82
rələr, xeyriyyə fondları, dini icmalar və s. daxildir. İkinci qrupa
isə həmkarlar ittifaqları, biznes-assosiasiyalar, istehsal və istehlak
kooperativləri, veteran təşkilatları, qeyri-dövlət pensiya fondları,
etnik cəmiyyətlər, siyasi partiyalar, idman klubları və s. aid edilir.
Fəaliyyət istiqamətlərinə görə mənfəətsiz təşkilatlar aşa-
ğıdakı dörd qrupa bölünə bilər:
1)
fond vasitəçiləri vəsaitlərin toplanması və digər mən-
fəətsiz təşkilatlar arasında bölüşdürülməsi üçün mövcuddur.
ABŞ-da həmin qrupa fondlar və federal bölmələr daxildir. Fond-
lar mənfəətsiz təşkilatlara qrantlar ayırır və adətən, bağışlanmış
vəsaitlər üzrə faizlər hesabına maliyyələşdirilirlər, federativ böl-
mələr isə ümumi məqsədlərlə bağlı olan və xidmətlər göstərən
təşkilatlar (məsələn, Amerika Xərçəng Xəstələri Cəmiyyəti) adın-
dan fərdi ianələri yığır və bölüşdürürlər. Əsas gəlir mənbəyi
yalnız bir ailənin və ya şirkətin investisiyaları və xeyriyyə vəsait-
ləri olan təşkilat xüsusi fond adlandırılır. Xüsusi fondlardan xü-
susi lisenziya rüsumu tutulur, ona görə də mənfəətsiz təşkilatlar
bu kateqoriyaya düşməməyə çalışırlar;
2)
dini təsisatlara kilsələr, məscidlər və s. daxildir;
3)
xidmət sahəsinin təşkilatlarına təhsil və kitabxana işi,
səhiyyə və qocalara qulluq, mədəniyyət, incəsənət, iş axtarışı və
tədris kimi sahələrdə çalışan idarələr daxildir. Bu cür xidmətlər
sosial xidmətlər adlandırılır;
4)
siyasi təşkilatlar müxtəlif sosial qrupların maraqlarını
müdafiə edir, seçki kampaniyaları ilə, lobbiçiliklə və qanun
yaradıcılığına aid digər fəaliyyətlə məşğul olurlar.
Dostları ilə paylaş: