180) Epidermal allergiyanın kəskinləşməsi nə zaman qeyd olunur?
A) KRVİ fonunda
B) Küləkli havada
C) Heyvanlarla kontakt zamanı
D) Qızmar havada
E) Yağışlı havada
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.80
Bölmə 2.Kliniki immunologiya
181) Aşağıdakılardan hansı hissəvi immunoloji tolerantlığın əmələ gəlməsi ilə bağlıdır?
A) B-supressorlar
B) T-killerlər
C) T-helperlər
D) T-supressorlar
E) Makrofaqlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.72
182) Hansı müalicə üsulundan istifadə etdikdə immundefisit yaranmır?
A) Rentgenterapiyadan
B) Sitostatiklərlə terapiyadan
C) İmmunkorreksiya terapiyasından
D) Antilimfositar zərdabın yeridilməsindən
E) Kortikosteroid terapiyadan
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.166
183) AİDS infeksiyalarında immundefisitin səbəbi hansı hüceyrələrin zədələnməsi ilə əlaqədardır?
A) T-supressorların
B) NK-hüceyrələrin
C) Makrofaqların
D) T-helperlərin
E) B-limfositlərin
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.209
Dostları ilə paylaş: |