“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə66/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   62   63   64   65   66   67   68   69   ...   76
document hrclubaz 217

 
 


 
104 
XII MÖVZU: KĠNETĠK SAHĠBKARLIQ  
VƏ VĠRTUAL KORPORASĠYA 
 
PLAN: 
 
1.Reinjinirinq  
2.Reinjinirinq prinsiplərinin tətbiqi 
3.Prosesin inteqrasiyalı idarə olunması 
4.kinetik sahibkarlıq;  
5. Virtual korporasiya  
 
MƏQSƏD: 
  
Reinjiniringin ne olması onun prinsiplərini  açıqlanması, 
kinetik  sahibkarlıq  və  virtual  korporasiyalar  haqqında  məlumat 
verilməsi 
 
Əsas terminlər 
 
 reinjinirinq 
 prosesi inteqrasiyalı idarə edilməs 
 
kinetik sahibkarlıq;  
 Virtual korporasiya  
 
Mövzunun izahı 
 
İnformasiya  iqtisadiyyatında  istehsal  prosesi  daha  öncədən 
verilmiş  və  dəyişməz  proses  kimi  nəzərdən  keçirilmir.  Əvvəllər 
istehsal prosesi qərarların qəbuluna daha çox dərəcədə təsir gös-
tərən  mühəndislərin  fəaliyyət  sahəsi  idi.  Şirkətlərin  nəyi  istehsal 
etdikləri  onların  bundan  ötrü  nə  etdiklərindən  daha  böyük  əhə-
miyyət  daşıyırdı.  Məhsul  rəqabət  qabiliyyətinin  yüksəldilməsi 
vasitəsi idi, eyni zamanda, proses belə bir vasitə deyildi. İstehsal 
prosesinin  xarakterini  məhsulun  xassələri  və  keyfiyyəti  deyil, 
əksinə,  məhsulun  xassələrini  və  keyfiyyətini  istehsal  prosesinin 


 
105 
xarakteri müəyyənləşdirirdi.  
Reinjinirinq və ya biznes-proseslərin yenidən layihələndiril-
məsi 1990-cı  illərin  əvvəllərində idarəetmə  elminə mühüm töhfə 
kimi  meydana  gəlmişdir.  O,  şirkətlərə  əsas  diqqəti  funksiyalara 
deyil, proseslərə yönəltməklə özlərini kökündən dəyişdirməyi tək-
lif edirdi. Bu, şirkətlərə məhsuldarlığı yüksəltmək imkanı verə bi-
lərdi.  Konsepsiyanın  kommersiya  uğuru  onun  çoxsaylı  şirkətlər 
tərəfindən tətbiqinə səbəb olmuşdur. Bu konsepsiyanın  yaranma-
sını Massaçusets Texnologiyalar İnstitutunun keçmiş informatika 
professoru  Maykl  Hammerin  1990-cı  ildə  yazdığı  bir  məqalə  ilə 
bağlayırlar.  Məqalədə  sübut  edilirdi  ki,  əgər  şirkətlər  rəqabətin 
artdığı dünya bazarlarında duruş gətirmək üçün zəruri olan səmə-
rəliyi  yüksəltmək istəyirlərsə, istehsal proseslərini avtomatlaşdır-
maqdansa, məhv etməlidirlər. Həmin il Devenport və Şort başqa 
bir məqalə dərc etdirdilər. Məqalədə təşkilati dəyişikliklərə oxşar 
yanaşma  təklif  edilirdi.  Bu  yanaşmanı  onlar  biznes-proseslərin 
yenidən    layihələndirilməsi  (BPR    Business  Process  Redesign
adlandırmışdılar.  Müəlliflər  reinjinirinq  terminindən  istifadə  et-
məsələr  də,  onların  konsepsiyası  Hammerin  konsepsiyası  ilə  ox-
şardır,  ona  görə  də  BPR  və  reinjinirinq  terminləri  sinonim  kimi 
işlədilir.  
Vurğuların  qoyulması  və  yanaşmaların  təfsiri  müxtəlifdir, 
lakin  onlar  üç  amilin  vacib  olması  haqqında  eyni  fikirdədirlər. 
Bunlar proses təfəkkürü, köklü dəyişiklik və informasiya texnolo-
giyalarının və sistemlərinin imkanlarıdır:  
 
proses  təfəkkürü.  Fəaliyyətini  funksiyaya  yönəldən  şir-
kətin  əksinə  olaraq,  şirkət  öz  diqqətini  prosesə  yönəltməlidir.  O, 
təchizat  şöbəsi,  marketinq  şöbəsi  və  ya  mühasibat  kimi  ixtisas-
laşmış  şöbələrinə  deyil,  öz  müştərilərinin  sifarişlərinin  yerinə 
yetirilməsi və ya məhsulun işlənib hazırlanması kimi proseslərinə 
uyğun olaraq layihələndirilməlidir;  
 
köklü  dəyişiklik.  Reinjinirinq  fundamental  dəyişiklik 
gətirməlidir.  Möhkəm  bərqərar  olmuş  proseslər  sarsılmaz  olaraq 
qalmamalı,  əksinə,  yenidən  ixtira  edilməlidir.  Reinjinirinq  isteh-
salın təşkilinin ənənəvi formalarından tam imtina etməyi nəzərdə 


 
106 
tutur. Onun məqsədi tədrici təkmilləşdirmələr  yolu ilə əldə edilə 
bilməz.  Belə  ki,  daxiliyanma  mühərriki  at  arabasının  fasiləsiz 
təkmilləşdirilməsi  nəticəsində  əldə  edilə  bilməzdi.  Reinjinirinq 
heç  vaxt  «aşağıdan  yuxarıya»  aparılmır.  Reinjinirinq  aparmağa 
cəhd göstərilərkən bir çox uğursuzluqların səbəbi çox məhdud və 
həddindən artıq ehtiyatlı yanaşma olmuşdur;  
 
informasiya  texnologiyalarının  və  sistemlərinin  imkan-
ları. Reinjinirinqə aid ədəbiyyatda informasiya texnologiyalarına 
və  sistemlərinə  iki  müxtəlif  rol  ayrılır.  Birinci  halda  onları  rein-
jinirinq  sahəsində  fəaliyyətə  yardım  vasitəsi,  bir  alət  kimi  nəzər-
dən  keçirirlər.  Yeni  səmərəli  proseslərin  yaradılması  biznes 
məqsədlərinə tabe olan informasiya texnologiyalarına və sistemlə-
rinə  nisbətən  daha  üstün  tutulmalıdır.  İkinci  halda  informasiya 
texnologiyalarını  və sistemlərini  reinjinirinqin səbəbi  və  ya hərə-
kətverici  qüvvəsi  kimi  nəzərdən  keçirirlər.  Məsələn,  interaktiv 
videodisklər  və  ekspert  sistemləri  firmanın  işini  sərt  çərçivələrə 
salan  qaydaları  dəyişdirir.  Bildirilir  ki,  reinjinirinq  təşkilatlarda 
informasiya texnologiyalarının və sistemlərinin tətbiq edilməsinin 
tamamilə yeni üsuludur.  
Reinjinirinq  «Əməliyyatı  necə  yaxşılaşdıraq?»  deyil,  «Bu 
əməliyyatı  yerinə  yetirmək  nə  üçün  zəruridir?»  sualını  verir. 
«10−90» qaydası empirik olaraq müəyyən  edilmişdir. Bu qayda 
sübut etməyə çalışır ki, proseslərdə potensial təkmilləşdirmələrin 
yalnız  10%-ni  əməliyyatlar  sahəsində  əldə  etmək  olar,  halbuki 
belə təkmilləşdirmələrin əsas kütləsi, yəni 90%-i qarşılıqlı əlaqə-
lərdə  gizlənmişdir.  Ənənəvi  menecment  qarşılıqlı  əlaqələri  gör-
mür, yalnız əməliyyatları görür. Ona görə də ənənəvi istehsal pro-
sesləri  çoxsaylı  əməliyyatlara  (əməyin  maksimal  bölgüsünün  və 
ixtisaslaşmanın  nəticəsi  olaraq)  bölünmüşdür  və  onların  əla-
qələndirilməsi həddindən artıq sayda qarşılıqlı əlaqələr tələb edir. 
Reinjinirinqin  başlıca  vəzifəsi  mühəndis  üçün  görünməz  olan 
qarşılıqlı əlaqələrin, prosesin hissələrinin sayını azaltmaqdan iba-
rətdir. Reinjinirinqdən sonra proses nəinki minimal arxitekturaya 
(ən  az  sayda  əməliyyatlar  və  onlar  arasında  əlaqələr)  malik 
olmalı, həm də məhsula maksimal dəyər verməlidir.  


 
107 
Birincisi,  dəyər  əlavə  etməyən  bütün  hərəkətlər  aradan 
qaldırılmalıdır.   
İkincisi,  ayrılıqda  məhsula  az  dəyər  əlavə  edən,  lakin  bir-
likdə  daha  çox  dəyər  əlavə  edə  bilən  bütün  əməliyyatlar  birləş-
dirilməlidir.  
Reinjinirinq    üç  əsas  sahədə  həyata  keçirilən  prosesin  rein-
teqrasiyasıdır.  
1) vəzifənin reinteqrasiyası daha kiçik prosesləri əhatə edən 
yarımvəzifələri  və  onlarla  bağlı  fəaliyyəti  inteqrasiya  olunmuş 
daha  iri  bloklar  və  komplekslər  şəklində  birləşdirir,  hissələrin, 
komponentlərin,  seqmentlərin  sayını  azaldır  və  onlardan  məh-
sullar və proseslər təşkil edir;  
2)  işçi  qüvvəsinin reinteqrasiyası  prosesin daha kiçik deyil, 
daha  böyük  hissələrini  yerinə  yetirməyə  və  əlaqələndirməyə 
imkan  verir.  Çoxfunksionallığı,  işçilərin  rotasiyasını,  əksixtisas-
laşmanı  və  proses  üzərində  mülkiyyət  hüququnu  dəstəkləyir.  İş-
çilərə  müstəqil  komandaların  tərkibində  işləmək  və  ayrı-ayrı 
əməliyyatları  deyil,  inteqrasiya  olunmuş  prosesləri  əlaqələndir-
mək imkanı verir;  
3)  biliklərin  reinteqrasiyası:  işçilər  prosesin  getdikcə  daha 
çox  hissəsinə  bələd  olmalıdırlar  (yəni  bu  hissələri  uğurla  əla-
qələndirə  bilməlidirlər).  Bilik  öz  hərəkətlərini  məqsədyönlü  şə-
kildə əlaqələndirmək qabiliyyətidir. Əgər insan ixtisaslaşmışdırsa, 
başqalarından  ayrılmışsa,  o,  öz  hərəkətlərini  əlaqələndirə  bilmir, 
sadəcə, ayrı-ayrı sadə əmrləri yerinə yetirir.  
Reinjinirinq  prinsiplərinin  tətbiqi  aşağıdakı  təşkilati 
dəyişikliklərə gətirib çıxarmalıdır:  
 
işçi  vahidləri    funksional  bölmələrdən  proses  ko-
mandalarına;  
 
işlər  sadədən çoxplanlıya;  
 
işçilərin rolu  nəzarət altında icradan müstəqil qərarların 
qəbuluna;  
 
işə hazırlıq  məşqlərdən təhsilə;  
 
işin  səmərəliyinin  və  əməyin  ödənilməsinin  qiymətlən-
dirilməsi    fəaliyyətin  qiymətləndirilməsindən  nəticənin  qiymət-


 
108 
ləndirilməsinə;  
 
menecerlərin rolları  nəzarət edəndən öyrədənə;  
 
təşkilati struktur  iyerarxikdən üfüqiyə;  
 
inzibati işçilərin funksiyaları  katiblikdən liderliyə.  
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin