İmam həSƏn müCTƏba əleyhiSSƏlamin həyati



Yüklə 355 Kb.
səhifə3/10
tarix06.09.2017
ölçüsü355 Kb.
#29048
1   2   3   4   5   6   7   8   9   10

3. İslamda sülhün qaydası


Nəzərə almaq lazımdır ki İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bə’zi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.

Biz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr Ühüd Xəndək və Hüneyndə döyüşürdüsə digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Bəni-Zəmrə və Bəni-Əşcə’ eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.11

Buna əsasən, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) o günlər bə’ziləri üçün mə’lum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı İmam Həsən (əleyhissəlam) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də, özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.

Bu mövzu (İmam Həsən əleyhissəlamın sülhü) pis mə’nada başa düşülməməlidir. Əksinə o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.

İndi isə İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.

Qısa olaraq deməliyik ki əslində İmam Həsən (əleyhissəlam) öz istəyi ilə sülh etmədi əksinə o sülh etməyə məcbur oldu. Yə’ni vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki sülh etmək İmam Həsən (əleyhissəlam) üçün zəruri bir məsələyə çevrildi və o Həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki kim o Həzrətin yerində olub həmin şəraitdə olsaydı sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti həm də İraqın daxili vəziyyəti və habelə, İmamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.

Xarici siyasət nöqteyi-nəzərindən


O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də, müsəlmanlardan əvəz çıxmaq böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən (əleyhissəlam) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tə’nələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?

Görkəmli tarixçi Yə’qubi yazır: «Müaviyə (İmam Həsən əleyhissəlamla sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.»12 Bu tarixi sənəd göstərir ki iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni - Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən (əleyhissəlam) qoşun çəkib Müaviyə ilə vuruşsaydı bu döyüşdə nə İmam Həsən (əleyhissəlam) qalib gələcəkdi nə də Müaviyə. Əksinə bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaqgörənliyi tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir (əleyhissəlam) İmam Həsən (əleyhissəlam)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki əgər İmam Həsən (əleyhissəlam) sülh etməsəydi İslamı böyük təhlükə gözləyirdi.13


Daxili siyasət nöqteyi-nəzərindən


Hamıya mə’lumdur ki hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda, gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının xüsusilə də Kufə əhalisinin İmam Həsən əleyhissəlamın dövründə nə ruhən döyüşə hazırlığı var idi nə də ordu təşəkkül tapa bilmişdi.

Döyüş yorğunluğu


Cəməl Siffeyn və Nəhrəvan döyüşləri həmçinin Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan sonra İraq Hicaz və Yəməndə baş verən və bir çox tələfatlarla nəticələnən Əli əleyhissəlamın və Müaviyənin qoşunları arasındakı qırğınlar Əli əleyhissəlamın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş onlar daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli əleyhissəlamın beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil əksinə dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdu.1

İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Əli əleyhissəlamın yenidən qüvvə toplayıb Siffeyn döyüşünə də’vətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir.2

Doktor Taha Hüseyn Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan və Siffeyn döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır: «Sonra Əli (əleyhissəlam) Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər – “Kufəyə qayıdıb işlərimizi səliqə-sahmana salaq ondan sonra bir az da çox qoşunla düşmənin üstünə hücum edərik” – dedilər. Əli (əleyhissəlam) onlarla birgə Kufəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb şəxsi işlərilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süstləşdilər ki Əli (əleyhissəlam) artıq onlara qarşı naümid oldu. Əli (əleyhissəlam) daima onları cihada də’vət edir və bunu dəfələrlə təkrar edirdi ancaq onlar İmamın də’vətini nə eşidir nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki Əli (əleyhissəlam) bir gün xütbələrinin birində buyurdu: «Öz asiliyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki Qüreyş dedi: Əbutalibin oğlu şücaətli kişidir ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin kim döyüşməyi məndən yaxşı bilir?»

Əli (əleyhissəlam) şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən (əleyhissəlam) hakimiyyətə gəldikdə, bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsusilə İmam (əleyhissəlam) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa də’vət edəndə onlar İmam əleyhissəlamın də’vətini çox gec qəbul etdilər.

Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsən əleyhissəlama yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa də’vət etdi. İmam (əleyhissəlam) bildirdi ki səbirli olmaq fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən (əleyhissəlam) camaatın ruhiyyəsindən xəbərdar olduğundan onların bu də’vətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. İmam (əleyhissəlam) camaatı döyüşə də’vət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi İmamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər təəssüfləndirici və acınacaqlı idi ki məclisdə hazır olan Əli əleyhissəlamın şücaətli səhabələrindən biri camaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalançı qəhrəmanlar qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları İmamla birgə Şam ordusuna qarşı vuruşa çağırdı.1 Bu tarixi sənəd İraq camaatının döyüşdən nə qədər yorulduqlarını onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir. Onlar döyüşməyə hazır deyildilər. Nəhayət İmam Həsən əleyhissəlamın yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən (əleyhissəlam) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmam əleyhissəlamın ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər İmamın başına toplaşdı. Buna görə də, İmam (əleyhissəlam) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı.14


Yüklə 355 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin