131
üçün istifadə edilməsi əlverişlidir. Rifah indeksi təhsil indeksi ilə
sağlamlıq indeksinin hasilinə bərabərdir:
WI =
EI ×
HI.
Rifah həcmi− W ictimai rifahın əhalinin sayından asılı olan
xarakteristikasıdır. Bu göstərici rifah indeksi ilə əhali sayının
hasili kimi müəyyənləşdirilir:
W =
WI ×
P,
burada
P – əhalinin sayıdır.
i regionunun rifahının həcmi − W
i
həmin regionun rifah indeksi
ilə onun əhalisinin sayının hasilinə bərabərdir. Bu göstəricinin he-
sablanması düsturu aşağıdakı kimi verilə bilər:
W
i
=
WI
i
×
m
i
×
P,
WI
i
– regionun
rifah indeksidir;
m
i
– ölkə əhalisinin ümumi sayında region əhalisinin xüsusi
çəkisidir;
P – ölkə əhalisinin sayıdır.
Ölkənin ümumi rifahına regionun payı − w
i
regionun rifah
indeksi ilə ölkə əhalisinin ümumi sayında onun əhalisinin xüsusi
çəkisinin hasili kimi müəyyənləşdirilir:
w
i
=
WI
i
×
m
i.
.
Ölkə əhalisinin sayı verilmiş olduqda həmin göstərici
regionun ümumi rifahını birmənalı xarakterizə edir, ona görə də
bu göstəricidən rifah həcminin göstəricisi əvəzinə istifadə oluna
bilər.
Ölkənin rifahının həcmi − W bütün regionların rifahları
qiymətlərinin cəminə bərabərdir. Ehtimal olunur ki, nəzərdən
keçirilən regionlar orta kəsişmə nöqtələrinə malik deyildir və
birlikdə bütün ölkəni əhatə edirlər. Rifahın həcmi aşağıdakı
düstur ilə hesablanılır:
W = (
w
i
+ ... +
w
n
) ×
P,
burada
n – regionların sayıdır.