“Informasiya İqtisadiyyatı”


XIII MÖVZU: ĠNFORMASĠYA ĠQTĠSADĠYYATINDA



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   68   69   70   71   72   73   74   75   76
document hrclubaz 217

XIII MÖVZU: ĠNFORMASĠYA ĠQTĠSADĠYYATINDA 
ELEKTRON KOMMERSĠYA 
 
PLAN: 
 
1. Elektron kommersiya anlayıĢı 
2. Elektron bazar 
3. Biznes model və onun növləri 
4. ÖdəniĢ sistemləri 
 
MƏQSƏD: 
 
Elektron  kommersiya  haqqında  məlumat  verməkç  elektron 
kommersiyanın  növlərini  göstərmək,  biznes  modellerin  təfsirini 
vermək,elektron  ödəmələrin  üstün  cəhətlərini  və  təhlükəsizlik 
planlari ilə tələbələri tanış etmək 
 
Əsas terminlər 
 
 virtual komanda;  
 innovasiya;  
 
imitasiya cəmiyyəti;  
 
innovasiyalar üçün sədlər;  
 
layihələrin idarə edilməsi;  
 elektron bazar;  
 elektron kommersiya;  
 biznes-model; 
 veb-fərdiləşmə;  
 interaktiv bazar;  
 mobil kommersiya;  
 
elektron ödənişlər sistemi.  
 
 
 
 


 
113 
Movzunun izahı 
 
Elektron  bazar  −  çoxsaylı  alıcıları  və  satıcıları  birləşdirən, 
informasiya,  mallar  və  xidmətlər  mübadiləsinə  xidmət  edən, 
habelə  ödənişləri  həyata  keçirməyə  imkan  verən  informasiya 
sistemidir.  Elektron  bazarın  yaradılmasının  ilkin  şərti  minlərcə 
informasiya  şəbəkəsini  bir  kompüter  şəbəkəsində    İnternetdə 
birləşdirməyin  mümkünlüyüdür.  Elektron  bazarın  informasiya 
sistemləri  transaksiya  məsrəflərini  xeyli  azaltmağa  imkan  verir. 
Bu  məsrəflərə  alıcıların  və  satıcıların  axtarışı,  qiymətlərə  dair 
informasiyanın əldə edilməsi, malların sifariş edilməsi və ödənil-
məsi  məsrəfləri  daxildir.  İnternetdən  istifadə  üçün  geniş  imkan-
ların  olması  və  İnternetdə  müxtəlif  əqdlərin  bağlanmasının  sa-
dəliyi elektron kommersiyanın inkişafına gətirib çıxarmışdır.  
Elektron  kommersiya  −  kompüter  sistemlərindən  istifadə 
etməklə malların və xidmətlərin alınması və satılması prosesidir. 
Bu  anlayışa  reklam,  marketinq,  müştərilərə  xidmət,  sifarişlərin 
çatdırılması və ödənilməsi daxildir. Elektron kommersiyanın tex-
noloji  əsasını  qlobal  şəbəkə  təşkil  edir.  İnternet-standartlar  sifa-
rişlərin  yerləşdirilməsi  sistemi  və  materialların  hərəkəti  sistemi 
kimi  bir-biri  ilə  müqayisəyə  gəlməyən  sistemlərin  bir-birinə 
bağlanması üçün tətbiq olunur. Bunlar elə sistemlərdir ki, əvvəllər 
onların arasında informasiya mübadiləsi mümkün deyildi.  
Şirkətlər  İnternetin  rabitə  imkanlarının  üstünlüklərindən  və 
ondan istifadənin sadəliyindən daxili informasiya şəbəkələrinin və 
ya  intranetin  yaradılması  üçün  istifadə  edirlər.  Kənar  isti-
fadəçilərin daxil ola bildiyi  xüsusi daxili  şəbəkələr  ekstranet ad-
lanır. Onlardan firma məsrəfləri azaltmaq və tədarükçülərlə, biz-
nes üzrə digər tərəfdaşlarla öz fəaliyyətinin əlaqələndirilməsi key-
fiyyətini  yaxşılaşdırmaq  üçün  istifadə  edirlər.  Elektron  biznes 
termini  biznes-proseslərin  idarə  olunması  üçün  kompüter  tex-
nologiyalarından  istifadə  ilə  elektron  kommersiya  arasında  hədd 
qoymaq üçün işlədilir.  
Biznes-model  −  müəssisə  tərəfindən  malın  istehsalının  ma-
hiyyətinə və prinsipinə dair abstrakt  təsəvvür olub mənfəətin  ya-


 
114 
radılması  metodikasını  əks  etdirir.  Əgər  mala  dair  informasiya 
mübadiləsinin  əvvəlki  kanalları  öz  əhəmiyyətini  itirirsə  və  ya 
sərfəsiz  olursa,  onda  informasiyanın  məhsul  ilə  bağlanması 
üzərində  qurulan  biznes-model  də  öz  aktuallığını  itirə  bilər. 
Malların  alıcılara  ənənəvi  mağazalar  vasitəsi  ilə  deyil,  bilavasitə 
satıcılar  tərəfindən  interaktiv  satışı  yeni  biznes-modeli  təcəssüm 
etdirir. Kitab mağazaları elektron kitabları vasitəçilərin köməyinə 
əl  atmadan,  bilavasitə  alıcılara  sataraq,  bu  biznes-modeli  tətbiq 
edirlər. Maliyyə əməliyyatlarının biznes-modeli də oxşar dəyişik-
liklərə  məruz  qalmışdır.  Bu  gün  investorlar  öz  əqdlərini  həyata 
keçirmək  üçün  İnternetdən  götürülən  ucuz  maliyyə  infor-
masiyasından istifadə edə bilər və yüksək komisyon faizləri alan 
universal  pərakəndə  satış  brokerlərinin  köməyinə  müraciət 
etməyə  bilərlər.  Əgər  biznes-model  yalnız  İnternetə  əsaslanırsa, 
onu «səliqəli oynayan»  biznes-model adlandırırlar.  
Biznes-modelin aşağıdakı əsas növləri vardır:  
 
virtual mağaza. Real malları real mağaza və ya pərakəndə 
ticarət məntəqəsi vasitəsi ilə deyil, məsafədən satır. Adi (elektron 
olmayan) mallar ənənəvi üsullarla göndərilir;  
 
bazar  cəmləşdiricisi.  Məhsullar  və  xidmətlər  haqqında 
çoxsaylı  tədarükçülərdən  alınmış  informasiyanı  bir  nöqtədə 
cəmləşdirir.  Alıcılar  axtara  bilər,  müqayisə  edə  bilər,  bəzən  də 
alğı-satqı əməliyyatları apara bilərlər;  
 interaktiv  birja.  Elə  bir  alğı-satqı  sistemidir  ki,  çoxsaylı 
alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala 
bilirlər;  
 informasiya  brokeri.  Məhsullar,  malın  qiyməti  və  möv-
cudluğu haqqında informasiya təklif edir. Onların bəziləri ticarət 
əqdlərini  icra  edirlər,  lakin  əsas  dəyərləri  təqdim  etdikləri  infor-
masiyadır;  
 
əməliyyat brokeri. Alıcılar faiz dərəcələri və şərtlərlə tanış 
ola bilərlər, lakin əsas biznes-fəaliyyət əməliyyatın (əqdin) həyata 
keçirilməsindən ibarətdir;  
 auksion.  Məhsulların  qiymətinin  elektron  nağdsız  ödə-
nişini, daim dəyişən, bəzən də alıcının hərəkətlərinə cavab olaraq 


 
115 
dəyişən  qiymətlər  və  mövcud  ehtiyatlar  haqqında  məlumatları 
təklif edir; 
 
