Информасийа тящлцкясизлийи



Yüklə 479,5 Kb.
səhifə9/9
tarix14.06.2022
ölçüsü479,5 Kb.
#61381
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
INF.KURSU 9 MUHAZIRE

9.4. Elektron imza

Elektron imza elektron formada olan verilənlər blokudur, digər verilənlərlə (elektron sənəd, proqram faylları və s.) məntiqi əlaqəli olur və həmin verilənlərin müəllifini birqiymətli identifikasiya etməyə imkan verir.


Rəqəmsal imza elektron imzanın növlərindən biridir, müəllifin identifikasiyasından savayı bir neçə əlavə funksiyanı həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır.
Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı funksiyaları təmin etməyə imkan verən sabit uzunluqlu informasiya blokudur:

  • məlumatın müəllifinin identifikasiyası və autentikasiyası;

  • məlumatın bütövlüyünə nəzarət;

  • məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət.

Məlumatın rəqəmsal imzası məlumatın özündən və imzalayanın gizli açarından asılıdır. Rəqəmsal imza iki alqoritm ilə realizə edilir: rəqəmsal imzanın yaradılması alqoritmi və rəqəmsal imzanın yoxlanılması alqoritmi. Rəqəmsal imza alqoritmlərinə misal olaraq RSA, DSA, ECDSA, ElGamal, Şnorr, QOST R 34.10-2001 və s. alqoritmlərini göstərmək olar.
R
əqəmsal imzanın iş prinsipi.
Açıq açarlı kriptoqrafiya əsasında rəqəmsal imzanın iş prinsipinə baxaq. Tutaq ki, hər hansı A istifadəçisi müəyyən məlumatı imzalamalıdır. Bunun üçün o, heş-funksiyanın köməyi ilə bu məlumatın heş-kodunu hesablayır və onu özünün gizli açarı ilə şifrləyir. Şifrlənmiş heş-kod məlumata

əlavə edilir. Beləliklə, məlumatın rəqəmsal imzası alınır. İmzanın yaradılması şəkil 4-də göstərilib.


Sistemin istənilən iştirakçısı imzalanmış sənədi aldıqda A istifadəçisinin imzasını yoxlaya bilər. Bunun üçün o, heş-funksiyanın köməyi ilə alınmış məlumatın heş-kodunu yaradır. Sonra məlumata birləşdirilmiş şifrlənmiş heş-kodu A istifadəçisinin açıq açarı ilə deşifrə edir və alınmış deşifrə edilmiş heş-kodu özünün yaratdığı heş-kodla müqayisə edir. Onlar üst-üstə düşürlərsə, imza həqiqi hesab olunur. Əks halda imza rədd olunur. Gizli açar yalnız A istifadəçisinə məxsus olduğundan aydındır ki, məlumatı da yalnız o imzalaya bilərdi. İmzanın yoxlanması şəkil 5-də göstərilib.




Ədəbiyyat


1. Галатенко В.А. Основы информационной безопасности, Москва, 2004. – 264 с.
2. Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası, Bakı, Elm, 2003. – 132 с.




Yüklə 479,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin