129
edəcəkdir. Belə olduqda işləyənlərin təhsilinin
orta müddəti və ya
onların təhsilinin səviyyəsi aşağıdakı düstur ilə hesablanılır:
E = 15×
E1 + 14×
E2 + 12×
E3 + 11×
E4 + 10×
E5 + 5×
E6 + 3×
E7,
burada,
E1 – işləyənlərin ümumi sayında ali təhsilli işləyənlərin
xüsusi çəkisidir (onluq kəsirlə ifadə olunur) və i.a.
2-ci üsul. Təhsil səviyyəsi işləyənlərin ümumi sayında ən
təhsilli işçilərin xüsusi çəkisi kimi. Burada üç yuxarı pilləyə aid
işçilərin sayını nəzərə alan və pillələr üzrə təhsilin müddətində
fərqləri nəzərə almayan təqribi düsturdan istifadə edilir:
E =
E1 +
E2 +
E3 .
Əvvəlki hesablama üsulundan fərqli olaraq, burada təhsil
səviyyəsi
illərlə deyil, faizlərlə ölçülür.
3-cü üsul. Təhsil səviyyəsi əhalinin ümumi sayında ən
təhsilli işçilərin xüsusi çəkisi kimi. Bu göstərici əvvəlki üsulla
hesablanmış təhsil səviyyəsi göstəricisi ilə məşğulluq səviyyə-
sinin hasilinə bərabərdir:
E = (
E1 +
E2 +
E3) ×
L
burada,
məşğulluq səviyyəsi
−L əhalinin ümumi sayında
işləyənlərin xüsusi çəkisinə bərabərdir.
Təhsil indeksinin yuxarıda verilən tərifi işləməyən əhalinin
(işsizlərin və iqtisadi cəhətdən fəal olmayan əhalinin) təhsil
səviyyəsini nəzərə almır ki, bu da onun mötəbərliyini bir qədər
azaldır. İşləməyən əhaliyə gəlincə, o, ictimai istehsalda bilavasitə
iştirak etmir. Bu hal işləməyən əhalini boş dayanan (istifadə
olunmayan) avadanlığa oxşar şəkildə nəzərdən keçirməyə imkan
verir. Belə ki, həmin avadanlıq işləyən avadanlıqla bərabər hesaba
alınmamalıdır.
4-cü üsul. Təhsil səviyyəsi əhalinin ümumi sayında iqtisadi
Dostları ilə paylaş: