Beynəlxalq  Qızıl  Xaç  /  Qızıl  Aypara  Hərəkatının  (Hərəkat)  "Mina/Partlamamış 

Hərbi  Sürsatlara  (PHS)  Qarşı  Mübarizə"  üzrə  növbəti  beynəlxalq  görüşü 

keçirilmişdir.  AzQAC-ı  "Mina/PHS-lərə  Qarşı  Mübarizə"  proqramının  rəhbəri 

Bayram Vəliyev təmsil etmişdir. 

 

2009-cu  il  aprel  ayının  01-dən  02-dək  Ukraynanın  paytaxtı  Kiyev  şəhərində 



Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  HİV  və  AİDS-lə  mübirizəyə 

qarşı  Qlobal  Alyansının  Konfransı  keçirilmişdir.  Görüş  Ukrayna  Qızıl  Xaç 

Cəmiyyəti  və  Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri  Federasiyasının 

Avropa  Zonası  tərəfindən  təşkil  olunmuşdu.  Görüşdə  AzQAC-ı  İcraçı  Katib 

Bəylər Talıbov və müavini Şaban Şayev təmsil etmişlər. 

 

2009-cu il aprel ayının 29-dan 30-dək İsveçrənin Cenevrə şəhərində 



Beynəlxalq 

Qızıl  Xaç/Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  Seçki  komotəsinin  ikinci 

iclası keçirilmişdir. İclasda seçki komitəsinin sədri Simalı Amerika qitəsini təmsil 

edən  xanım  Karol  Pauel  (Yamayka),  Seçki  Komitəsinin  üzvü  Avropa  qitəsini 

təmsil  edən  Şaban  Şayev  (Azərbaycan),  Beynəlxalq  Qızıl  Xaç/Qızıl  Aypara 

Cəmiyyətləri  Federasiyasının  məsul  aməkdaşı  Frank  Moxerhauer,  xanım  Eliz 

Bodo və xanım Korin Orlik iştirak etmişlər. 

 

 



2009-cu  il  may  ayının  7-də  Fransanın  Paris  şəhərində  Fransa  Qızıl  Xaç 

Cəmiyyətinin  dəstəyi  ilə  İnsan  Pandemiyasına  Hazırlıq"  layihəsi  çərçivəsində 

Beynəlxalq 

Qızıl 


Xaç/Qızıl 

Aypara 


Cəmiyyətləri 

Federasiyası 

Milli 

Cəmiyyətlərinin  Baş  Katiblərini  bir  araya  toplayaraq  görüş  təşkil  etmişdir. 



Görüşdə  ÜST,  USAİD,  İNTER  ACTİON,  CORE  QROUP  kimi  təşkilatların 

Beynəlxalq  ekspertləri  iştirak  etmişlər.  Azn  Qızıl  Aypara  Cəmiyyətinin  İcracı 

Katibi  Bəylər  Talıbov,  İcracı  Katibin  müavini  Şaban  Şayev  və "Pandemiyaya 

hazırlıq"  lahiyəsinin koordinatoru Mətanət Qaraxanova da  həmin  qörüşdə  iştirak 

etmişdirlər. 

 

2009-cu  ilin  iyul  ayının  13-dən  27-nə  kimi  Avstriyanın  Langenlois  qəsəbəsində 



Avstriya  Qızıl  Xaç  Cəmiyyətinin  dəstəyi  ilə  “Təhsil  və  dostluq”  mövzusunda   

yay düşərgəsi təşkil edilmişdir. AzQAC-ı bu görüşdə cəmiyyətin könüllüsü Rauf 

Əliyev və Kamran Talıbov  təmsil etmişlər.  

 

2009-cu  il  iyul  ayının  13-də  Türk  Qızıl  Ayı  tərəfindən    Bursa  şəhərində 



Beynəlxalq  yay  düşərgəsi  keçirilmişdir.  Yay  düşərgəsində  dünyanın  müxtəlif 

ölkələrindən  ,o  cümlədən  İspaniya,  Almaniya,  Gürcüstan,  Suriya,  İsrail, 

Malaziya,  Makedoniya  və  s.  100  nəfərə  yaxın  gənc  dəvət  olunmuşdur. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  Miqrasiya  şöbəsinin  müdiri 

Kətanov  Məmməd  və  maliyyə  şöbəsinin  mühasibi  İbrahimova  Kəmalə  iştirak 

etmişlər. 

