Havaya istifadəsinin effektləri:
Xoşagəlməz qoxunu aradan qaldırır.
İnfeksion xəstələr olan evdə əvəzolunmazdır, belə ki, infeksiyanın hava ilə yoluxmasının qarşısını alır.
Soyuducuda olan məhsulların dezinfeksiyası və saxlama müddətinin uzadılması üçün istifadə edilir.
Diqqət:
Ozonatoru istifadə edərkən "İldırım qoxusunun" əmələ gəlməsinə nəzarət etməli. "İldırım qoxusu" havada ozonun konsentrasiyasının yüksək olmasını göstərir ki, bu da yol verilməzdir
AKULAYF
Akulayf aparatında kiçik tezlikli impuls, mənfi təzyiq, Meyxua iynə terapiyası və maqnit iynə terapiyası metodları cəmlənmişdir. Cihaz yığcamdır və xüsusi dizayna malikdir. Onun əldəki nöqtələrlə diaqnostika etmək xüsusiyyəti istifadəçiyə istənilən şəraitdə özünü müayinə etməyə imkan verir.
10 ölkədə (Çin, ABŞ, Yaponiya, Avstraliya, Koreya, Almaniya, Malayziya, Tailand, İndoneziya, Tayvan) bu ixtiraya patent alınmışdır. Sertifikatlar: FDA, EC, GMP, İSO.
Xüsusiyyətləri
1. Cihaz əldəki bioloji məlumatı təyin etmək və oxumaq qabiliyyətinə malik olduğuna görə funksional və patoloji dəyişiklikləri ilkin mərhələdə aşkarlamağa imkan verir.
2. Müxtəlif metodların birləşməsi sayəsində çoxtərəfli müalicə aparmaq olur ki, bu da xəstəlikləri daha tez aradan qaldırmağa imkan verir.
3. Refleksoterapiya vasitəsilə müalicə immuniteti aktivləşdirir və gücləndirir. Bu təbiətdən gələn qeyri-tibbi müalicə metodu orqanizmə zədə yetirmədən sağlamlığı bərpa etməyə və onu qorumağa imkan verir.
4. Kompüterin prosessoru ilə nəzarət olunan aşağı tezlikli impulslar uzun müddət istifadə olunmağa və daim yaxşı əhval-ruhiyyəni təmin etməyə imkan verir.
İstifadəyə göstəriş:
yerli ağrılar və şişkinliklər
ətraflarda keyimə və ağrılar
hərəkətin pozulması
baş ağrıları, baş gicəllənmə
yuxusuzluq, yaddaş zəifliyi
baş beyin travmalarının qalıq fəsadları
üz sinirinin iflici
beyin qan dövranı pozğunluğu
xroniki qastrit, mədə və 12 barmaq bağırsağın xorası
xolesistit
xroniki bronxit, bronxial astma.
Dostları ilə paylaş: |