əks  auksion.  Alıcılar  özləri  üçün  sərfəli  qiymətlə  malları 
əldə etmələri üçün çoxsaylı satıcılara sorğular verirlər;  
 aqreqator. Çoxlu miqdarda mal almaq istəyən və ona görə 
də  topdansatış  endirimlərində  marağı  olan  insanları  qruplar  şək-
lində birləşdirir;  
 
rəqəmsal məhsulun çatdırılması. Proqram təminatını, mul-
timedia  və  digər  kompüter  məhsullarını  İnternet  vasitəsi  ilə  satır 
və çatdırır;  
 
kontentin  tədarükçüsü.  Axtarış  sistemində  kontent  (məz-
mun) təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır;  
 
xidmətlərin  interaktiv  tədarükçüsü.  Aparat  və  proqram 
təminatı istifadəçilərinə xidmətlər və kömək göstərir;  
 virtual  birlik.  Ümumi  maraqları  olan  insanların  ünsiyyət 
və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir;  
 portal.  İnternetə  giriş  zamanı  başlama  məntəqəsi  olub 
ixtisaslaşmış  məzmun  və  digər  xidmətlər  təklif  edir.  Ayrı-ayrı 
istifadəçilərə  və  bütöv  təşkilatlara  öz  informasiyasını  yerləşdir-
məkdə kömək göstərir;  
 sindikator.  Çoxsaylı  mənbələrdən  məzmunu  və  ya  qoş-
maları toplayır və başqa  şirkətlərə yenidən satır.  
Şirkətlər  məhsulu  bilavasitə  alıcıya  satmaqla  və  ya 
vasitəçilərin sayını azaltmaqla böyük mənfəət qazana bilərlər, özü 
də  daha  aşağı  qiymətlər  tətbiq  etməklə.  Əlavə  dəyərin  formalaş-
dırılması  zəncirində aralıq addımlar üçün məsul olan təşkilati və 
ya biznes-həlqələrin aradan qaldırılması prosesi aralıq həlqələrin 
aradan  qaldırılması  adlanır.  7.5a  şəklində  malın  yayılmasının 
ənənəvi  üsulu  təsvir  edilmişdir.  Burada  bir  neçə  aralıq  həlqədən 
istifadə edilir. Həmin həlqələrin hər biri məhsulun yekun dəyərinə 
öz  payını  verir.  7.5b  şəklində  bütün  aralıq  həlqələrin  aradan 
qaldırıldığı və istehlakçının malı minimal qiymətə aldığı hal təsvir 
edilmişdir.  
İnternet  sayəsində  istehsalın  bəzi  sahələrində  aralıq  həl-
qələrin  aradan  qaldırılması  prosesi  sürətlənir,  habelə  digər  sahə-


 
116 
lərdə aralıq həlqələrin yeni tiplərinin yaradılması imkanları təmin 
edilir. Bəzi sahələrdə mal anbarlarına malik olan distribüterlər və 
ya  daşınmaz  mülkiyyət  əməliyyatları  üzrə  agentlər  kimi  
vasitəçilər  yeni  aralıq  həlqələrlə  əvəz  edilə  bilər.  Bu  həlqələr 
İnternet istifadəçilərinə məhsul və onun qiyməti barədə informa-
siyanın  axtarışı zamanı səmərəli kömək  göstərilməsində, mallara 
və  xidmətlərə  dair  interaktiv  informasiya  mənbələrinin  yerləş-
dirilməsində,  elektron  ticarət  əməliyyatlarının  həyata  keçirilməsi 
prosesində  əldə  edilmiş  informasiyaya  dəyər  qatılmasında 
ixtisaslaşırlar.  Bu  yeni  aralıq  həlqələri  informasiya  brokerləri  və 
ya  informasiya  agentləri  də  adlandırırlar.  İnformasiya  broker-
lərinə  misal  kimi  virtual  mağazanı,  birjanı  və  virtual  biznesin 
digər növlərini göstərmək olar. Dəyər zəncirində vasitəçilik funk-
siyasının  yeni  mənbəyə  ötürülməsi  prosesi  aralıq  həlqələrin 
təkrar  yaradılması  adlandırılır.  İnteraktiv  marketinq  alıcıların 
diqqətini cəlb etmək və onların zövqləri, maraqları haqqında daha 
ətraflı  informasiya  almaq  üçün  veb-səhifələrin  xassələrindən 
istifadəyə əsaslanır. Xüsusilə şirkətlər aşağıdakıları edə bilər:  
  veb-səhifələrə daxil olanlara interaktiv qeydiyyatdan keç-
mək və şəxsi informasiya vermək xahişi ilə müraciət edərək, alı-
cılar haqqında müəyyən informasiya əldə etmək;  
 
