Infeksion-allergik formalı bronxial astma tənəffüs yollarmın tez-tez təkrarlanan iltihabi xəstəliklərindən sonra inkişaf edir. Çox vaxt ato-pik tipli bronxial astma da tənəffüs yollarmm iltihabi xəstəlikləri ilə ağırlaşır. Bu xəstəliyin müalicəsində spesifik dərman preparatlarm-dan istifadə edilir.
Pollinoz (pollen - bitki tozu) - tənəffüs yollarma və gözün kon-yunktiva qişasma bitki tozcuqlarınm düşməsi ilə əlaqədar olan xəstəlikdir. Bu xəstəliyin kəskinləşmə dövrləri bitkilərin çiçəkləndiyi vaxta təsadüf edir. Bitki tozcuğuna qarşı sensibilizasiyaya uğramış insan həmin tozcuqla təkrarən təmasda olduqda, onda zökəm, konyunkti-vit, ümumi halsızlıq meydana çıxır; bədən temperaturu yüksəlir. Pol-linoz xəstəliyinin ağır formaları bronxial astma tutmaları ilə müşayiət olunur.