83
1.
«Kateqoriya» maneəsi. Tələbatı standartlardan fərqlənən
insanlar təmin edilməyəcəklər. Məsələn, majoritar səsvermə siste-
mindən istifadə edilərkən ictimai rifah «orta seçicinin» tələbatına
uyğun həcmdə təqdim olunur. Bundan başqa, dövlətin elə im-
kanları yoxdur ki, kiçik əhali qrupları üzərində yeni proqramlarla
eksperimentlər aparsın. Bu isə xüsusi qeyri-kommersiya təşki-
latlarının doldurduğu daha bir boşluqdur.
2.
«Müddət» maneəsi seçilmiş dövlət məmurlarının
qulluqda
uzun müddət qalmaması ilə bağlıdır. Belə bir vəziyyət onları
qısamüddətli proqramlar və tez əldə edilə bilən nəticələr üzərində
diqqətlərini cəmləşdirməyə vadar edir. Bu, qeyri-kommersiya
təşkilatlarına daha bir fəaliyyət sahəsi verir; onlar uzunmüddətli
sosial məsələlərin həlli ilə məşğul ola bilərlər.
3.
«İntellektual» maneə. Dövlət bürokratiyası sosial prob-
lemlərin həlli üçün tələb olunan bütün zəruri informasiyanı yarat-
mağa, ideyalar irəli sürməyə və tədqiqatlar aparmağa qadir de-
yildir. Bu isə ictimai əhəmiyyətli informasiya yaradan tədqiqat
mərkəzlərinin və digər təşkilatların fəaliyyəti üçün meydan açır.
4
. «Böyüklük» maneəsi bundan ibarətdir ki, dövlət apara-
tının böyüklüyü və qarışıqlığı üzündən sıravi vətəndaşların onunla
iş görməsi mürəkkəb məsələdir. Bu vəziyyət dövlətlə vətəndaşlar
arasında vasitəçi olan qeyri-kommersiya təşkilatlarının fəaliyyəti
üçün meydan açır.
Bütövlükdə xüsusi qeyri-kommersiya təşkilatları cəmiyyətin
daha
müxtəlifcinsli olduğu vaxtlarda xüsusən fəallaşırlar. Bu
halda onlar sosial azlıqların tələbatını ödəyirlər. Beləliklə, qeyri-
kommersiya təşkilatlarının başlıca rolu bütün qrupların tələbatını
ödəməkdən və dövlət tərəfindən nemətlərin istehsalı və bölüş-
dürülməsi ilə əlaqədar münaqişələrin qarşısını almaqdan ibarətdir.
Reyqanomika – sosial xidmət sisteminin dövlət maliyyələş-
dirməsindən asılılığının azaldılmasına yönəlmiş dövlət siyasətidir.
Sosial xidmət vətəndaşlara ailə həyatını normal səviyyədə sax-
lamaqda və özünü reallaşdırmaq imkanı yaratmaqda kömək gös-
tərilməsi deməkdir. ABŞ prezidenti R.Reyqan administrasiyasının
bu problemə yanaşması bir çox sosial xidmətlərin və inkişaf proq-
84
ramlarının federal maliyyələşdirilməsinin azaldılmasını nəzərdə
tuturdu. Eyni zamanda, ştatlar səviyyəsində sosial yardımın
maliyyələşdirilməsinin artırılmasına və yerli özünüidarəyə,
filantropiyaya, könüllü hərəkatlara, mənfəətsiz təşkilatlara böyük
ümidlər bəslənirdi. Reyqan administrasiyası hesab edirdi ki, mən-
fəətsiz təşkilatlar hökumətin maliyyələşdirdiyi sosial yardımı əvəz
edə bilər, habelə onu yerli ehtiyaclara uyğunlaşdıra bilər. Lakin
problemin təhlilinin göstərdiyi kimi, nə filantropiya hərəkatı, nə
də xüsusi sektor mənfəətsiz təşkilatları elə səviyyədə maliyyələş-
dirməyə qadir deyildi ki, bu, federal maliyyələşdirmənin azalması
nəticəsində yaranan vəsait çatışmazlığını əvəz etsin və ya onun
yerini doldursun. Reyqanomika siyasəti 1990-cı illərin əvvəllə-
rində böyük C.Buşun administrasiyası dövründə davam etdirildi.
O vaxt könüllülük hərəkatları və qeyri-kommersiya sektorunun
nailiyyətləri xüsusi prezident mükafatı ilə təltif edilirdi. Məqsəd
bu idi ki, xeyriyyə təşkilatlarının az məsrəflə çox iş görmək
imkanlarının təsdiq edilməsi uğrunda onların arasında gedən
yarışa dəstək verilsin.
Dostları ilə paylaş: