“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
document hrclubaz 217

 
Mövzunun izahı 
 
Ənənəvi mikroiqtisadiyyatda iki xassəyə malik olan ictimai 
nemətlər  öyrənilir.  İstisnaedilməzlik  o  deməkdir  ki,  kimisə  ne-
mətdən istifadə imkanından məhrum etmək üsulu  yoxdur.  Rəqa-
bətsizlik o deməkdir ki, nemətin istehlakçılarının sayı çoxaldıqca 
onların  hər  biri  üçün  istehlakın  faydalılığı  dəyişməz  qalır.  Belə 
xassələrə malik olduqlarından ictimai nemətlər iqtisadiyyatın xü-
susi  sektorunda  deyil,  ictimai  sektorunda  istehsal  edilir.  Bu  böl-
mədə  istisnaedilməzlik  xassəsinə  malik  olduqlarına  görə  ictimai 
nemətlərə  aid  edilməyən  nemətlərin  iki  növü  nəzərdən  keçiri-
ləcəkdir. Bununla birlikdə, spesifik xassələri onları bazar nemət-
ləri  sırasına  aid  etməyə  imkan  vermir.  Ənənəvi  mikroiqtisadiy-
yatda  ehtimal  olunur  ki,  informasiya  alıcılar  və  satıcılar  arasında 
simmetrik  paylanmışdır.  İnformasiyanın  asimmetriyası  elə  bir 
vəziyyətdir  ki,  əqdin  ayrı-ayrı  iştirakçıları  lazımi  informasiyaya 
yetərli  dərəcədə  malikdirlər,  eyni  zamanda,  əqddə  iştirak  edən 
digər  şəxslər  bu  informasiyaya  malik  deyildirlər.  Təsərrüfatçılıq 
praktikasında  informasiyanın  asimmetriyası  geniş  yayılmışdır, 
çünki satıcılar, bəzi hallarda isə alıcılar müəyyən üstünlüklər əldə 
etmək  üçün  əqd  obyektinə  dair  həqiqi  biliklərini  gizlətməyə 
çalışırlar.  Çox  vaxt  istehlakçı  əldə  etdiyi  malın  keyfiyyətini  alış 
məqamında  müəyyənləşdirə  bilmir,  çünki  malın  keyfiyyəti  haq-
qında yalnız bir tərəf − satıcı məlumatlıdır. Başqa sözlə, istehlakçı 
nə aldığını bilmir, malın keyfiyyəti isə onun istismarı prosesində 
aydınlaşır.  Belə  vəziyyətdə  satıcı  əlverişsiz  seçim  edilməsi  −  ən 
yaxşı  deyil,  ən  pis  malların  əldə  edilməsinə  zəmin  yaradan 
informasiya  üstünlüyünə  malik  olur.  Əlverişsiz  seçim  o  halda 
yaranır  ki,  alıcılar  müxtəlif  keyfiyyətli  malları  təklif  edən  sa-
tıcıları diferensiallaşdırmağa qadir olmurlar.   
İstehsal−istehlak  funksiyasına  tərif  verilərkən  ehtimal  olu-


 
53 
nurdu  ki,  gəlir  əldə  olunması  fərddən  hər  hansı  vaxt  sərfi  tələb 
etmir. Lakin praktikada belə vəziyyətə az-az rast gəlinir. Biz bu-
rada ehtimal edək ki, gəlir əldə etmək üçün fərd öz vaxtını yara-
dıcı əmək deyil, sadə əmək formasında sərf etməyə məcburdur.  
Gəlirin  qiyməti  hər  bir  fərdin  bir  rubl  gəlirini  təmin  edən 
sadə əməyin müddətidir. Gəlirin qiyməti sadə əməyin ödənilməsi 
dərəcəsinin tərsi olan kəmiyyətdir. Buna görə də o, pul vahidinə 
bölünmüş zaman vahidləri ilə ölçülür. Gəlirin dəyəri  −  gəlirin 
qiyməti − q ilə onun kəmiyyətinin − I-nin  hasilinə bərabərdir: 
C = q x I. 
Bu göstərici zaman vahidləri ilə ölçülür.  
Nəzərdən  keçirdiyimiz  və  gəlirin  mənbəyinin  sadə  əmək 
olduğu halda fərdin kreativ rifahı − W
n
 istehsal−istehlak funksiya-
sının qiyməti − W ilə gəlirin dəyəri arasında fərqə bərabərdir: 
W

= W – C. 
Yaradıcı  fərdin  tarazlığı  onun  kreativ  rifahının  maksimum 
olduğu vəziyyətdir. Bu halda tarazlıq şərtini almaq üçün  funksi-
yanın törəməsini sıfıra bərabər edirik və aşağıda göstəriləni alırıq: 
MW = q, 
burada  MW  –  gəlirin  son  məhsuludur.  Beləliklə,  fərd  sadə 
əməyin  elə  müddətini  seçməlidir  ki,  gəlirin  son  məhsulu  gəlirin 
qiymətinə bərabər olsun. 
Şəkildə  gəlirin  dəyər  funksiyası  C  şüası  ilə  təsvir  edilmiş, 
onun  absis  oxuna  əyilmə  bucağının  tangensi  gəlirin  qiymətinə 
bərabərdir. Kreativ rifahın maksimal kəmiyyəti AB kəsik xəttinin 
uzunluğu ilə ifadə olunur, tarazlı gəlir  I ilə işarə edilir.  şəkldə E 
tarazlıq  nöqtəsi  gəlirin  son  məhsulunun  azalan  əyrisi  ilə  gəlirin 
qiymətinə  uyğun  üfüqi  xəttin  kəsişməsindən  yaranır.  Kreativ 
rifahın maksimal kəmiyyəti ştrixlənmiş əyrixətli üçbucağın sahəsi 
ilə ifadə olunur.  
 
 
 
 
 


 
54 
 
 
   
 
 
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin