XIII MÖVZU: ĠNFORMASĠYA ĠQTĠSADĠYYATINDA
ELEKTRON KOMMERSĠYA
PLAN:
1. Elektron kommersiya anlayıĢı
2. Elektron bazar
3. Biznes model və onun növləri
4. ÖdəniĢ sistemləri
MƏQSƏD:
Elektron kommersiya haqqında məlumat verməkç elektron
kommersiyanın növlərini göstərmək, biznes modellerin təfsirini
vermək,elektron ödəmələrin üstün cəhətlərini və təhlükəsizlik
planlari ilə tələbələri tanış etmək
Əsas terminlər
virtual komanda;
innovasiya;
imitasiya cəmiyyəti;
innovasiyalar üçün sədlər;
layihələrin idarə edilməsi;
elektron bazar;
elektron kommersiya;
biznes-model;
veb-fərdiləşmə;
interaktiv bazar;
mobil kommersiya;
elektron ödənişlər sistemi.
113
Movzunun izahı
Elektron bazar − çoxsaylı alıcıları və satıcıları birləşdirən,
informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən,
habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya
sistemidir. Elektron bazarın yaradılmasının ilkin şərti minlərcə
informasiya şəbəkəsini bir kompüter şəbəkəsində − İnternetdə
birləşdirməyin mümkünlüyüdür. Elektron bazarın informasiya
sistemləri transaksiya məsrəflərini xeyli azaltmağa imkan verir.
Bu məsrəflərə alıcıların və satıcıların axtarışı, qiymətlərə dair
informasiyanın əldə edilməsi, malların sifariş edilməsi və ödənil-
məsi məsrəfləri daxildir. İnternetdən istifadə üçün geniş imkan-
ların olması və İnternetdə müxtəlif əqdlərin bağlanmasının sa-
dəliyi elektron kommersiyanın inkişafına gətirib çıxarmışdır.
Elektron kommersiya − kompüter sistemlərindən istifadə
etməklə malların və xidmətlərin alınması və satılması prosesidir.
Bu anlayışa reklam, marketinq, müştərilərə xidmət, sifarişlərin
çatdırılması və ödənilməsi daxildir. Elektron kommersiyanın tex-
noloji əsasını qlobal şəbəkə təşkil edir. İnternet-standartlar sifa-
rişlərin yerləşdirilməsi sistemi və materialların hərəkəti sistemi
kimi bir-biri ilə müqayisəyə gəlməyən sistemlərin bir-birinə
bağlanması üçün tətbiq olunur. Bunlar elə sistemlərdir ki, əvvəllər
onların arasında informasiya mübadiləsi mümkün deyildi.
Şirkətlər İnternetin rabitə imkanlarının üstünlüklərindən və
ondan istifadənin sadəliyindən daxili informasiya şəbəkələrinin və
ya intranetin yaradılması üçün istifadə edirlər. Kənar isti-
fadəçilərin daxil ola bildiyi xüsusi daxili şəbəkələr ekstranet ad-
lanır. Onlardan firma məsrəfləri azaltmaq və tədarükçülərlə, biz-
nes üzrə digər tərəfdaşlarla öz fəaliyyətinin əlaqələndirilməsi key-
fiyyətini yaxşılaşdırmaq üçün istifadə edirlər. Elektron biznes
termini biznes-proseslərin idarə olunması üçün kompüter tex-
nologiyalarından istifadə ilə elektron kommersiya arasında hədd
qoymaq üçün işlədilir.
Biznes-model − müəssisə tərəfindən malın istehsalının ma-
hiyyətinə və prinsipinə dair abstrakt təsəvvür olub mənfəətin ya-
114
radılması metodikasını əks etdirir. Əgər mala dair informasiya
mübadiləsinin əvvəlki kanalları öz əhəmiyyətini itirirsə və ya
sərfəsiz olursa, onda informasiyanın məhsul ilə bağlanması
üzərində qurulan biznes-model də öz aktuallığını itirə bilər.
Malların alıcılara ənənəvi mağazalar vasitəsi ilə deyil, bilavasitə
satıcılar tərəfindən interaktiv satışı yeni biznes-modeli təcəssüm
etdirir. Kitab mağazaları elektron kitabları vasitəçilərin köməyinə
əl atmadan, bilavasitə alıcılara sataraq, bu biznes-modeli tətbiq
edirlər. Maliyyə əməliyyatlarının biznes-modeli də oxşar dəyişik-
liklərə məruz qalmışdır. Bu gün investorlar öz əqdlərini həyata
keçirmək üçün İnternetdən götürülən ucuz maliyyə infor-
masiyasından istifadə edə bilər və yüksək komisyon faizləri alan
universal pərakəndə satış brokerlərinin köməyinə müraciət
etməyə bilərlər. Əgər biznes-model yalnız İnternetə əsaslanırsa,
onu «səliqəli oynayan» biznes-model adlandırırlar.
Biznes-modelin aşağıdakı əsas növləri vardır:
virtual mağaza. Real malları real mağaza və ya pərakəndə
ticarət məntəqəsi vasitəsi ilə deyil, məsafədən satır. Adi (elektron
olmayan) mallar ənənəvi üsullarla göndərilir;
bazar cəmləşdiricisi. Məhsullar və xidmətlər haqqında
çoxsaylı tədarükçülərdən alınmış informasiyanı bir nöqtədə
cəmləşdirir. Alıcılar axtara bilər, müqayisə edə bilər, bəzən də
alğı-satqı əməliyyatları apara bilərlər;
interaktiv birja. Elə bir alğı-satqı sistemidir ki, çoxsaylı
alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala
bilirlər;
informasiya brokeri. Məhsullar, malın qiyməti və möv-
cudluğu haqqında informasiya təklif edir. Onların bəziləri ticarət
əqdlərini icra edirlər, lakin əsas dəyərləri təqdim etdikləri infor-
masiyadır;
əməliyyat brokeri. Alıcılar faiz dərəcələri və şərtlərlə tanış
ola bilərlər, lakin əsas biznes-fəaliyyət əməliyyatın (əqdin) həyata
keçirilməsindən ibarətdir;
auksion. Məhsulların qiymətinin elektron nağdsız ödə-
nişini, daim dəyişən, bəzən də alıcının hərəkətlərinə cavab olaraq
115
dəyişən qiymətlər və mövcud ehtiyatlar haqqında məlumatları
təklif edir;
əks auksion. Alıcılar özləri üçün sərfəli qiymətlə malları
əldə etmələri üçün çoxsaylı satıcılara sorğular verirlər;
aqreqator. Çoxlu miqdarda mal almaq istəyən və ona görə
də topdansatış endirimlərində marağı olan insanları qruplar şək-
lində birləşdirir;
rəqəmsal məhsulun çatdırılması. Proqram təminatını, mul-
timedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır
və çatdırır;
kontentin tədarükçüsü. Axtarış sistemində kontent (məz-
mun) təklif edərək, yaxud reklam yerləşdirərək mənfəət yaradır;
xidmətlərin interaktiv tədarükçüsü. Aparat və proqram
təminatı istifadəçilərinə xidmətlər və kömək göstərir;
virtual birlik. Ümumi maraqları olan insanların ünsiyyət
və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir;
portal. İnternetə giriş zamanı başlama məntəqəsi olub
ixtisaslaşmış məzmun və digər xidmətlər təklif edir. Ayrı-ayrı
istifadəçilərə və bütöv təşkilatlara öz informasiyasını yerləşdir-
məkdə kömək göstərir;
sindikator. Çoxsaylı mənbələrdən məzmunu və ya qoş-
maları toplayır və başqa şirkətlərə yenidən satır.
Şirkətlər məhsulu bilavasitə alıcıya satmaqla və ya
vasitəçilərin sayını azaltmaqla böyük mənfəət qazana bilərlər, özü
də daha aşağı qiymətlər tətbiq etməklə. Əlavə dəyərin formalaş-
dırılması zəncirində aralıq addımlar üçün məsul olan təşkilati və
ya biznes-həlqələrin aradan qaldırılması prosesi aralıq həlqələrin
aradan qaldırılması adlanır. 7.5 a şəklində malın yayılmasının
ənənəvi üsulu təsvir edilmişdir. Burada bir neçə aralıq həlqədən
istifadə edilir. Həmin həlqələrin hər biri məhsulun yekun dəyərinə
öz payını verir. 7.5 b şəklində bütün aralıq həlqələrin aradan
qaldırıldığı və istehlakçının malı minimal qiymətə aldığı hal təsvir
edilmişdir.
İnternet sayəsində istehsalın bəzi sahələrində aralıq həl-
qələrin aradan qaldırılması prosesi sürətlənir, habelə digər sahə-
116
lərdə aralıq həlqələrin yeni tiplərinin yaradılması imkanları təmin
edilir. Bəzi sahələrdə mal anbarlarına malik olan distribüterlər və
ya daşınmaz mülkiyyət əməliyyatları üzrə agentlər kimi
vasitəçilər yeni aralıq həlqələrlə əvəz edilə bilər. Bu həlqələr
İnternet istifadəçilərinə məhsul və onun qiyməti barədə informa-
siyanın axtarışı zamanı səmərəli kömək göstərilməsində, mallara
və xidmətlərə dair interaktiv informasiya mənbələrinin yerləş-
dirilməsində, elektron ticarət əməliyyatlarının həyata keçirilməsi
prosesində əldə edilmiş informasiyaya dəyər qatılmasında
ixtisaslaşırlar. Bu yeni aralıq həlqələri informasiya brokerləri və
ya informasiya agentləri də adlandırırlar. İnformasiya broker-
lərinə misal kimi virtual mağazanı, birjanı və virtual biznesin
digər növlərini göstərmək olar. Dəyər zəncirində vasitəçilik funk-
siyasının yeni mənbəyə ötürülməsi prosesi aralıq həlqələrin
təkrar yaradılması adlandırılır. İnteraktiv marketinq alıcıların
diqqətini cəlb etmək və onların zövqləri, maraqları haqqında daha
ətraflı informasiya almaq üçün veb-səhifələrin xassələrindən
istifadəyə əsaslanır. Xüsusilə şirkətlər aşağıdakıları edə bilər:
veb-səhifələrə daxil olanlara interaktiv qeydiyyatdan keç-
mək və şəxsi informasiya vermək xahişi ilə müraciət edərək, alı-
cılar haqqında müəyyən informasiya əldə etmək;
Şəbəkəyə daxil olanların hərəkətlərini izləyən proqram-
ların köməyi ilə alıcılar haqqında informasiya toplamaq;
veb-səhifələrə daxil olanların sayını izləyən veb-saytların
auditinə dair xüsusi proqramlardan, habelə istifadəçilər arasında
daha populyar olan səhifələrdən və istifadəçilərin bir səhifədən
digərinə keçərkən getdiyi yollardan istifadə etmək.
Veb-fərdiləşdirmə dedikdə, veb-məzmunun bilavasitə müəy-
yən istifadəçi üçün nizamlanması başa düşülür. Kommunikasiya
vasitələrini və malları hər bir ayrıca alıcı üçün fərdi qaydada
seçmək olar. Müştərinin xüsusi marağını doğuran məhsullar və
xidmətlər haqqında fərdiləşdirilmiş nadir veb-səhifələr yaratmağa
qadir olan şirkətlər müştərinin görüş dairəsini genişləndirir və
əlavə dəyər yaradırlar. Marketoloqlar veb-fərdiləşdirmə texnolo-
giyalarından istifadə edərək, ənənəvi ticarətlə müqayisədə xeyli
117
üstünlüklər əldə edə bilərlər. Fərdiləşdirmə fərdiləşdirilmiş məz-
mun, informasiya, reklam və xidmətlər təqdim etməklə şirkətlərə
alıcılarla uzunmüddətli münasibətlər yaratmaqda kömək göstərə
də bilər. Şəbəkə marketinq və satışlar sahəsində əsas hərəkətləri
alıcılara yaxınlaşdırır, alıcılar interaktiv sifariş formalarını özləri
doldururlar. Alıcılar malların və xidmətlərin keyfiyyətinin yaxşı-
laşdırılması ilə bağlı istəkləri və təklifləri barədə daha dəqiq in-
formasiyanı tədarükçülərə çatdırmaq üçün şəbəkədən istifadə
etməklə, sadəcə, passiv sifarişçi olaraq qalmırlar, mənfəətin
yaradılması prosesinin fəal iştirakçılarına çevrilirlər.
Elektron kommersiya əməliyyatının təsnif edilməsinin əsas
növü iştirakçıların iqtisadi funksiyalarının öyrənilməsinə əsasla-
nır. Elektron kommersiyanın üç əsas kateqoriyası «biz-
nes−müştəri» (B2C), «biznes−biznes» (B2B), «müştəri−müştəri»
(C2C) sxemləri üzrə elektron kommersiyadır. B2C sxemi üzrə
elektron kommersiya malların və xidmətlərin ayrı-ayrı alıcılara
satılmasını nəzərdə tutur. B2B sxemi üzrə elektron kommersiya
malların və xidmətlərin müəyyən şirkətlər tərəfindən digər
şirkətlərə satılmasını nəzərdə tutur. C2C sxemi üzrə elektron
kommersiya malların və xidmətlərin bir istehlakçıdan bütün qalan
istehlakçılara satılmasını nəzərdə tutur.
«Biznes−biznes» tipli əməliyyatlar bütün elektron kommer-
siya əməliyyatlarının əsas hissəsini (80%-dək) təşkil edir. Kor-
porativ alışlar ənənəvi olaraq bir və ya iki tədarükçü ilə uzun-
müddətli münasibətlərə əsaslanırdı. İnternet digər tədarükçülər
haqqında informasiyanın əldə olunmasını asanlaşdırır, yəni
şirkətlər mənbələrin daha geniş spektrindən, o cümlədən xarici
şirkətlərdən istifadə edərək, daha sərfəli sazişlər bağlaya bilərlər.
Alış meneceri tanımadığı tədarükçüdən mal alarkən və ya yeni
tipli sifariş yerləşdirərkən qarşılaşdığı suallara cavabları şəbəkədə
axtarır. Potensial ticarət tərəfdaşlarının axtarışı İnternetdə satın-
alma fəaliyyətinin ən geniş yayılmış növlərindən biridir. Təda-
rükçülər özləri rəqiblərin qiymətlərini interaktiv öyrənərkən Şə-
bəkədən istifadə edə bilərlər.
«Biznes−biznes» sxemi üzrə elektron kommersiya aparmaq
118
üçün firmalar özlərinin veb-səhifələrindən istifadə edə və ya
interaktiv bazarlar deyilən bazarlar yaradaraq satışları veb-saytlar
vasitəsi ilə təşkil edə bilərlər.
Bəzən elektron hablar adlandırılan interaktiv bazarlar ən
yeni biznes-modeli təmsil edirlər. İnteraktiv bazarların köməyi ilə
şirkətlər alıcıların hər biri ilə bilavasitə bağlaşmadan onların bir
çoxu ilə eyni vaxtda bağlaşa bilər və yeni potensial alıcılar tapa
bilərlər. Bir çox bazarlar istehsalçının müxtəlif sistemlərində
saxlanan məhsul haqqında informasiyanı birləşdirmək imkanına
malikdir. Müxtəlif tədarükçülərdən mal alan şirkətlərin dörd və ya
beş müxtəlif sistemi idarə etməsinə ehtiyac yoxdur. Onlar
qiymətləri müqayisə etmək və malı müxtəlif şirkətlərdən almaq
yolu ilə pula qənaət edə bilərlər.
Birjalar elə interaktiv bazarlardır ki, burada çoxsaylı alıcılar
alğı-satqıların təhlili sistemindən istifadə etməklə çoxsaylı satıcı-
lardan mal ala bilərlər. Birjaların bir neçə kateqoriyası vardır.
İstehsal birjaları kimi də tanınan şaquli birjalar istehsalın müəy-
yən sahələrinə xidmət üçün təşkil olunur. Üfüqi birjalar spesifik
funksiyalara, məsələn, ofis avadanlığının satın alınmasına, yaxud
istismar və ya təmir çərçivəsində məhsul göndərilməsinə istiqa-
mətlənmişdir. Şirkətlər bazar xidmətləri göstərmək yolu ilə mən-
fəət götürmək üçün sahə birjaları adlanan öz xüsusi birjalarını
yarada bilərlər. Birjalar sayəsində bir çox tədarükçülər arasında
qiymətlərin rəqabətli qaydada formalaşması prosesi təmin edilir
ki, bu da alıcılara malı ən aşağı qiymətə almaq imkanı verir.
Elektron kommersiya əməliyyatlarının təsnif edilməsinin
digər üsulu əqd iştirakçılarının şəbəkəyə fiziki qoşulması üsuluna
əsaslanır. Son vaxtlaradək, demək olar, bütün elektron kommer-
siya əqdləri naqilli şəbəkələr (kabel birləşməsi) vasitəsi ilə həyata
keçirilirdi. İndi isə mobil telefonlar və digər naqilsiz cib qurğuları
İnternetə qoşulmaq imkanını təmin edir. Şirkətlər veb-malların və
xidmətlərin yeni toplularını təklif etməyə çalışırlar. İndi həmin
malları və xidmətləri bu naqilsiz qurğuların köməyi ilə əldə etmək
mümkündür. Malların və xidmətlərin əldə edilməsi məqsədi ilə
naqilsiz cib qurğularından istifadə prosesi mobil kommersiya və
119
ya m-kommersiya adlanır. Mobil kommersiya şirkətlər üçün
alıcılarla əlavə əlaqə kanalları və yeni fərdiləşdirmə imkanları
təmin edir. Bu qurğuların bəzilərində olan və alıcıların olduğu
yeri izləyən proqramlar şirkətlərə yolda olan istifadəçilərin
yerdəyişməsi və alışları haqqında informasiya əldə etmək, habelə
onlara hava proqnozları və ya ən yaxın mehmanxanaya istiqa-
mətin bildirilməsi kimi informasiya xidmətləri göstərmək imkanı
verir. Marketinq strategiyaları elə dəyişdirilir ki, zərurət yaran-
dıqda şirkətlər alıcını öz veb-səhifəsinə cəlb etmək əvəzinə
məlumatları bilavasitə ona çatdırmağın üsullarını tapırlar.
Malların haqqının İnternet vasitəsi ilə ödənilməsinin müx-
təlif üsullarını həyata keçirmək məqsədi ilə xüsusi elektron ödəniş
sistemləri işlənib hazırlanmışdır. Bu sistemlərə kredit kartları,
elektron pullar və cib kisələri vasitəsi ilə ödəniş sistemləri,
«müştəri−müştəri» ödəniş sistemləri, mikroprosessorlu kredit
kartları, elektron çeklər və veksellər üzrə elektron ödənişlər daxi-
ldir. Elektron kommersiya üçün proqram təminatı nə qədər
təkmildirsə, Şəbəkədə kredit kartları ilə alışlar da bir o qədər çox
həyata keçirilir.
İnternet vasitəsi ilə alışların ödənilməsi elektron cib kisəsi
sayəsində daha səmərəli olur, çünki bu zaman alıcı növbəti alış
zamanı öz ünvanı və kredit kartı haqqında informasiyanı daxil
etmək zərurəti ilə üzləşmir. Elektron cib kisəsi kredit kartına,
elektron pullara dair informasiyanı, habelə istifadəçinin kimliyini
təyin edən məlumatları saxlayır, istifadəçinin kimliyini təyin
etmək üçün bu məlumatları elektron kommersiya saytındakı
məlumatların miqdar hesablayıcılarına təqdim edir. Elektron cib
kisəsi alışın başa çatması üçün aktivləndirmə zamanı istifadəçinin
adı, kredit kartının nömrəsi və çatdırılma haqqında informasiyanı
avtomatik daxil edir.
Mikroödənişlər sistemi kredit kartları ilə adi ödənişlər üçün
çox kiçik olan cüzi dəyərli (10 $-dək) alışların haqqının
ödənilməsi üçün yaradılmışdır. Belə malların haqqının ödənilməsi
üçün elektron pullar da əlverişlidir. Bu pullar adi pul şəbəkəsinə
(kağız pullar, sikkələr, çeklər, kredit kartları) daxil olmayan pul
120
formasıdır. İstifadəçilər müştəri proqramları ilə təmin olunurlar.
Bu proqramların sayəsində onlar bir-biri və ya elektron pulları
qəbul edən satıcı ilə pul mübadiləsi apara bilərlər. Mikroödəniş-
lərin həyata keçirilməsinə əlavə olaraq, rəqəmsal pullar şəbəkədə
mal almaq istəyən, lakin kredit kartı olmayan alıcılar tərəfindən
və ya interaktiv alışlar üçün kiməsə pul hədiyyə etmək istəyən
alıcılar tərəfindən də istifadə edilə bilər.
Mikroprosessorlu kredit kartları mikroödənişlərin həyata
keçirilməsinin alternativ sistemini təklif edir, çünki bu kartların
mikroçiplərində digər informasiya ilə yanaşı, elektron ödənişlər
haqqında məlumatlar da saxlana bilər. Mikroprosessorlu kredit
kartı kredit kartı ölçüsündə olan, rəqəmsal informasiyanı saxlayan
plastik kartdan ibarətdir. Belə kart sağlamlığa dair informasiya,
eyniləşdirmə məlumatları, telefon nömrələri saxlaya bilər və ya
nağd pul əvəzinə «elektron cib kisəsi» kimi xidmət göstərə bilər.
Bu cür kartdan istifadə etmək üçün İnternet istifadəçiləri öz
kompüterlərinə hesablayıcı qurğular qoşmalıdırlar. Alışın haqqını
ödəmək üçün istifadəçi bu kartı həmin qurğudan keçirməlidir.
Ödənişləri kredit kartları vasitəsi ilə qəbul etməyə imkanı
olmayan araşdırma müəlliflərinə və ya istifadəçilərə pul gön-
dərmək istəyən müştərilərə xidmət məqsədi ilə İnternet vasitəsi ilə
həyata keçirilən yeni «müştəri−müştəri» ödəniş sistemləri işlənib
hazırlanmışdır. Pul göndərən tərəf ödənişin həyata keçirilməsi
üçün nəzərdə tutulan veb-səhifədə ödəniş hesabının yaradılması
üçün öz kredit kartından istifadə edir. Alıcı bu səhifəyə daxil olub
ödənişin necə başa çatdırılmalı olduğunu (bank hesabı və ya
fiziki ünvan vasitəsi ilə) dəqiqləşdirərək, ödənişi qəbul edir.
Alıcılar elektron çeklərin tətbiq edildiyi ödəniş sistemlərindən
istifadə edə bilərlər. Belə çeklər təsdiqlənən rəqəmsal imza ilə
qorunur və elektron kommersiyada ödənişlərin həyata keçirilməsi
üçün istifadə oluna bilər.
İnteraktiv satışların və marketinqin həyata keçirilməsi üçün
İnternetdən istifadə edilməsi yayılma kanallarının münaqişəsini
−satış üçün eyni bir şirkətin məhsullarından istifadə edən iki və
ya daha çox yayım kanalları arasında rəqabət mübarizəsi yarada
121
bilər. Firmaların ticarət heyəti və distribüterlər sifarişçilərin İn-
ternet vasitəsi ilə alışlara başlaması halında mənfəətin azalacağın-
dan ehtiyat edirlər, çünki bu yeni satış kanalı biznesin ənənəvi
metodlarını əvəz edə bilər. Kanalların münaqişəsinin mənfi nəti-
cələrini aradan qaldırmaq üçün bəzi firmalar öz ticarət nüma-
yəndələrinə onların ərazisində aparılmış interaktiv satışlara görə
tam faizlər ödəyirlər, hətta həmin nümayəndələrin bəzən satışa
heç bir töhfə vermədiyini də nəzərə almırlar. Digər şirkətlər,
məsələn, öz əmtəə nomenklaturasının yalnız bir hissəsini İnternet
vasitəsi ilə təklif etmək kimi həll yolları işləyib hazırlayırlar.
Dostları ilə paylaş: |