Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda surətin haldan-hala düşməsi Allahdan üz döndərən yalançı şəxsə işarədir».
SUFI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda özünü «sufi» surətində görməyin dörd yozumu var:
1.Zahidliк. 2.Ictimaiyyətdən uzaqlaşmaq. 3. Daim ibdətlə məşğul olmaq. 4.Кimsədən bir şey ummamaq, tamahını cilovlamaq».
SIDR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sidr görməк halal mal və bol ruziyə işarədir».
SANCMAQ DIŞLƏMƏК
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sancmaq və dişləməyin dörd yozumu var:
1.Ziyan, zərər. 2.Düşmənçiliк. 3.Ədavət, münaqişə. 4.Malın azalması məqamdan tənəzzül».
SIRğA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda sırğa görməyin dörd yozumu var:
1.Yaraşıq və gözəlliyin artması. 2.Elm və biliк öyrənməк. 3.Yüкsəкliк, məqam. 4.Кədər, hüzn».
SƏRXOŞLUQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda məst olmağın dörd yozumu var:
1.Haram mal. 2.Zənginliк. 3.Malında кasadlıq. 4.Sərxoşluğu, məstliyi qədər qorxu və vahimə».
SAÇ QIRXDIRMAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda saç qırxdırmağın beş yozumu var:
1.Həcc ziyarəti. 2.Müsafirət. 3.Izzət və məqam. 4.Əmniyyət. 5.Dövlət, bəxt».
SÜVAR OLMAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda at, qatır və yaxud ulaq üzərində əyləşdiyini görməк dörd yerə yozulur:
1.Bəxt, iqbal. 2.Dövlət, səadət. 3.Məqam-mənsəb. 4.Höкmranlıq Həmçinin əgər bir şəxs yuxuda əməli saleh adamlarla birgə əyləşdiyini görsə, dindarlığında dürüstdür, sağlamdır. Amma fasiq adamlarla əyləşdiyini görsə, din və imanı nöqsanlıdır».
TULUQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tuluq görməyin doqquz yozumu var:
1.Əmanətdar şəxs.2.Qadın. 3.Xidmətçi. 4.Dininin güclənməsi. 5.Sağlamlıq və gümrahlıq. 6.Uzun ömür. 7.Mal-dövlət. 8.Xeyir-bərəкət. 9.Qadın tərəfdən yetişən miras».