“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə63/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
document hrclubaz 217

 
Mövzuya aid suallar: 
 
1. Əqli mülkiyyətin digər mülkiyyət formalarına münasibəti 
necədir? 
2.  Müəlliflik  hüququ  və  patent  hüququ  obyektlərinə  aid 
misallar göstərin. 
3.Patent haqqında məlumat verin 
4.Azərbaycanda əqli mülkiyyət hüquqlarını araşdırın 
 


 
98 
XI MÖVZU: ĠNFORMASĠYA ĠQTĠSADĠYYATINDA 
SAHĠBKARLIĞIN XÜSUSĠYYƏTLƏRĠ. QLOBAL 
MENECMENT PARADĠQMASI 
 
PLAN: 
 
1. Firmanın informasiya resursları 
2.  ĠĢgüzar biliklər 
3. Qlobal menecment paradiqması 
 
Əsas terminlər 
 
 biznes-informasiya;  
 
məlumatlar;  
 
işgüzar biliklər;  
 
informasiyanın düzgünlüyü;  
 
bilik vərdişləri;  
 
qlobal menecment paradiqması;  
 
MƏQSƏD: 
 
Biznes informasiya,  işgüzar biliklər haqqında məlumat ver-
mək,  kənar  və  daxili  informasiyalar  haqqında  məlumat  vermək, 
qlobal paradiqmanın bir idarə sistemi olduğunu tələbərə aşılamaq. 
 
Mövzunun izahı 
 
Biznes-informasiya elə informasiyadır ki, firmanın fəaliyyə-
tinin  nəticələri  ondan  asılıdır.  Biznes-informasiya  işgüzar  biliyin 
zəruri  struktur  elementidir  və  eyni  zamanda,  o,  məlumatlar  əsa-
sında formalaşır. İşgüzar bilik, biznes-informasiya və məlumatlar 
birlikdə firmanın informasiya resurslarını təşkil edir. İnformasiya 
resursları  iyerarxiya  əmələ  gətirir.  Bu  iyerarxiyanın  aşağı  səviy-
yəsində məlumatlar,  yuxarı səviyyəsində isə işgüzar biliklər  yer-
ləşir.  Məlumatlar  hiss  edilən  və  qavranılan  hadisələrə  aiddir, 


 
99 
onların məzmunu qərəzsiz xarakter daşıyır. Onlar inzibatçı və ya 
hesablayıcı  sistem  tərəfindən  qavranılır,  amma  daha  geniş  kon-
tekstdən və ya mənadan məhrumdur. Biznes-informasiyaya işlən-
miş  və  cəmləşdirilmiş,  sonra  isə  rəhbərlik  tərəfindən  qərarların 
qəbulu  üçün  bilavasitə  və  ya  potensial  faydalı  olan  məlumatlar 
şəklində qavranılacaq üsulla təqdim edilən məlumatlar kimi tərif 
verilir.  İnformasiya  məlumatların  təfsiri  olduğundan  daha  mü-
cərrəddir.  İşgüzar  bilik  intuisiyaya  əsaslanır,  konkret  hərəkətə 
yönəlməsi ilə prinsipcə informasiyadan fərqlənir. 
Firmalar informasiyadan dörd əsas məqsədlə istifadə edirlər:  
1) fəaliyyət  göstərmək,  yəni  mənfəəti artırmaq və bazarları 
genişləndirmək üçün imkan yaradılması;  
2) riski və qeyri-müəyyənliyi azaltmaq;  
3)  başqaları  üzərində  hakimiyyət  və  təsir  vasitələri  əldə 
etmək;  
4)  öz  firmasının  məhsuldarlığına  və  səmərəliyinə  nəzarət 
etmək və qiymət vermək. 
Kənar  informasiyanın əsas növləri bunlardır:  
 bazar  informasiyası  −  həm  konkret  (bir  firmanın  vəziy-
yəti)  ola  bilər,  həm  də  ümumi  (məhsulun  dünya  bazarında  me-
yilləri). Adətən, bu informasiyanın tərkibinə bazarın ölçüsü və ar-
tımı,  istehlakçıların  alıcılıq  qabiliyyəti,  istəkləri,  tələbi  və  dav-
ranışı daxildir;  
 
rəqiblər  haqqında  informasiya  −  bazar  şəraiti  bilavasitə 
nəzərə  alınmasa  belə,  strateji  qərarların  qəbuluna  təsir  göstərə 
bilər. Bu növ informasiya daha qapalıdır;  
 
makroiqtisadi  və  geosiyasi  informasiya  −  müxtəlif  ölkə-
lərin  sosial-iqtisadi  siyasətinin  dəyişməsinə,  milli  və  dünya  ma-
liyyə  bazarlarının,  əmək  bazarlarının  inkişaf  meyillərinə  dair 
informasiyanı əhatə edir;  
 
tədarükçülər  haqqında  informasiya  −  tədarükün  məsrəf-
ləri,  etibarlılığı,  keyfiyyəti  və  vaxtı  kimi  aspektlərin  üzərində 
qurulmuşdur;  
 
kənar  maliyyə  informasiyası  −  valyuta  məzənnələrinə, 
səhmlərin  məzənnələrinin  dinamikasına,  kapitalların  bazarda  hə-


 
100 
rəkətinə dair informasiyanı əhatə edir;  
 
tənzimləmə  və  vergitutma  haqqında  informasiya  −  müx-
təlif dünya ölkələrində sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən 
tənzimlənməsinə  və  vergitutmaya  dair  normativ  informasiyanı 
əhatə edir.  
Daxili informasiyanın əsas növləri bunlardır:  
  istehsal haqqında informasiya − istehsalın səmərəliyinə və 
məhsuldarlığa,  istehsal  güclərinə,  məsrəflərə,  istehsal  tullantı-
larına və keyfiyyətə dair məlumatları əhatə edir;  
 
əmək  resursları  haqqında  informasiya  −  işçi  heyətinin 
təlimi və ixtisas səviyyəsi, mənəvi vəziyyət və kadrlarla təminata 
çəkilən  xərclər  kimi  aspektlər  üzərində  qurulmuşdur.  ABŞ-da 
işçilərin şəxsi həyatı − onların xarakteri, maraqları, ailə vəziyyəti 
haqqında informasiya toplanması sistemi yayılmışdır;  
 
daxili  maliyyə  informasiyası  −  mühasibat  balansından 
mənfəətə və məsrəflərə, əmlaka və öhdəliklərə dair əsas informa-
siyanı, habelə maliyyə göstəricilərinin geniş spektrini, o cümlədən 
səhmlərin  bazar  qiymətinin  onlardan  götürülən  gəlirə  nisbətini, 
əmək haqqının ümumi mədaxilə nisbətini əhatə edir.  
İnformasiyanın  idarə  edilməsi  üçün  tələb  olunan  əsas  vər-
dişlər  axtarış,  təhlil,  quraşdırma,  saxlama  və  manipulyasiyadır. 
İnformasiya ilə bağlı bütün iş altı əsas hissəyə bölünür:  
 
işlənilməmiş məlumatların daxil olması, toplanması;  
  kommunikasiyalar, informasiyanın bir mənbədən digərinə 
yerdəyişməsi;  
 
informasiyanın  işlənilməsi,  bir  formadan  digər  formaya 
çevrilməsi; 
 
işlənilmiş informasiyanın saxlanılması, qorunması;  
 
saxlanılan  məlumatların  axtarışı,  onlarla  işləməyə  bura-
xılış prosesi;   
 
informasiyanın  çıxışı,  istifadəçi  üçün  əlverişli  şəkildə 
formalaşdırılması.  
 
İşgüzar  bilik  əlaqələndirilmiş  məqsədyönlü  hərəkət  üçün 
toplanmış  potensialdır.  Bu  fəsildə  «bilik»  termini  altında  məhz 


 
101 
işgüzar  bilik  başa  düşülür.  Statik  təsvirlər  və  fakt  «topluları» 
biliklərə aid  deyildir, çünki  onlar predmetlərin qarşılıqlı əlaqələ-
rini deyil, ayrıca götürülmüş predmetləri təsvir edir. İnformasiya 
və  məlumatlar  −  bilik  yaradılması  üçün  hərəkətə  gətirilməmiş 
«xammal»  ehtiyatlarıdır.  Yalnız  bu  «xammal»  komponentlərinin 
məntiqi  cəhətdən  ardıcıl  modellər  şəklində  bağlanması  prosesi 
məqsədlərin  əldə  edilməsində  və  məsələlərin  həllində  nailiyyətə 
çevrilərək  bilik  kimi  təsnif  edilir.  Beləliklə,  bilik  −    əlaqələn-
dirilmiş  hərəkətlərin  məntiqi  cəhətdən  ardıcıl  komplekslərində 
obyektlərin qarşılıqlı əlaqəsidir. Biliyin keyfiyyəti məqsədin əldə 
edilməsi  keyfiyyətinə  və  ya  əlaqələndirmənin  keyfiyyətinə  görə 
qiymətləndirilə bilər. 
 
Biliyin altı növünü ayırd edirlər:  
 
1.makro-mikro.  Makrosəviyyə  bilikləri  −  cəmiyyətdə  geniş 
yayılmış  biliklərdir.  Firmaya  makrobiliklər  lazımdır,  lakin  onun 
rəqabətdə  üstünlükləri,  adətən,  mikrobiliklər  vasitəsi  ilə  əldə 
edilir; 
2.  içayrıca.  İç  bilikləri  məhsula  daxil  edilmişdir  və  onun 
başlıca  komponentlərindən  birini  təmsil  edir,  onlar  özlüyündə 
istifadə edilə bilməz. 
3.bazar  −  qeyri-bazar.  Bu  meyar  biliklərin  bazarda  hansısa 
dəyərə malik olub-olmadığını əks etdirir. 
4. fərdi  qrup. Fərdi biliklər insana xas olan, onun iş yerinə 
gətirdiyi  və  ya  məsələnin  həllində  tətbiq  etdiyi  biliklərdir.  Qrup 
biliyi qrupun bütün  üzvlərinin malik olduğu ümumiləşdirilmiş bi-
likdir. 
5.ötürülə  bilən      ötürülə  bilməyən.  Bu  meyar  biliyin  bir 
insan tərəfindən digərinə hansı dərəcədə ötürülə bildiyini və digər 
insan  tərəfindən  hansı  dərəcədə  səmərəli  istifadə  edilə  bildiyini 
xarakterizə edir;  
6.eksplisit − implisit. Eksplisit bilik aydın, mütəşəkkil bilik-
dir. İmplisit bilik  aşkar olmayan, qeyri-mütəşəkkil bilikdir. 
Biliklə  iş  texnologiyaları  bilikləri  daha  sürətlə  yaymağa 


 
102 
imkan verir, komandanın səmərəli işinə kömək göstərir, biliklərin 
generasiya  edilməsinin  və  idarə  olunmasının  yeni  üsullarını  ya-
radır. Biliklə iş texnologiyalarını üç sinifə ayırırlar:  
1)  ya  informasiyanın  işlənilməsi  və  təhlili,  ya  da  bununla 
məşğul  olan  adamların  fəaliyyətinə  kömək  göstərilməsi  yolu  ilə 
biliklərin yaradılmasına yönələn texnologiyalar;  
2)  biliklərin  kəşf  və  tədqiq  edilməsinə  yönələn,  yeni  bilik 
mənbələri  axtaran,  həmin  mənbələrdən  bilikləri  əldə  edən  və 
tətbiq üçün toplayan texnologiyalar;  
3)  biliklərin  yayılmasına  yönələn,  sistem  və  ya  şəbəkə 
çərçivəsində biliklərin bir nöqtədən digərinə ötürülməsinə kömək 
göstərən texnologiyalar.  

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin