Ġkisektorlu balans modeli: təhlil A birbaşa məsrəflər matrisinin və B xalis buraxılışlar vek-
torunun verildiyi vəziyyəti nəzərdən keçirək. İqtisadiyyatın
balanslaşdırıldığı şəraitdə ümumi buraxılışların vektorunu müəy-
yənləşdirmək tələb olunur. Bu halda balans bərabərliyi X vek-
toruna nisbətdə balans tənliyindən ibarət olur.
Fərz edək ki, E − A matrisinin tərsi olan matris vardır. Onu
tam məsrəflər matrisi adlandıraq və C ilə işarə edək. Soldan ba-
lans tənliyini bu matrisə vuraraq aşağıdakı tənliyin həllini alırıq:
X = C × B. Beləliklə, iqtisadiyyatın balanslaşdırılmış durumunda ümu-
mi buraxılışlar vektoru tam məsrəflər matrisi ilə xalis buraxılışlar
vektorunun bir-birinə vurulması yolu ilə yaranır.
Tam məsrəflər matrisinin iqtisadi mahiyyətini tədqiq edək.
Bundan ötrü yuxarıda aldığımız balans tənliyinin matris həllini iki
bərabərlik sistemi şəklində təsəvvür edək:
x 1
= C 11
b 1
+ C 12
b 2
;
x 2
= C 21
b 1
+ C 22
b 2
.
Bu tənliklər məhsulların son istehlakı həcmlərinin verilmiş
dəyişiklikləri şəraitində ümumi buraxılışlarda zəruri olan dəyişik-
likləri müəyyənləşdirməyə imkan yaradır. Burada maddi sektorun
məhsulunun son istehlakı həcmi bu məhsula olan bazar tələ- batının həcmi kimi, informasiya sektorunun son istehlakı həcmi
isə yaradıcılığa olan sosial tələbat kimi nəzərdən keçirilir ki, bu
tələbat da ictimai tərəqqinin tələbləri ilə şərtlənir.
Bir sektorun xalis buraxılışının birdəfəlik dəyişikliyə məruz
qaldığı, digər sektorun buraxılışının isə dəyişməz qaldığı iki ayrı
halı nəzərdən keçirək. Bu zaman yuxarıda verilmiş bərabərliklər
sistemindən aşağıdakı nisbət əldə edilir:
j i ij b x C , 6)
burada Δx i − i sektorunun məhsuluna tələbin dəyişməz
qaldığı halda j sektorunun məhsuluna tələbin bir vahid artması
71
nəticəsində i sektorunun ümumi buraxılışının artımıdır.