301) Damcılı dəri sınağı hansı xəstələrə tətbiq olunur?
A) Bütün xəstələrə
B) Bakterial allergiyası olan xəstələrə
C) Sadalananların heç birinə
D) İnfeksion allergiyalı xəstələrə
E) Yüksək dərəcədə sensibilizasiyası olan xəstələrə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
302) İynə testi hansı diaqnostika üçün tətbiq olunur?
A) Bakterial allergiya
B) Övrə
C) Göbələk allergiyası
D) Sadalananların hamısı
E) Məişət allergiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
303) İynə testi hansı diaqnostika üçün tətbiq olunmur?
A) Sadalananların heç biri
B) Məişət allergiyası
C) Tozcuq allergiyası
D) Bakterial allergiya
E) Epidermal allergiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
304) Xəstədə eyni vaxtda dəri skarifikasiya testini optimal neçə allergenlə qoymaq olar?
A) 18-20 allergenlə
B) Allergenlərin sayının əhəmiyyəti yoxdur
C) 3-4 allergenlə
D) 20-25 allergenlə
E) 10-12 allergenlə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
305) Qeyri-bakterial allergenlərlə dəridaxili testlər zamanı allergen hansı miqdarda vurulur?
A) 0,02 ml
B) 0,002 ml
C) 0,1 ml
D) 0,001 ml
E) 0,01 ml
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420
306) Qeyri-bakterial allergenlərlə dəridaxili testlərin nəticələrini nə vaxt bilmək olar?
A) 10 dəqiqədən sonra
B) 30 dəqiqədən sonra
C) 20 dəqiqədən sonra
D) 60 dəqiqədən sonra
E) 5 dəqiqədən sonra
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.420
Dostları ilə paylaş: |