cəhətdən fəal əhalinin ən təhsilli hissəsinin xüsusi çəkisi kimi.
Burada işsizlərin təhsili işləyənlərin təhsili ilə bərabər nəzərə
alınır, iqtisadi cəhətdən fəal olmayan əhalinin təhsili isə nəzərə
alınmır.
İşsizlərin (EU) təhsil səviyyəsini işsizlərin ümumi sayında
təhsilli işsizlərin (E1, E2 və ya E3 təhsilinə malik olanların)
130
xüsusi çəkisi kimi müəyyənləşdirək. Beləliklə, həmin göstərici
(8.2) düsturuna oxşar düsturla hesablanır. İşsizlərin (EIU) təhsil
indeksini əhalinin ümumi sayında təhsilli işsizlərin xüsusi çəkisi
kimi müəyyənləşdirək. Bu göstərici işsizlərin təhsil səviyyəsi
qiyməti ilə əhalinin ümumi sayında işsizlərin (U) xüsusi çəkisinin
hasilinə bərabərdir:
EIU = EU × U.
Təshih edilmiş təhsil indeksi (EI
1
)-ni bu indeksin əvvəlki
qiyməti ilə işsizlərin təhsil indeksinin cəmi kimi müəy-
yənləşdirək:
EI
1
= EI + EIU.
Rifahın ekstensivliyini rifahın intensivliyinin qiyməti və
əhalinin tərkibi verilmiş olduqda ali fəaliyyətin uzunmüddətli
dövr üçün həcmi xarakterizə edir. Müşahidə edilən statistika
göstəriciləri arasında əhalinin sağlamlığı səviyyəsi ümumi rifahın
ekstensivliyini daha yaxşı əks etdirir, ona görə də əməli hesabla-
malarda bu göstəricilər bir-birinin eyni hesab edilir. Sağlamlıq sə-
viyyəsi doğum zamanı gözlənilən ömür müddəti kimi hesabla-
nılır.
Bu göstərici ölkənin sosial-iqtisadi inkişafı səviyyəsinin ən
yaxşı ümumiləşdirilimiş indikatorlarından biridir. O, yeganə
demoqrafik göstəricidir ki, insan inkişafı indeksinin hesablanması
zamanı istifadə edilir. Həmin indeksin hesablanması zamanı yeni
doğulmuş körpənin gələcək həyatının gözlənilən orta müddə-
tindən başqa həm də rifahın intensivliyi xarakteristikalarından −
yaşlı əhalinin savad səviyyəsindən, birinci, ikinci və üçüncü pillə
təhsil müəssisələrində oxuyanların payından və ümumi daxili
məhsulun adambaşına düşən həcmindən istifadə edirlər. Doğum
zamanı gözlənilən ömür müddəti göstəricisini sağlamlıq indeksi
adlandıraq və HI ilə işarə edək.
İctimai kreativ rifah iki göstərici − rifah indeksi və rifah
həcmi ilə xarakterizə olunur.
Rifah indeksi − WI ümumi rifahın əhali sayından asılı
olmayan nisbi xarakteristikasıdır. Ona görə də həmin göstəricidən
ölkənin müxtəlif regionlarında rifah səviyyələrinin müqayisəsi
131
üçün istifadə edilməsi əlverişlidir. Rifah indeksi təhsil indeksi ilə
sağlamlıq indeksinin hasilinə bərabərdir:
WI = EI × HI.
Rifah həcmi− W ictimai rifahın əhalinin sayından asılı olan
xarakteristikasıdır. Bu göstərici rifah indeksi ilə əhali sayının
hasili kimi müəyyənləşdirilir:
W = WI × P,
burada P – əhalinin sayıdır.
i regionunun rifahının həcmi − W
i
həmin regionun rifah indeksi
ilə onun əhalisinin sayının hasilinə bərabərdir. Bu göstəricinin he-
sablanması düsturu aşağıdakı kimi verilə bilər:
W
i
= WI
i
× m
i
× P,
WI
i
– regionun rifah indeksidir;
m
i
– ölkə əhalisinin ümumi sayında region əhalisinin xüsusi
çəkisidir;
P – ölkə əhalisinin sayıdır.
Ölkənin ümumi rifahına regionun payı − w
i
regionun rifah
indeksi ilə ölkə əhalisinin ümumi sayında onun əhalisinin xüsusi
çəkisinin hasili kimi müəyyənləşdirilir:
w
i
= WI
i
× m
i.
.
Ölkə əhalisinin sayı verilmiş olduqda həmin göstərici
regionun ümumi rifahını birmənalı xarakterizə edir, ona görə də
bu göstəricidən rifah həcminin göstəricisi əvəzinə istifadə oluna
bilər.
Ölkənin rifahının həcmi − W bütün regionların rifahları
qiymətlərinin cəminə bərabərdir. Ehtimal olunur ki, nəzərdən
keçirilən regionlar orta kəsişmə nöqtələrinə malik deyildir və
birlikdə bütün ölkəni əhatə edirlər. Rifahın həcmi aşağıdakı
düstur ilə hesablanılır:
W = (w
i
+ ... + w
n
) × P,
burada n – regionların sayıdır.
132
Чапа имзаланыб 23 . 11. 2011. Каьыз форматы 60х84 1/16.
Щяжми ч.в. Сифариш . Сайы 200.
---------------------------------------------------------------------------
" Игтисад Университети " Няшриййаты.
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6
____________________________________________________
Dostları ilə paylaş: |