Övrə və Kvinke ödemi. Övrə (urticarla) dəridə şiddətli qaşmma hissi törədən qovucuqların əmələ gəlməsi ilə xarakterizə edihr. Kvinke ödemi övrə xəstəliyinin əsas formalarmdan biridir. Övrə xəstəliyi za-mam hissi sinir reseptorları şiddətlə qıcıqlandığma görə, dəridə əzab-verici qaşınma olur. Kvinke ödemində isə ekssudasiya çox vaxt də-rialtı təbəqədə olur və qaşmma müşahidə edilmir. Bu xəstəliklərin ya-ranmasmda irsi meylin böyük rolu vardır. Övrə xəstəllyi çox vaxt qi-da allergenlərininin və farmakoloji preparatlarm təsiri nəticəsində in-kişaf edir. Bəzi hallarda övrə və Kvinke ödeml soyuqdəymə nəticəsin-də də yarana bilər. Bu, soyuğun təsiri nəticəsində dəri zülallarmm də-yişikliyə uğrayıb, autoallergen xassəsi əldə etməsi ilə izah edilir.
Övrənin və Kvinke ödeminin inkişaf mexanizmində histamin və başqa allergiya mediatorları iştirak edlr. Mediatorlar prekapillyarla-rm, kapillyarlarm və venullarm genişlənməsinə səbəb olur, onların keçiriciliyini artırır. Bunun nəticəsində dəridə ekssudasiya prosesi sü-rətlənir və qovuqcuqlar əmələ gəlir. Övrədən fərqli olaraq, Kvinke ödemində dərinin nisbətən dərin qatlarmda və birləşdirici toxumalar-da (xüsusən yanaqlarda, dodaqlarda və dilin selikli qişasmda) çoxlıı ekssudat toplanır. Bu xəstəliklərin patogenezi başqa allergik xəstəlik-lərdə olduğu kimidir. Bəzi hallarda tez-tez Kvinke ödeminə tutulan xəstələrdə kallikreinə və komplement sisteminə qarşı təsir göstərən in-hibitorun irsi çatışmazlığı aşkar edilir.
LƏNG GEDİŞLİ ALLERGİK REAKSİYALAr.Ləng gedlşli allergik reaksiyalar sürətli allergik reaksiyalardan aşa-ğıdakı əlamətlərlə fərqlənir:
-
sürətli allergik reaksiyalar sensibilizasiyaya uğramış orqanizmin allergenlə təmasda olduğu dövrdən bir neçə dəqiqə (20 dəqiqəyə qə-dər) sonra meydana çıxır. Ləng gedişli allergik reaksiyalarda isə bu dövr 6-48 saata qədər çəkir;
-
sürətli allergik reaksiyalarm mexanizmi qanda sərbəst dövr edən anticisimciklərlə əlaqədardır; ləng gedişli allergik reaksiyalarda belə anticisimciklərə təsadüf edümir;
sensibilizasiyaya uğramış orqanizmdən sağlam orqanizmə serum köçürməklə, sürətli allergik reaksiyaların inkişafma səbəb olan yük-sək həssaslıq hahnı passiv üsulla yaratmaq mümkündür. Ləng gedişli allergik reaksiyaları isə passiv sensibilizasiya yolu ilə yaratmaq üçün sağlam orqanizmə senslbillzasiya edilmiş orqanizmdən limfositlər, limfoid orqanların hüceyrələri və ya ehssudat hüceyrələri köçürülmə lidir;
-
ləng gedişü aüergik reaksiyalar allergenlərin sensibilizasiyaya uğramış leykositlərə sitotoksik və ya sitolitik təsiri ilə əlaqədardır. Sü-rətli allergik reaksiyalar üçün bu cür dəyişikliklər xarakterik deyil;
-
ləng gedişli allergik reaksiyalarm allergenləri sensibilizasiyaya uğramış orqanizmin təcrid edilmiş toxuma kulturasma toksik təsir göstərir. Bu, sürətli allergik reaksiyalar üçün xaraklerik deyil;
-
adətən antihistamin preparatları İəng gedişll allergik reaksiya-ların inkişafmı dayandırmır.
Ləng gedişli allergik reaksiyalarm əsas növləri buniardır: bakterial allergiya, kontakt dermatiti, transplantatm ayrılma reaksiyası, au-toallergik xəstəliklər və s.
Bakterial allergiya - bakteriyalarm və onlarm həyat fəaliyyəti məh-suilarımn orqanizmə təkrarən daxii olması nəticəsində inkişaf edən al-lergik reaksiyadır. Allergiyanın bu növünü ilk dəfə R.Kox (1890) dərisi altma tuberkulin yeridilmiş vərəmli xəstələrdə müşahidə etmişdir. Tu-berkulin içərisində vərəm çöplərinin kulturası olan bulyonun filtratıdır. Onu vərəmli xəstələrin dərisi altına yeritdikdən 6-12 saat sonra inyeksi-ya nahiyəsində hiperemiya və şişkinlik nəzərə çarpır. Bu dəyişikliklər inyeksiyadan 24-48 saat sonra maksimal səviyyəyə çatır. Vərəmlə yo-luxmamış şəxslərdə bu reaksiya müşahidə edilmir.
Tuberkulinə qarşı reaksiya bakterial allergik reaksiyalarm ətraflı tədqiq edilmiş ilk növüdür. Buna görə, belə reaksiyalarm bütün növlə-rinə ümumiləşdirilmiş şəkildə «tuberkuiin tipli reaksiyalar» deyilir. Bakterial allergik reaksiyalardan bir sıra yoluxucu xəstəliklərin diaq-nostikasında geniş istifadə edilir. Vərəın (Pirke və Mantu reaksiyala-n) və brusellyoz (Bürne reaksiyası) xəstəliklərinin diaqnostikasmda istifadə edilən dəri-allergik reaksiyalar bunlara misal ola bilər. Bu rcaksiyalann spesifikliyi kifayət qədər yüksəkdir. Onlardan klinik və laborator üsullarla aşkar edilməsi mümkün olmayan xəstəliklərin diaqnostikasmda istifadə edilir.
Dostları ilə paylaş: |