 


24 

2009- cu  il dünyada bir çox  hadisələrlə  fərqlənir.  Amma bu  hadisələrdən biri də 

Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının (BQX/QAH) yaranmasının 150,  

Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQX/QACF) 

yaranmasının  90,  1949-cu  il  12  avqust  tarixli  Cenevrə  Konvensiyalarının  qəbul 

edilməsinin  60-cı  il  dönümünün  qeyd  edilməsidir.  İtaliyanın  Solferino  şəhərində 

təşkil  edilıən  bu  nəhəng  tədbirdə  AzQAC-ı  Gənclər  Komitəsinin  sədr  müavini 

Bayram Vəliyev təmsil etmişdir. 

 

 2009-cu  il  iyul  ayının  sonları  və  avqust  ayının  əvvəllərində  Türk  Qızıl  Ayı 



tərəfindən    Bursa  şəhərində  Beynəlxalq  yay  düşərgəsi  keçirilmişdir.  Yay 

düşərgəsində  dünyanın  müxtəlif  ölkələrindən  ,o  cümlədən  Fələstin,  Livan, 

Gürcüstan, Xorvatiya, Kosovo, Macarıstan, Tacikistan, Turkmənistan, Qazaxstan 

və  s.  ölkələrdən  130  nəfərə  yaxın  gənc  könüllü  dəvət  olunmuşdu.  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  Maliyyə  şöbəsinin  iqtisadçısı  İradə 

İbrahimova və 4 nəfər gənc könüllü iştirak etmişlər. 

 

2009-cu  il  sentyabr  ayının   22-dən  23-dək  Macarıstanın  Budapeşt  şəhərində 



Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  Avropa 

Zonası  üzrə  Qərargahında  təşkilati  inkişaf  üzrə  beynəlxalq  görüş  keçirilmişdir. 

Beynəlxalq görüşdə AzQAC-ı Gənclər Komitəsinin sədr müavini, Silahlara Qarşı 

Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev təmsil etmişdir. 

 

2009-cu  il  sentyabr  ayının  14-dən  18-dək  Türkiyə  Cümhuruyyətinin  paytaxtı 



Ankarada  Avropa  Birliyinə,  daha  dəqiq  desək  Avropa  Komissiyasına  humanitar 

layihələrin  planlaşdırılması  və  yazılması  üzrə  5  günlük  seminar-məşğələ 

keçirilmişdir.  AzQAC-ı  bu  seminarda  Gəlirgətirmə  Şöbəsinin  müdiri  Günel 

Quliyeva  və  Gənclər  Komitəsinin  sədr  müavini,  Silahlara  Qarşı  Mübarizə 

proqramının məsləhətçisi Bayram Vəliyev təmsil etmişlər. 

 

 



2009-cu il sentaybr ayının 25-dən 28-dək Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin, 

HIV/AIDS  və  Vərəmə  qarşı  Avropa  Regional  Şəbəkəsinin  birgə  təşkilatçılıgı  ilə 

Qırğızıstan Respublikasının İsıkkul gölü ətrafında ERNA-nın 13-cü illik, ənənəvi 

görüşü  keçirilmişdir.  Görüşdə  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Cəmiyyətləri  (BQX  və  QAC)  Federasiyasının  Avropa  Zonasında  birləşən  52 

dövlətin  Milli  Cəmiyyətlərinin  nümayəndələri,  HİV  və  AİDS  sahəsində  işləyən 

müxtəlif  qeyri-hökumət  təşkilatlarının  əməkdaşları,  ERNA  Şəbəkəsinin 

prezidenti,  vitse-prezidenti  və  məsul  katibi  iştirak  etmişlər.  Görüşdə  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyətini  İcraçı  Katibinin  müavini,  HIV/AIDS  proqramının 

koordinatoru  Şaban  Şayev,  Saglamlıq  və  qaygı  şöbəsinin  müdiri  Mətanət 

Qaraxanova,  Gənclər  və  könüllülər  şöbəsini  müdiri  Xalidə  İsgəndərova  təmsil 

etmişlər.  

 

2009-cu  il  noyabr  ayının  18-dən  21-dək  Keniyanın  paytaxtı  Nayrobi  şəhərində 



Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq 

25 

Federasiya) XVII Baş Assambleyası, bunun ardından isə 23-25 noyabr 2009-cu il 

tarixlərində  həmin  şəhərdə  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının 

(Hərəkat) 

Nümayəndələr 

Şurasının 

görüşü 

keçirilmişdir. 



Beynəlxalq 

Federasiyanın    tam  və  bərabər  hüquqlu  üzvü  AzQAC  da  Baş  Assambleya  və 

Nümayəndələr Şurasında iştirak etmək üçün 4 nəfərdən ibarət Nümayəndə Heyəti 

ilə Kenyanın paytaxtı Nayrobi şəhərinə ezam olunmuşdur. Nümayəndə heyətinin 

rəhbəri  kimi  Milli  Cəmiyyətin  İcraçı  Katibi  Bəylər  Talıbov,  heyətin  üzvləri 

qismində  İcraçı  Katibin  müavini,  həmçinin  Federasiyanın  Seçki  Komissiyasının 

üzvü  Şaban  Şayev,  Milli  Cəmiyyətin  Gənclər  Komitəsinin  sədr  müavini,  (Baş 

Assambleyada  gəncləri  təmsil  edən  nümayəndə  kimi)  həmçinin  Silahlara  Qarşı 

Mübarizə  proqramının  məsləhətçisi  Bayram  Vəliyev  və  Cəmiyyətin  İlk  Yardım 

Sektorunun rəhbəri Şahin Biləndərli təmsil olunmuşlar. 

 

2009-cu  il   avqustun  17-də  İsrail  Magen  David  Adom  Milli  Cəmiyyətinin 



nümayəndə  heyəti  Azərbaycan Qızıl  Aypara Cəmiyyətinə səfər etmişdir.  Səfərin 

əsas  məqsədi  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətininin  işçi  heyətinə  və 

könüllülərinə  həkimə  qədər  göstərilən  ilk  yardım  haqqında  təlim  keçmək  onlara 

bu  sahədə  bilgilər  vermək  olmuşdur.  Israil  Magen  David  Adom  Milli 

Cəmiyyətinin  nümayəndə  heyətinin  tərkibinə  Cəmiyyətin  əməkdaşları  Boris 

Kozokin və David-Frid Appelbaum daxil olmuşlar. 

 

2009-cu  il  noyabr  ayının  24-dən  25-dək  Macarıstanın  Budapeşt  şəhərində 



Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  Avropa 

Zonası  üzrə  Qərargahında  Maliyyə  üzrə  treyninqdə 

Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  Maliyyə  şöbəsinin  müdiri  Ceyhun  Mirzəyev  və 

  Beynəlxalq  Qızıl 

Xaç 


və 

Qızıl 


Aypara 

Cəmiyyətləri 

Federasiyasının 

Azərbaycandakı 

nümayəndəliyin başçısı Səbinənur Məhbubi – İran iştirak etmişlər.  

 

2009-cu  il  dekabr  ayının  23-dən    26-dək  DİPECHO  layihəsi  üzrə  Haim 



Rafalovski və Marianna Liptuqa Azərbaycana rəsmi səfər etmişlər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

26 

GƏNCLƏR VƏ KÖNÜLLÜLƏR  

 

Məqsəd: 

 

Ümumi məqsəd: QAC-də Gənclər və könüllülərin idarəetmə, cəlbolunma və 



qeydiyyatının yaxşılaşdırılması məqsədilə effektiv gənclər və könüllülər 

idarəetmə sisteminin inkişaf etdirilməsi. 

 

Treyninq Modul kursları 

 

Məqsəd: 

 



 



Treyninq modulun hazırlanmasında məqsəd:

 

 



 

Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi; 



 

7 Fundamental Prinsip; 



 

Fəaliyyət haqqında; 



 

Yeni gələn könüllüləri QAC-ın rayon bölməsinin fəaliyyətində iştirak və iş 



görməyə həvəsləndirməkdir. 

 



İl ərzində 1900 nəfər modul treyninq kursunu dinləmiş, 64 nəfər Mingəçevir, 

Sumqayıt, Lənkəran, Sabirabad, Gəncə RM-nin könüllülərini isə modul 

treyninqlə əlaqədar təlimatçı kimi hazırlanmışdır. Həmin təlimatçılar rayonlarda 

əhali üçün treyninqlər həyata keçirirlər.  

 

 

 



 

        


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin