93
X MÖVZU: ĠNFORMASĠYA ĠQTĠSADĠYYATINDA
ĠNTELLEKTUAL MÜLKĠYYƏT
PLAN:
1. Əqli mülkiyyət anlayıĢı
2. Ədəbi, bədii və elmi mülkiyyət
3. Sənaye mülkiyyəti
MƏQSƏD:
Əqli mülkiyyət anlaşının misallarla izahı və onun ədəbi,
bədii və elmi mülkiyyət ilə fərqləndirmək, sənaye mülkiyyətinin
xarakterik xüsusiyyətini izah etmək.
Mözunun izahı
Əqli mülkiyyət xüsusi mülkiyyətlə fərdi mülkiyyətin ara-
sında olan formadır.
Fərdi mülkiyyət dedikdə, hər bir fərdin krea-
tiv rifahını artırmaq və yaradıcı inkişaf etmək
məqsədi ilə öz yara-
dıcılıq qabiliyyətindən və ali fəaliyyətinin məhsullarından sərbəst
istifadə etmək üçün cəmiyyət tərəfindən qəbul edilmiş hüququ
başa düşülür. Fərdi hüququn obyekti insanın daxili sərvəti, o
cümlədən kreativ kapitalıdır. Fərdi mülkiyyət hüququ institusio-
nal səviyyədə reallaşır və formal-hüquqi formalar almır.
Əqli mülkiyyət xüsusi və fərdi mülkiyyət formalarının
xarakterik cəhətlərinə malikdir. Əqli mülkiyyətin əsas iqtisadi
funksiyası yaradıcılıq fəaliyyətinin informasiya məhsulunun
fər-
diləşmiş xarakterini qoruyub saxlamaqdan ibarətdir. Fərdiləşmiş
məhsul öz yaradıcısı üçün yaradıcılıq fəaliyyəti prosesindən aldığı
məmnunluqla yanaşı, iki müsbət effekti də təmin edir. Müsbət
effektin birinci növü onunla şərtlənir ki, fərdiləşmiş məhsul
pul
gəlirinin potensial mənbəyidir və bu baxımdan əqli mülkiyyət
xüsusi mülkiyyətə bənzəyir. Mülkiyyətin hər iki növü mülkiyyət-
çinin cəmiyyətin digər üzvlərinə bazar təsirinin vasitəsi kimi çıxış
94
edir və ona görə də oxşar prinsiplər əsasında qorunur. Əqli mül-
kiyyət üzərində müstəsna əmlak hüququnun mahiyyəti potensial
mənfəət üzərində inhisardan ibarətdir. Fərdiləşmiş məhsulun
müsbət effektinin ikinci növü onunla şərtlənir ki, belə məhsul
ictimai əhəmiyyətin əldə olunması vasitəsidir və bu baxımdan əqli
mülkiyyət fərdi mülkiyyətə bənzəyir. Mülkiyyətin hər iki növü
mülkiyyətçinin cəmiyyətin digər üzvlərinə şəxslərarası təsir va-
sitəsi kimi çıxış edir. Bununla birlikdə, əqli mülkiyyətdən fərqli
olaraq fərdi mülkiyyət aşkar institusional forma almır və ona görə
də hüquqi müdafiə edilmir.
Dostları ilə paylaş: