İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


XƏSTƏ UŞAQLARA NECƏ KÖMƏK ETMƏLİ



Yüklə 286,46 Kb.
səhifə157/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   153   154   155   156   157   158   159   160   161
SALAMLIQHAQQINDADNCLR

XƏSTƏ UŞAQLARA NECƏ KÖMƏK ETMƏLİ
Uşaq anadan steril doğulur. Ana bətnində olarkən o, ananın immun sisteminin müdafiəsi altında olur. İlk tənəffüs, qida qəbulu, zərif dəriyə uşaq geyimi ilə toxunması zamanı uşağın orqanizminə yüz minlərlə mikroorqanizmlər daxil olur. Bu isə yeni doğulmuş uşağın gələcək inkişafı üçün ciddi imtahanlardan biridir. Əgər ana hamiləlik dövründə ətraf mühitin mənfi təsirlərinə (ionlaşmış şüalanmaya, zəhərli kimyəvi maddələr və dərmanlarla təmasda olmağa) məruz qalmışsa, bəzi hallarda yeni doğulmuş uşağın immun sistemi onu xarici mühitin zərərli təsirindən müdafiə edə bilmir. Belə ki, əksər uşaqlarda immun sisteminin tam inkişafının olmaması daha çox qeyd olunur.

İmmun sistemi zəif inkişaf etmiş uşaqlara o vaxta qədər kömək etmək lazımdır ki, onun immun sistemi xarici mühitin təsirinə cavab verə bilsin və uşaq bu mühitə tam uyğunlaşsın.

Orqanizmin müdafiəsində spesifik olmayan amillər:


  • Tər və piy vəziləri tərəfindən yaradılan üzvü turşuların dəri örtüyünün bakteriyaya qarşı müqavimətini yaratması;

  • Mikroorqanizmləri həzm edən mədədəki turş maddə;

  • Göz yaşı və ağız suyunun lizosimi;

  • Komplementar və interferon sistem və b.

Orqanizm müdafiəsinin spesifik (immunoloji) amillərinə immunoqlobulinlər aiddir və onların arasında dji (İg G) adlanan immunoqlobulin orqanizmi bir çox yoluxucu xəstəliklərdən qoruya bilir. Onun ana bətnində olan uşağı və doğuşdan sonra orqanizmi infeksiyalı xəstəliklərdən qoruma xüsusiyyəti var.

İg A adlanan başqa bir immunoqlobulin yerli immunitetin formalaşmasında vacib rol oynayır. O bakteriyalarla birləşərək onların dəridən və ya burunun selikli örtüyündən, ağızdan, bağırsaqdan keçməsinə mane olur. Ancaq yeni doğulmuş uşaqda bu immunoqlobulin olmur. Yeni doğulmuş uşağın ilk andan ana südü ilə əmizdirilməsi çox vacibdir. Çünki, ana südündə çoxlu miqdarda Ig A var.

Uşaq süd əmərkən ana südündəki bu qiymətli komponent ağız boşluğunun selikli örtüyü, bağırsaq vasitəsi ilə yayılaraq tənəffüs sisteminin ilkin şöbələrinə keçərək uşağı yoluxmanın daxilə keçməsindən qoruyur.

Süni süd və ondan hazırlanmış sıyıqlarda bu komponent olmur, bu isə süni südlə qidalanan uşaqlarda yoluxucu xəstəliyin yaranma riskini artırır.

Uşağın ikinci və ya üçüncü ilində profilaktiki peyvəndlərin təsiri ilə immunoqlobulinin uşaq orqanizmində səviyyəsi lazım olan həddə çatır ki, bu da onu bir çox yoluxucu xəstəliklərdən qoruyur.

Bəzi uşaqlarda yaxşı qulluq edilsə də, onların əksəriyyəti uşaq poliklinikasına, xəstəxanaya tez-tez müraciət edirlər. Bu uşaqlar tez-tez xəstələnən qrupa aiddir. Belə uşaqların immun sistemi 2-4 il müddətinə gecikir və onlara məktəbdə başqa uşaqlardan yoluxucu virus və bakteriyalar çox asan keçə bilir.

Uzunsürən respiratorlu yoluxucular yaranır və bəzi hallarda xəstəlik ağır formaya keçir.
Tez-tez xəstələnən uşaqların immun sisteminin


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin