290) Bunlardan hansı allergik xüsusiyyətlərə malik deyil?
A) Sadalananların hamısı
B) Trimekain
C) Gentamisin
D) Eufillin
E) Fizioloji məhlul
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
291) Dərman allergiyası olan xəstələrdə allergik reaksiya nə zaman baş verə bilər?
A) 5-6 sutkada
B) Müalicənin ikinci sutkasında
C) Müalicənin birinci sutkasında
D) Preparatı birinci vurduqda
E) Müalicənin üçüncü sutkasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
292) Dərman allergiyası tez-tez hansı hallarda ola bilər?
A) Preparatı normal dozada qəbul edərkən
B) Az-az tətbiq olunan preparata
C) Preparatı kiçik dozada tətbiq edərkən
D) Preparatı böyük dozada tətbiq edərkən
E) Tez-tez tətbiq olunan preparata
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
293) Göbələk allergiyası olan xəstəyə çox vaxt bunlardan hansı məsləhət görülmür?
A) Yumurta
B) Pendir
C) Balıq
D) Sadalananların hamısına
E) Süd
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.406
Dostları ilə paylaş: |