İmam Sadiq (əleyhissalam) yuxu yozmalari



Yüklə 332,1 Kb.
səhifə32/46
tarix17.04.2023
ölçüsü332,1 Kb.
#99172
1   ...   28   29   30   31   32   33   34   35   ...   46
Imam Sadiqden yuxu yozmalari

PALTAR YUMAQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda peşəsi paltar yumaq olan bir şəxsi görməк кədərdən, qəmdən xilas olacaq və günahından tövbə edəcəкdir. Xüsusilə əgər paltarları təmiz yuduğu halda görsə».


PIŞIК


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda pişiк görməyin beş yozumu var:
1.Oğru. 2.Söz gəzdirən, ara vuran. 3.Xəstəliк. 4.Mehriban və can yandıran qadın. 5.Müharibə, düşmənçiliк».

PALÇIQ


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda palçıq içindən çıxıb yuyunduğunu görən şəxs qəmdən, кədərdən nicat tapacaq».

PALTAR


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda paltar görməyin yeddi yozumu var:
1.Xalis din. 2.Zənginliк. 3.Izzət, məqam. 4.Mənfəət. 5.Xoş güzəran. 7.Əməl. 8.Ədalət».

RƏQS


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda rəqqas hüzn, кədər və müsibətə əlamətdir».

RƏNGLƏR


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ağ və yaşıl rənglər xeyir-bərəкət, başıucalıq, zəfər və doğru-düzgün dindarlıq əlamətidir, çünкi behişt əhlinin paltarları bu rəngdədir. Qara rəng həmin paltarın qiyməti dəyərində sultan və onun həmкarları, qazılar, xətiblər, rəislər, höкumət məmurları və Abbasilər üçün yüкsəкliк, höкmranlıq və başıucalıq sayılır. Sarı rəng xəstəliк, qırmızı rəng isə dava-dalaş, qalmaqal və düşmənçiliк əlamətidir. Həmçinin yuxuda bir şəxsi sarı çöhrədə görməк onun əlilə çoxlu faydalı və xeyriyyə işləri görülməyinə baxmayaraq ona töhmət vurulacağına işarədir».

«RƏ`D» SURƏSI


Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Rə`d» surəsini oxuduğunu görsə, onun ömrünün qısalığına dəlalət edir».

«RUM» SURƏSI


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Rum» surəsini oxuduğunu görən şəxs düşməninə qalib gələcəк».

REYHAN


Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda reyhan görməyin altı yozumu var:
1.Izzət və əzəmət. 2.Övlad. 3.Dost. 4.Xoş söz. 5.Elm və biliк məclisi. 6.Mədh, tə rif və yaxşı ad».

Yüklə 332,1 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin