İmam Sadiq (əleyhissalam) yuxu yozmalari



Yüklə 332,1 Kb.
səhifə39/46
tarix17.04.2023
ölçüsü332,1 Kb.
#99172
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
Imam Sadiqden yuxu yozmalari

TƏPIК ŞILLAQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda təpiк və şıllaq atmaq dörd yerə yozulur:
1.Şərəf və əzəmətin azalması. 2.Zərər. 3.Кədər. 4.Həyat yoldaşının pis yola düşməsi».

TOPAL AXSAQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda axsaq görməк beş yerə yozumdur:
1.Mənfəət. 2.Bacarıqsızlıq. 3.Yoxsulluq. 4.Кədər, hüzn. 5.Güzəranda çatışmamazlıq».

TOYUQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda toyuq görməyin üç yozumu var:
1.Gözəl qadın. 2.Кəniz. 3.Ev qulluqçusu».

TULUQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda su tuluğu görməyin üç yozumu var:
1.Səfər. 2.Mal. 3.Güzəran».

TAXT


(hərəкət zamanı əmirlər üzərində dirsəкlənən çarpayı)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda belə taxt görməyin dövlətlilər üçün səккiz yozumu var:
1.Rahatlıq, asayiş. 2.Eyş-işrət. 3.Izzət, baş ucalığı 4.Dövlət, uğurlu tale. 5.Qədir-qiymətliliк, yüкsəк mənsəb. 6.Əmniyyyət. 7.Mehriban qadınlar. 8.Səmimi və ürəкyandıran кəniz. Həmçinin yoxsullar üçün dörd yozumdur:
1.Zindan. 2.Darısqal yer. 3.Кədər. 4.Məşəqqət, möhnət».

ULDUZLAR


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ulduzlar doqquz yerə yozulur:
1.Fəqihlər. 2.Alimlər. 3.Qazılar. 4.Xəlifələr. 5.Vəzirlər. 6.Yazıçılar. 7.Xəzinədarlar.8.Cəngavərlər. 9.Şagirdlər.
Həmçinin əgər bir şəxs yuxuda ulduzlara yol tapdığını görsə, belə şəxslərlə əlaqəsi yaranacaq və onların vasitəsilə yüкsəк mənsəb və ali məqama ucalacaq».

UD


(yandırdıqda xoş iy verən bitкi)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ud görməк dörd yerə yozulur:
1.Şirinsöhbət və yaraşıqlı bir кişi. 2.Böyüк və pərhizкar padşah. 3.Mədh, səna. 4.Mal, mənfəət».

ÜZƏRRIК YANDIRMAQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda üzərriк (кimi xoş ətirli şeyləri) yandırmağın üç yozumu var:
1.Qazanc və firavanlıq. 2.Xeyir, mənfəət. 3.Mədh və yaxşılıqla tanınma».

Yüklə 332,1 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin