“Informasiya İqtisadiyyatı”


  XV MÖVZU: KREATĠV RĠFAHIN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə75/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   68   69   70   71   72   73   74   75   76
document hrclubaz 217

 


 
128 
XV MÖVZU: KREATĠV RĠFAHIN  
STATĠSTĠKASI 
 
PLAN: 
 
Əsas terminlər 
MƏQSƏD 
Mövzunun izahı 
 
Kreativ rifahın statistikası 
 
CevonsŞumpeter  metoduna  görə,  ictimai  kreativ  rifahın 
kəmiyyəti rifahın intensivlik və ekstensivlik göstəricilərinin hasili 
kimi  hesablanır.  Bu  iki  göstəricinin  hər  birinin  hesablanması 
metodlarını nəzərdən keçirək. 
Rifahın  intensivliyini  cəmiyyətin  bütün  üzvlərinin  həyat 
fəaliyyətinin  məcmu  vaxtında  ali  fəaliyyətin  xüsusi  çəkisi 
xarakterizə  edir.  Müşahidə  edilən  statistika  göstəriciləri  arasında 
əhalinin  təhsil  səviyyəsi  ictimai  rifahın  intensivliyini  daha  yaxşı 
əks etdirir, ona görə də əməli hesablamalarda bu göstəriciləri bir-
birinə  bərabər  hesab  edirlər.  Təhsil  səviyyəsini  E  ilə  işarə  edək. 
Bu göstərici müxtəlif üsullarla hesablana bilər.  
1-ci  üsul.  Təhsil  səviyyəsi  işləyənlərin  təhsilinin  orta  müd-
dəti  kimi.  Açıq  statistika  məcmuələrində  Federasiya  subyektlə-
rinin  işləyən  əhalisinin  təhsil  səviyyəsi  üzrə  tərkibi  haqqında 
seçmə müayinələr nəticəsində əldə edilmiş məlumatlar əks olun-
muşdur. Bu zaman təhsilin aşağıdakı pillələri ayırd edilmişdir: ali 
ixtisas  (E1),  natamam  ali  ixtisas  (E2),  orta  ixtisas  (E3),  ibtidai 
ixtisas (E4), orta tam, ümumi (E5), əsas ümumi (E6), ibtidai ümu-
mi  (E7).    Bütün  işləyənlərin  həmin  qruplar  üzrə  bölgüsünə  dair 
məlumatları  bilməklə,  işləyənlərin  təhsil  səviyyəsini  işləyənlərin 
təhsilinin  orta  müddəti  kimi  müəyyənləşdirmək  olar.  Bu 
göstəricini hesablamaq üçün hər pilləyə müvafiq təhsil müddətini 
aid etmək lazımdır. Məsələn, ali təhsil üçün o, 15 il, natamam ali 
təhsil  üçün  14  il,  orta  ixtisas  təhsili  üçün  12  il  və  i.  a.  təşkil 


 
129 
edəcəkdir. Belə olduqda işləyənlərin təhsilinin orta müddəti  və ya 
onların təhsilinin səviyyəsi aşağıdakı düstur ilə hesablanılır: 
E = 15×E1 + 14×E2 + 12×E3 + 11×E4 + 10×E5 + 5×E6 + 3×E7, 
 
burada,  E1  –  işləyənlərin  ümumi  sayında  ali  təhsilli  işləyənlərin 
xüsusi çəkisidir (onluq kəsirlə ifadə olunur) və i.a. 
2-ci  üsul.  Təhsil  səviyyəsi  işləyənlərin  ümumi  sayında  ən 
təhsilli  işçilərin  xüsusi çəkisi kimi. Burada üç yuxarı pilləyə aid 
işçilərin  sayını  nəzərə  alan  və  pillələr  üzrə  təhsilin  müddətində 
fərqləri nəzərə almayan təqribi düsturdan istifadə edilir: 
E = E1 + E2 + E3 . 
Əvvəlki  hesablama  üsulundan  fərqli  olaraq,  burada  təhsil 
səviyyəsi illərlə deyil, faizlərlə ölçülür. 
3-cü  üsul.  Təhsil  səviyyəsi  əhalinin  ümumi  sayında  ən 
təhsilli  işçilərin  xüsusi  çəkisi  kimi.  Bu  göstərici  əvvəlki  üsulla 
hesablanmış  təhsil  səviyyəsi  göstəricisi  ilə  məşğulluq  səviyyə-
sinin hasilinə bərabərdir: 
                                         E = (E1 + E2 + E3) × L       
burada,  məşğulluq  səviyyəsi  −L  əhalinin  ümumi  sayında 
işləyənlərin xüsusi çəkisinə bərabərdir. 
Təhsil indeksinin  yuxarıda verilən tərifi  işləməyən əhalinin 
(işsizlərin  və  iqtisadi  cəhətdən  fəal  olmayan    əhalinin)  təhsil 
səviyyəsini  nəzərə  almır  ki,  bu  da  onun  mötəbərliyini  bir  qədər 
azaldır. İşləməyən əhaliyə gəlincə, o, ictimai istehsalda bilavasitə 
iştirak  etmir.  Bu  hal  işləməyən  əhalini  boş  dayanan  (istifadə 
olunmayan)  avadanlığa  oxşar  şəkildə  nəzərdən  keçirməyə  imkan 
verir. Belə ki, həmin avadanlıq işləyən avadanlıqla bərabər hesaba 
alınmamalıdır. 
  4-cü üsul. Təhsil səviyyəsi əhalinin ümumi sayında iqtisadi 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin