42
cədvəldə şəxssizləşmənin və fərdisizləşmənin müxtəlif dərəcələri
ilə xarakterizə olunan dörd informasiya məhsuluna aid misallar
göstərilmişdir.
İncəsənət insanın elə bir ali fəaliyyət sahəsidir ki,
burada informasiya məhsulunun dəyəri fərdin şəxsi keyfiyyət-
lərini əks etdirməsi dərəcəsi ilə müəyyənləşir. İncəsənətdə infor-
masiya məhsulları adətən şəxsi xarakter daşıyır.
Elm insanın elə
bir ali fəaliyyət sahəsidir ki, burada informasiya məhsulunun
dəyəri onun obyektivliyi ilə, yəni alimin şəxsiyyətinin xüsusiy-
yətlərindən asılı olmaması ilə müəyyənləşir, ona görə də elmdə
informasiya məhsulları adətən şəxssiz xarakter daşıyır. Bununla
birlikdə, mədəniyyətin hər iki bölümündə həm fərdiləşmiş, həm
də adsız informasiya məhsulları təmsil olunmuşdur.
Dostları ilə paylaş: