110
Virtual korporasiya
Virtual korporasiya virtual məhsul
− araşdırmaçıların ağ-
lında və istehsal sistemlərinin imkanlarında mövcud olan,
istehlakçıların ən yaxın gələcəkdə möhtac olacaqları məhsulu
istehsal etməyə qadir olan firmadır.
Virtual korporasiyanın idarə edilməsi
virtual dəyər zənci-
rinin aşkarlanmasına və təhlilinə əsaslanır. Ənənəvi dəyər zən-
cirinə giriş logistikası, əməliyyatlar, çıxış logistikası, marketinq,
satış və xidmət kimi müəyyən baza fəaliyyət növləri daxildir.
Fəaliyyətin bu baza növlərini firmanın infrastrukturu, satınalma
fəaliyyəti, insan resursları və məhsulun işlənib hazırlanması kimi
müəyyən miqdarda köməkçi amillər dəstəkləyir.
Virtual korporasiyanın əsasını üç element təşkil edir:
1) informasiya texnologiyalarının və sistemlərinin baza
infrastrukturu;
2) virtual
dəyər zəncirləri;
3) alıcıların virtual birlikləri.
Bilik korporasiyası konsepsiyası virtual korporasiya kon-
sepsiyasına yaxındır, lakin burada əsas diqqət firmanın qeyri-
maddi aktivi
kimi biliklərə yönəldilir
Dostları ilə paylaş: