İmla məSƏLƏSİ



Yüklə 22,11 Kb.
tarix06.12.2022
ölçüsü22,11 Kb.
#72685
imla meselesi




İMLA MƏSƏLƏSİ
Bir millətin dərəceyi-tərəqqisini [inkişaf sǝviyyǝsini] təyin etmək üçün baş vəsilələrdən biri də dili və ədəbiyyatıdır. Ən mütəməddin [mǝdǝni] millətlər ən gözəl, ən ətraflı, millətinin bütün duyğularını, bütün fikirlərini, bütün əməllərini [arzularını], bütün ehtiyacını təsvir edici ədəbiyyata malikdirlər. Cahil millətlər isə hər bir cəhətcə zə’f [zǝiflik, gerilik] göstərdikləri kimi, ədəbiyyatca dəxi zəiflərdirlər. Mütəməddin millətlər ədəbiyyatın iç aləmi ilə, mənəviyyatla uğraşırdılar. Meydana atdıqları əsərlər, təsvir etdikləri təbiətin gözəllikləri, hisslərin incəlikləri, təsirləri ilə və ya əksinə olaraq təbiətin istənilməyən, bəyənilməyən halların vücudunun [var olmasının] pis təsiri və insanlar arasında vüqu bulan [baş tutan] əlaqələrin, təprənişlərin [davranışların] acılığı ilə ciddən rəqabətdə bulunurlar və əksəriyyən faiq [üstün] olurlar. Böylə ki, şairlər, ədiblər deyil, təbiət və müsǝvvərat [tǝsǝvvürlǝr] müqəllid [tǝqlidçi] sanılırlar.1
Biz isə ədəbiyyatın dış [xarici] tərəfini hənüz düzəltməmişik. Biz dedikdə, Azərbaycan türklərini nəzərə alırıq. Hərçənd, tənqid edəcəyimiz cəhət bizdəkindən bir qədər az olaraq İstanbul, Anadolu və başqa türklərdə dǝxi mövcuddur.
Bu vaxta kimi yeni Osmanlı ədəbiyyatında bir və müəyyən bir imlanın hökmfərma [hökmran] olması görülməyir. Hər şairin, ədibin imlada kəndi xüsusiyyətləri vardır. Bəzən Şekspirlərin, Bayronların, Götelərin qibtə edəcəkləri əsərlərə malik olan Əbdülhaq Hamidlərin, Sami Paşazadə Səzailərin hər vəchlə olmuş olsa [hǝr hansı yolla olur-olsun] şu ümumi mərəzə əlac etmədikləri, imlanı birləşdirmədikləri şayani-təəccübdür [tǝǝccübǝ layiqdir]. Hərə bəzi kəlimələri bir cür yazır. Kəndisini böylə yazmaqda haqlı sanır və kəndisincə isbat dəxi edir.
Bizim halımız, vəz’imiz [vǝziyyǝtimiz] daha pisdir. Əvvəla, iki tərəfin arasında mütərəddid [tǝrǝddüddǝ] qalmışıq. Böylə ki, kim olduğumuzu və kim olmamız yaxşı olacağını bir dürlü təyin edəmmirik. Gah Azərbaycan türkləri tərəfinə yönəlirik, gah yarımçıq Osmanlı oluruq. Şu söylədiyimiz hərəkətlər ayrı-ayrı fərdlərə müxtǝss [xas, mǝxsus] olmayıb, bir fərddə bulunur. Böylə ki, bu yazıçı (mən dəxi onlardan qabaq o sırada) yazdığı bir məqalədə, bir risalədə gah Azərbaycan, gah Osmanlı şivəsi işlədir. Gah Osmanlı imlalarının birisini təqlid, gah bərəkət versin, ixtira etdiyimiz sayısız Azərbaycan imlalarının birisini və ya neçəsini bir yerdǝ təqlid edir. Bir qəzetə oxunarsa, müxtəlif, sirləri anlaşılmaz imlalar, bu gün bir imla, yarın başqa imla... Əcǝba nə vaxta kimi? Mühal [çǝtin; mümkünsüz] işlər vücud bulur, bizim şu “mümkünümüz” vücud bulmadı. Hələ şu “mümkünü” mühal şəklində uzun müddət saxlayacağız.
Müəlliflərimiz pǝk naqis, müəllimlərimiz daha naqis... Qəzetələrdə oxuyuruq: filan darülmüəllimin [pedaqoji mǝktǝb] bu qədər, başqası filan qədər müəllimlər hazırlayıb, saheyi-fəaliyyətə buraxmış. Fəqət, Azərbaycanın qəlbi, ruhu olan Bakının qəlbi, ruhu olan məktəblərində onlardan birisini bulammırıq. Onlarda əksəriyyən qabaqki, türk dil və ədəbiyyatından hissələri [anlayışı, payı] yalnız beş-üç kitabların səthi mütaliəsi[ndǝn ibarǝt] olan “məlumlar” meydan sürürlǝr.
Məktəblərdə 4-üncü sinfə kimi məcburən, 4-üncü sinifdən yuxarıya kəndi xahişləri üzrə əcnəbilər dəxi türk dilini təhsil edirlər. Bir müəllim “su” kəliməsini ﺴﻮ ; başqası ﺼﻮ ; üçüncüsü gah ﺼﻮ ; gah ﺴﻮ yazdıracaqdır.
Bir müəllim taş ﻄﺎﺵ ; talmaq ﻄﺎﻠﻣﻖ ; kim ﻛﻳﻢ ; şimdi ﺸﻳﻣﺩﻱ ; asmaq ﺁﺼﻣﻖ ; aslan ﺍﺼﻼﻥ ; qorqudan ﻘﻭﺮﻘﻭﺪﻥ ; yigirmi ﻴﻜﺭﻤﻰ ; qayıtmaq ﻘﺎﻴﺗﻣﻖ ; yıqmaq ﺒﻳﻗﻣﻖ ; şevqindǝn ﺸﻭﻘﻧﺩﻥ ; sevmək ﺴﻬﻭﻤﻚ ; başına ﺒﺎﺸﻧﻪ ; nazik ﻨﺎﺰﻙ ; kibi ﻛﺑﻰ ; işitmək ﺍﻴﺷﻳﺗﻣﻚ və qeyrə-qeyrə... (hədsizdir) yazdıracaqdır. Başqası: daş ﺪﺍﺵ ; dalmaq ﺪﺍﻠﻣﻖ (ya ﺪﺍﻠﻣﺎﻕ ); şimdi ﺸﻣﺩﻱ ; asmaq ﺁﺴﻣﻖ (ya ﺁﺴﻣﺎﻕ ); aslan ﺍﺴﻼﻥ (ya ﺁﺴﻼﻥ ); qorqudan ﻘﻭﺮﻘﻭﺩﺍﻥ ; igirmi ﺍﻴﻛﺭﻤﻰ ; ﺍﻴﻛﻳﺭﻤﻰ ; yigirmi ﻴﻳﻛﻳﺭﻤﻰ ; qayıtmaq ﻘﺎﻴﻳﺗﻣﻖ ; yıqmaq ﻴﻗﻣﻖ (ya qayıtmaq ﻘﺎﻴﺗﻣﺎﻕ ; yıqmaq ﻴﻳﻗﻣﺎﻕ ); şevqindǝn ﺸﻭﻘﻳﻧﺩﺍﻥ ; ﺸﻭﻘﻳﻧﺩﻥ ; sevimǝk ﺴﻬﻭﻴﻣﻚ ; başına ﺒﺎﺸﻳﻧﺎ ; ﺒﺎﺸﻳﻧﻪ ; nazik ﻨﺎﺰﻴﻚ ; kibi ﻜﻳﺑﻰ ; işitmǝk ﺍﻴﺷﻳﺗﻣﻚ vǝ qeyrǝ-qeyrǝ… (hǝdsizdir). Üçüncüsü gah ǝvvǝlki, gah axırkı surǝtdǝ yazdıracaqdır.
İki şivəni bir-birinə qarışdırmaq (və olduqca qaydasız bir surətdə qarışdırmaq) ikisini də qiymətdən düşürür.


Əbdülvahab Məhəmmədzadə

1 Bu cümlǝ belǝ başa düşülmǝlidir: “Şair vǝ ǝdiblǝrin tǝsvirlǝri o qǝdǝr realistdir ki, sanki onlar tǝbiǝti tǝqlid etmir, tǝbiǝt onları tǝqlid edir.”

Yüklə 22,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin