191) Artyus fenomeni allergik reaksiyanın hansı tipi üzrə inkişaf edir?
A) II tip üzrə
B) I tip üzrə
C) III tip üzrə
D) IV tip üzrə
E) V tip üzrə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.156
192) Dərman-induksiyası zamanı Sistem Qırmızı Qurdeşənəyi sindromu törətməyən preparatlar hansıdır?
A) Qızıl duzları
B) Antitireoidlər
C) Litium duzları
D) Probiotiklər
E) Antikonvulsantlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.319
193) Aşağıdakılardan hansı pollinoz zamanı etioloji faktorlara aiddir?
A) Kif göbələklərinin sporları
B) Bitkilərin tozcuğu
C) Sadalananların hamısı
D) Bakteriyalar
E) Kif göbələklərinin toksinləri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
194) LAD-2 ( leucocyte adhesion deficiency) sindromu bunlardan hansının defekti ilə səciyyələndirilir?
A) Heç bir cavab düzgün deyil
B) CD 54 molekulasının
C) CD 80\86 molekulasının
D) CD 18 molekulasının
E) CD 16 molekulasının
Ədəbiyyat: Р.М.Хаитов, Г.А.Игнатьева, И.Г.Сидорович. «Иммунология» 2000 г., стр.282
Dostları ilə paylaş: |