Şəbəkəyə  daxil  olanların  hərəkətlərini  izləyən  proqram-
ların köməyi ilə alıcılar haqqında informasiya toplamaq;  
  veb-səhifələrə  daxil  olanların  sayını  izləyən  veb-saytların 
auditinə  dair  xüsusi  proqramlardan,  habelə  istifadəçilər  arasında 
daha  populyar  olan  səhifələrdən  və  istifadəçilərin  bir  səhifədən 
digərinə keçərkən getdiyi yollardan istifadə etmək. 
Veb-fərdiləşdirmə dedikdə, veb-məzmunun bilavasitə müəy-
yən  istifadəçi  üçün  nizamlanması  başa  düşülür.  Kommunikasiya 
vasitələrini  və  malları  hər  bir  ayrıca  alıcı  üçün  fərdi  qaydada 
seçmək  olar.  Müştərinin  xüsusi  marağını  doğuran  məhsullar  və 
xidmətlər haqqında fərdiləşdirilmiş nadir veb-səhifələr yaratmağa 
qadir  olan  şirkətlər  müştərinin  görüş  dairəsini  genişləndirir  və 
əlavə  dəyər  yaradırlar.  Marketoloqlar  veb-fərdiləşdirmə  texnolo-
giyalarından  istifadə  edərək,  ənənəvi  ticarətlə  müqayisədə  xeyli 


 
117 
üstünlüklər  əldə  edə  bilərlər.  Fərdiləşdirmə  fərdiləşdirilmiş  məz-
mun, informasiya, reklam və xidmətlər təqdim etməklə şirkətlərə 
alıcılarla  uzunmüddətli  münasibətlər  yaratmaqda  kömək  göstərə 
də  bilər.  Şəbəkə  marketinq  və  satışlar  sahəsində  əsas  hərəkətləri 
alıcılara  yaxınlaşdırır,  alıcılar  interaktiv  sifariş  formalarını  özləri 
doldururlar. Alıcılar malların və xidmətlərin keyfiyyətinin  yaxşı-
laşdırılması  ilə  bağlı  istəkləri  və  təklifləri  barədə  daha  dəqiq  in-
formasiyanı  tədarükçülərə  çatdırmaq  üçün  şəbəkədən  istifadə 
etməklə,  sadəcə,  passiv  sifarişçi  olaraq  qalmırlar,  mənfəətin 
yaradılması prosesinin fəal iştirakçılarına çevrilirlər.  
Elektron  kommersiya  əməliyyatının  təsnif  edilməsinin  əsas 
növü  iştirakçıların  iqtisadi  funksiyalarının  öyrənilməsinə  əsasla-
nır.  Elektron  kommersiyanın  üç  əsas  kateqoriyası  «biz-
nesmüştəri» (B2C), «biznesbiznes» (B2B), «müştərimüştəri» 
(C2C)  sxemləri  üzrə  elektron  kommersiyadır.  B2C  sxemi  üzrə 
elektron  kommersiya  malların  və  xidmətlərin  ayrı-ayrı  alıcılara 
satılmasını  nəzərdə  tutur.  B2B  sxemi  üzrə  elektron  kommersiya 
malların  və  xidmətlərin  müəyyən  şirkətlər  tərəfindən  digər 
şirkətlərə  satılmasını  nəzərdə  tutur.  C2C  sxemi  üzrə  elektron 
kommersiya malların və xidmətlərin bir istehlakçıdan bütün qalan 
istehlakçılara satılmasını nəzərdə tutur.  
«Biznes−biznes» tipli əməliyyatlar bütün elektron kommer-
siya  əməliyyatlarının  əsas  hissəsini  (80%-dək)  təşkil  edir.  Kor-
porativ  alışlar  ənənəvi  olaraq  bir  və  ya  iki  tədarükçü  ilə  uzun-
müddətli  münasibətlərə  əsaslanırdı.  İnternet  digər  tədarükçülər 
haqqında  informasiyanın  əldə  olunmasını  asanlaşdırır,  yəni 
şirkətlər  mənbələrin  daha  geniş  spektrindən,  o  cümlədən  xarici 
şirkətlərdən istifadə edərək, daha sərfəli sazişlər bağlaya bilərlər. 
Alış  meneceri  tanımadığı  tədarükçüdən  mal  alarkən  və  ya  yeni 
tipli sifariş yerləşdirərkən qarşılaşdığı suallara cavabları şəbəkədə 
axtarır.  Potensial  ticarət  tərəfdaşlarının  axtarışı  İnternetdə  satın-
alma  fəaliyyətinin  ən  geniş  yayılmış  növlərindən  biridir.  Təda-
rükçülər  özləri  rəqiblərin  qiymətlərini  interaktiv  öyrənərkən  Şə-
bəkədən istifadə edə bilərlər.  
«Biznesbiznes» sxemi üzrə elektron kommersiya aparmaq 


 
118 
üçün  firmalar  özlərinin  veb-səhifələrindən  istifadə  edə  və  ya 
interaktiv bazarlar deyilən bazarlar yaradaraq satışları veb-saytlar 
vasitəsi ilə təşkil edə bilərlər.  
Bəzən  elektron  hablar  adlandırılan  interaktiv  bazarlar  ən 
yeni biznes-modeli təmsil edirlər. İnteraktiv bazarların köməyi ilə 
şirkətlər  alıcıların  hər  biri  ilə  bilavasitə  bağlaşmadan  onların  bir 
çoxu  ilə  eyni  vaxtda  bağlaşa  bilər  və  yeni  potensial  alıcılar  tapa 
bilərlər.  Bir  çox  bazarlar  istehsalçının  müxtəlif  sistemlərində 
saxlanan  məhsul  haqqında  informasiyanı  birləşdirmək  imkanına 
malikdir. Müxtəlif tədarükçülərdən mal alan şirkətlərin dörd və ya 
beş  müxtəlif  sistemi  idarə  etməsinə  ehtiyac  yoxdur.  Onlar 
qiymətləri  müqayisə  etmək  və  malı  müxtəlif  şirkətlərdən  almaq 
yolu ilə pula qənaət edə bilərlər.  
Birjalar elə interaktiv bazarlardır ki, burada çoxsaylı alıcılar 
alğı-satqıların təhlili sistemindən istifadə etməklə çoxsaylı satıcı-
lardan  mal  ala  bilərlər.  Birjaların  bir  neçə  kateqoriyası  vardır. 
İstehsal birjaları kimi də tanınan şaquli birjalar istehsalın müəy-
yən sahələrinə xidmət üçün təşkil olunur.  Üfüqi  birjalar spesifik 
funksiyalara, məsələn, ofis avadanlığının satın alınmasına, yaxud 
istismar  və  ya  təmir  çərçivəsində  məhsul  göndərilməsinə  istiqa-
mətlənmişdir. Şirkətlər bazar xidmətləri göstərmək yolu ilə mən-
fəət  götürmək  üçün  sahə  birjaları  adlanan  öz  xüsusi  birjalarını 
yarada  bilərlər.  Birjalar  sayəsində  bir  çox  tədarükçülər  arasında 
qiymətlərin  rəqabətli  qaydada  formalaşması  prosesi  təmin  edilir 
ki, bu da alıcılara malı ən aşağı qiymətə almaq imkanı verir.  
Elektron  kommersiya  əməliyyatlarının  təsnif  edilməsinin 
digər üsulu əqd iştirakçılarının şəbəkəyə fiziki qoşulması üsuluna 
əsaslanır.  Son  vaxtlaradək,  demək  olar,  bütün  elektron  kommer-
siya əqdləri naqilli şəbəkələr (kabel birləşməsi) vasitəsi ilə həyata 
keçirilirdi. İndi isə mobil telefonlar və digər naqilsiz cib qurğuları 
İnternetə qoşulmaq imkanını təmin edir. Şirkətlər veb-malların və 
xidmətlərin  yeni  toplularını  təklif  etməyə  çalışırlar.  İndi  həmin 
malları və xidmətləri bu naqilsiz qurğuların köməyi ilə əldə etmək 
mümkündür.  Malların  və  xidmətlərin  əldə  edilməsi  məqsədi  ilə 
naqilsiz  cib  qurğularından  istifadə  prosesi  mobil  kommersiya  və 


 
119 
ya  m-kommersiya  adlanır.  Mobil  kommersiya  şirkətlər  üçün 
alıcılarla  əlavə  əlaqə  kanalları  və  yeni    fərdiləşdirmə  imkanları 
təmin  edir.  Bu  qurğuların  bəzilərində  olan  və  alıcıların  olduğu 
yeri  izləyən  proqramlar  şirkətlərə  yolda  olan  istifadəçilərin 
yerdəyişməsi və alışları haqqında informasiya əldə etmək, habelə 
onlara  hava  proqnozları  və  ya  ən  yaxın  mehmanxanaya  istiqa-
mətin bildirilməsi kimi informasiya xidmətləri göstərmək imkanı 
verir.  Marketinq  strategiyaları  elə  dəyişdirilir  ki,  zərurət  yaran-
dıqda  şirkətlər  alıcını  öz  veb-səhifəsinə  cəlb  etmək  əvəzinə 
məlumatları bilavasitə ona çatdırmağın üsullarını tapırlar.  
Malların  haqqının  İnternet  vasitəsi  ilə  ödənilməsinin  müx-
təlif üsullarını həyata keçirmək məqsədi ilə xüsusi elektron ödəniş 
sistemləri  işlənib  hazırlanmışdır.  Bu    sistemlərə  kredit  kartları, 
elektron  pullar  və  cib  kisələri  vasitəsi  ilə  ödəniş  sistemləri, 
«müştərimüştəri»  ödəniş  sistemləri,  mikroprosessorlu  kredit 
kartları, elektron çeklər və veksellər üzrə elektron ödənişlər daxi-
ldir.  Elektron  kommersiya  üçün  proqram  təminatı  nə  qədər 
təkmildirsə, Şəbəkədə kredit kartları ilə alışlar da bir o qədər çox 
həyata keçirilir.  
İnternet  vasitəsi  ilə  alışların  ödənilməsi  elektron  cib  kisəsi 
sayəsində  daha  səmərəli  olur,  çünki  bu  zaman  alıcı  növbəti  alış 
zamanı  öz  ünvanı  və  kredit  kartı  haqqında  informasiyanı  daxil 
etmək  zərurəti  ilə  üzləşmir.  Elektron  cib  kisəsi  kredit  kartına, 
elektron pullara dair informasiyanı, habelə istifadəçinin kimliyini 
təyin  edən  məlumatları  saxlayır,  istifadəçinin  kimliyini  təyin 
etmək  üçün  bu  məlumatları  elektron  kommersiya  saytındakı 
məlumatların  miqdar  hesablayıcılarına  təqdim  edir.  Elektron  cib 
kisəsi alışın başa çatması üçün aktivləndirmə zamanı istifadəçinin 
adı, kredit kartının nömrəsi və çatdırılma haqqında informasiyanı 
avtomatik daxil edir.  
Mikroödənişlər sistemi kredit kartları ilə adi ödənişlər üçün 
çox  kiçik  olan  cüzi  dəyərli  (10  $-dək)  alışların  haqqının 
ödənilməsi üçün yaradılmışdır. Belə malların haqqının ödənilməsi 
üçün elektron pullar da əlverişlidir. Bu pullar adi pul şəbəkəsinə 
(kağız  pullar,  sikkələr,  çeklər,  kredit  kartları)  daxil  olmayan  pul 


 
120 
formasıdır.  İstifadəçilər  müştəri  proqramları  ilə  təmin  olunurlar. 
Bu  proqramların  sayəsində  onlar  bir-biri  və  ya  elektron  pulları 
qəbul  edən  satıcı  ilə  pul  mübadiləsi  apara  bilərlər.  Mikroödəniş-
lərin həyata keçirilməsinə əlavə olaraq, rəqəmsal pullar şəbəkədə 
mal  almaq  istəyən,  lakin  kredit  kartı  olmayan  alıcılar  tərəfindən 
və  ya  interaktiv  alışlar  üçün  kiməsə  pul  hədiyyə  etmək  istəyən 
alıcılar tərəfindən də istifadə edilə bilər.  
Mikroprosessorlu  kredit  kartları  mikroödənişlərin  həyata 
keçirilməsinin  alternativ  sistemini  təklif  edir,  çünki  bu  kartların 
mikroçiplərində  digər  informasiya  ilə  yanaşı,  elektron  ödənişlər 
haqqında  məlumatlar  da  saxlana  bilər.  Mikroprosessorlu  kredit 
kartı kredit kartı ölçüsündə olan, rəqəmsal informasiyanı saxlayan 
plastik  kartdan  ibarətdir.  Belə  kart  sağlamlığa  dair  informasiya, 
eyniləşdirmə  məlumatları,  telefon  nömrələri  saxlaya  bilər  və  ya 
nağd pul əvəzinə «elektron cib kisəsi» kimi xidmət göstərə bilər. 
Bu  cür  kartdan  istifadə  etmək  üçün  İnternet  istifadəçiləri  öz 
kompüterlərinə hesablayıcı qurğular qoşmalıdırlar. Alışın haqqını 
ödəmək üçün istifadəçi bu kartı həmin qurğudan keçirməlidir.  
Ödənişləri  kredit  kartları  vasitəsi  ilə  qəbul  etməyə  imkanı 
olmayan  araşdırma  müəlliflərinə  və  ya  istifadəçilərə  pul  gön-
dərmək istəyən müştərilərə xidmət məqsədi ilə İnternet vasitəsi ilə 
həyata keçirilən yeni «müştəri−müştəri» ödəniş sistemləri işlənib 
hazırlanmışdır.  Pul  göndərən  tərəf  ödənişin  həyata  keçirilməsi 
üçün  nəzərdə  tutulan  veb-səhifədə  ödəniş  hesabının  yaradılması 
üçün öz kredit kartından istifadə edir. Alıcı bu səhifəyə daxil olub 
ödənişin  necə  başa  çatdırılmalı  olduğunu    (bank  hesabı  və  ya 
fiziki  ünvan  vasitəsi  ilə)  dəqiqləşdirərək,  ödənişi  qəbul  edir. 
Alıcılar  elektron  çeklərin  tətbiq  edildiyi  ödəniş  sistemlərindən 
istifadə  edə  bilərlər.  Belə  çeklər  təsdiqlənən  rəqəmsal  imza  ilə 
qorunur və elektron kommersiyada ödənişlərin həyata keçirilməsi 
üçün istifadə oluna bilər.  
İnteraktiv satışların və marketinqin həyata keçirilməsi üçün 
İnternetdən  istifadə  edilməsi  yayılma  kanallarının  münaqişəsini 
satış  üçün  eyni  bir  şirkətin  məhsullarından  istifadə  edən  iki  və 
ya  daha  çox  yayım  kanalları  arasında  rəqabət  mübarizəsi  yarada 


 
121 
bilər.  Firmaların  ticarət  heyəti  və  distribüterlər  sifarişçilərin  İn-
ternet vasitəsi ilə alışlara başlaması halında mənfəətin azalacağın-
dan  ehtiyat  edirlər,  çünki  bu  yeni  satış  kanalı  biznesin  ənənəvi 
metodlarını əvəz edə bilər. Kanalların münaqişəsinin mənfi  nəti-
cələrini  aradan  qaldırmaq  üçün  bəzi  firmalar  öz  ticarət  nüma-
yəndələrinə  onların  ərazisində  aparılmış  interaktiv  satışlara  görə 
tam  faizlər  ödəyirlər,  hətta  həmin  nümayəndələrin  bəzən  satışa 
heç  bir  töhfə  vermədiyini  də  nəzərə  almırlar.  Digər  şirkətlər, 
məsələn, öz əmtəə nomenklaturasının yalnız bir hissəsini İnternet 
vasitəsi ilə təklif etmək kimi həll yolları işləyib hazırlayırlar.  

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin