İmam həSƏn müCTƏba əleyhiSSƏlamin həyati


Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları



Yüklə 355 Kb.
səhifə6/10
tarix06.09.2017
ölçüsü355 Kb.
#29048
1   2   3   4   5   6   7   8   9   10

Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları


İmam Həsən (əleyhissəlam) onun sülhünə e’tiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:

«Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim əgər tərəfdarım olsaydı gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir batində isə bizim düşmənlərimizlə əlbirdirlər.»23

İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bə’zi məsələlərə işarə edib buyurmuşdur:



«Nə dinləri nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi və’dələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə bey’ət etsəm öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.

And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm yə’qin bilin ki Bəni–Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su çörək istəyəcəklər. Hansı ki həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni–Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»

Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:



«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...»24

Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha qədər ki hökumət BəniÜməyyənin əlindədir xoş həyat görməyəcəksiniz25

Bu tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.

Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri


İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki İmam (əleyhissəlam) ona nə yazsa Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu.26 İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam mükəmməl və tərtiblə deyil pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bə’zi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və tə’kidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəl’adə tədbirini müşahidə etmək olar.

İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.


Sülh müqaviləsinin mətni


Birinci maddə: Həsən ibn Əli (əleyhissəlam) hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki Müaviyə hökuməti Qur’an qayda-qanunu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etməlidir.

İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əli əleyhissəlamın ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsən əleyhissəlamın) başına bir iş gələrsə Hüseyn ibn Əli (əleyhissəlam) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin tə’yin etməyə haqqı yoxdur.

Üçüncü maddə: Əmirəlmö’minin Əli əleyhissəlama namaz qılarkən hörmətsizlik edib onu söyməyin lə’nətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.

Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhissəlamın özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əli əleyhissəlamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.27

Beşinci maddə: Müaviyə bütün əhaliyə istər Şam istər İraq istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha tə’qib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa mə’ruz qoymamalı xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əli əleyhissəlamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhissəlamın şiələrinin canı malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa mə’ruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhissəlamın şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.

Həmçinin, Həsən ibn Əli (əleyhissəlam) və qardaşı Hüseyn ibn Əli (əleyhissəlam) və eləcə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.

Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam ə’yan-əşrafı buna şəhadət verdilər.

Beləliklə də, İmam Həsən (əleyhissəlam) hələ uşaq olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün İmam Həsən əleyhissəlamı (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq28



Yüklə 355 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin