Sümüklərin və dişlərin möhkəmlənməsi
Anatomo-fizioloji xüsusiyyətləri. Yeni doğulmuş uşaqların skeleti qığırdaq toxumalardan ibarətdir və o, uşağın böyüməsi və inkişafı zamanı sümüklə əvəz olunur. Sümüklərdə əsas dəyişikliklər 1-ci 2 ildə, aşağı yaşlı məktəb yaşında və cinsi yetişmə dövründə baş verir. Uşağın sümüyündə çoxlu su və az mineral duzları olur. Buna görə də onlar yumşaq, elastik olur. Uşaq yaşlarında sümüklərin elastikliyi onların az sınmasına şərait yaradır. Sümük toxuması qan təchizatı ilə zəngindir və buna görə də onda hematogen osteonienitin inkişafına meyllik olur.
Uşağın onurğa sümüyü çox elastik olduğundan, skolioz patoloji əyilmə asan olur.
Uşaq doğularkən süd və daimi dişləri rüşeym halında olur. Dişlərin çıxması 6-7 aylarında başlayır. 6 aydan 8 aya kimi aşağı orta kəsici, 1-1,5 aydan sonra yuxarı orta kəsici, 9-dan 12 aya qədər yan kəsici dişlər çıxır. 2 yaşında uşağın 20 dişi olur. 6-7 yaşında süd dişlərin daimi dişlərlə əvəz olması başlayır. Dişlərin dəyişmə qaydası onların çıxma ardıcıllığı kimi olur. Dişlərin dəyişməsi 11-12 yaşlarında cinsi yetişmənin dövründə qurtarır. Daimi dişlər 32-dir.
Sümük sistemi 30-dan çox mikroelementlərin deposu sayılır. Sümük toxumalarının möhkəmliyi bu komponentlərin uyğunlaşması ilə təyin olunur və burada sümük sisteminin tərkibindəki mikroelementlər disbalansının aradan götürülməsinin vacibliyi qeyd olunmalıdır.
Uşaqda əzələ zəif inkişaf etmişdir. Yaşla əlaqədar olaraq əzələ kütləsi böyüyür və cinsi yetişmə dövründə ən çox intensiv böyüməsi baş verir.
Hidrodinamiya şəraitində, qlobal fiziki stress nəticəsində ürək-damar xəstəlikləri, şəkərli diabet, osteoparoz, şiş xəstəlikləri yaranır, daxili hüceyrələrdə mikroelementlərin (sink, manqan, selen, dəmir) çatışmaması formalaşır ki, bu da bu cür xəstəliklərin yaranmasına şərait yaradır.
Yuvenil revmatizmli artrit (YRA)
Birləşdirici toxumaların sistem xəstəliyi olub, əsasən eroziv-destruktiv poliartrit tipi üzrə damarların zədələnməsidir. Xəstəliyin yaranmasında əsas amil immunogenezin pozulmasıdır. Xəstəliyə müxtəlif yaşlarda rast gəlinir, ancaq xəstəliyin zirvəsi 2-4 yaşlarında müşahidə olunur. Qızlar oğlanlara nisbətən 3 dəfə çox xəstələnirlər.
Böyüklərdən fərqli olaraq uşaqlarda YRA kəskin surətdə bədən temperaturunun yüksəlməsi ilə başlayır. Tipik hallarda temperatur dalğavarı xarakterdə olur. Belə ki, yüksək temperaturun müddəti (1-1,5 ay) olur, səhər və axşam temperatur arasındakı fərq 2-3 dərəcə C olur. Bəzi hallarda bədənin yüksək temperaturu 1-2 həftə ərzində qalmaqda davam edir. Bu zaman səhər və axşam temperatur fərqi 1-1,5 dərəcə C olur. Xəstəliyin ağır keçdiyi vaxt temperatur reaksiyası septik xarakter (allergo-septik sindrom) alır, bu isə əsasən kiçik yaşlı uşaqlar üçün xarakterikdir.
Xəstəlik daxili orqanların zədələnməsi, damarların hərəkətinin çətinləşməsi ilə müşahidə olunur. Müalicəni stasionarda keçirirlər.
Dostları ilə paylaş: |