“Informasiya İqtisadiyyatı”


Əqli, fərdi və xüsusi mülkiyyət



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   57   58   59   60   61   62   63   64   ...   76
document hrclubaz 217

Əqli, fərdi və xüsusi mülkiyyət 
 
№ 
Xarakteristika 
Mülkiyyət 
xüsusi 
əqli 
fərdi 

Gəlirin mənbəyi 
Bəli 
Bəli 
Xeyr 

Bazar təsiri vasitəsi 
Bəli 
Bəli 
Xeyr 

Hüquqi müdafiə obyekti 
Bəli 
Bəli 
Xeyr 

Şəxslərarası təsir vasitəsi 
Xeyr 
Bəli 
Bəli 

Yaradıcılıq məhsulu 
Xeyr 
Bəli 
Bəli 

İctimai əhəmiyyət mənbəyi 
Xeyr 
Bəli 
Bəli 
 
Əqli mülkiyyətə dörd əsas mülkiyyət növü daxildir: 
1)  müəlliflik  hüququ  ilə  qorunan  ədəbi,  bədii  və  elmi 
mülkiyyət; 
2)  patent hüququ ilə qorunan sənaye mülkiyyəti; 
3)  mülki  dövriyyə  iştirakçılarının  və  onların  istehsal  et-
dikləri  məhsulların  fərdiləşdirilməsi  vasitələri  –  firma  adları, 
əmtəə  nişanları,  xidmət  nişanları,  əmtəələrin  mənşə  yerlərinin 
adları; 
4)  əqli  mülkiyyətin  ənənəvi  olmayan  obyektləri:  kəşflər, 
xidməti  və  kommersiya  sirri,  inteqral  mikrosxemlərin  tipologi-
yası, seleksiya nailiyyətləri, səmərələşdirmə təklifləri. 
Ədəbi,  bədii  və  elmi  mülkiyyət  əsər  formasında  olur.  Bu, 
müəllifin yaradıcılıq fəaliyyəti nəticəsində insan hissləri ilə qavra-
nıla bilən, təkrar istehsal imkanına yol verən konkret formada öz 


 
95 
ifadəsini tapmış ideyaların, fikirlərin və obrazların məcmusundan 
ibarətdir.  Əsər  qeyri-maddi  nemətdir.  O,  müəlliflik  hüququnun 
obyektidir.  Bu  hüquq  ifadə  edildiyi  maddi  obyekt  üzərində  mül-
kiyyət  hüququ  ilə  bağlı  deyildir.  Ona  görə  də  elm,  ədəbiyyat  və 
incəsənət əsəri üzərində müəlliflik hüququ onun təcəssüm edildiyi 
maddi  daşıyıcının  məhv  olduğu  halda  da  qalır.  Yalnız  aşağıdakı 
iki  əlamətə  malik  olan  əsərlər  müəlliflik  hüququnun  obyektləri 
sayılır: 
1)  əsərin  yaradıcı  xarakteri.  Əsərin  yaradıcı  xarakterinin 
göstəricisi onun yeniliyi və ya orijinallığıdır; 
2)  əsərin  obyektiv  forması  və  təkrar  istehsal  edilə  bilməsi
Nə  qədər  ki  müəllifin  fikirləri  və  obrazları  kənarda  təzahür 
etməmişdir,  yalnız  yaradıcılıq niyyəti şəklində mövcuddur, onlar 
digər  insanlar  tərəfindən  qavranıla  bilmir  və  deməli,  onların  hü-
quqi  qorunmasına da əməli  ehtiyac  yoxdur. Yaradıcılığın  nəticə-
sinin  ictimai  əhəmiyyət  kəsb  etməsi  və  müəlliflik  hüququnun 
obyekti  xarakteri  alması  üçün  hansısa  obyektiv  formada  –  yazılı 
(əlyazma, makina yazısı), şifahi (açıq ifa), səs və ya video yazısı, 
təsvir  (rəsm,  plan,  fotokadr),  həcm-məkan  (heykəl,  bina)  və  ya 
digər formada təcəssümünü tapmalıdır. 
Müəlliflik  hüququnun  əsas  vəzifələri  (funksiyaları)  aşağı-
dakılardır: 
 
əldə  edilmiş  yaradıcılıq  nəticələrinin  hüquqi  tanınmasının 
və  qorunmasının,  müəlliflərin  öz  yaratdıqları  əsərlərdən  istifadə 
etmək  və  gəlir  götürmək  hüququnun  təsbit  olunmasını  təmin  et-
mək  vasitəsi  ilə  elmi,  ədəbi  və  incəsənət  əsərlərinin  yaradılması 
ilə bağlı fəaliyyətin stimullaşdırılması; 
 
əsərlərdən cəmiyyətin mənafeyi naminə geniş istifadə üçün 
şərait  yaradılması.  Müəlliflərin  hüquqlarının  qorunması  onların 
əsərlərindən sosial inkişaf məqsədləri üçün istifadəyə mane olma-
malı, maraqlanan cəmiyyət üzvlərinin həmin əsərlərə müraciətini 
məhdudlaşdırmamalıdır.  
Müəlliflik  hüququnun  prinsipləri  onun  universallığa,  ali 
imperativliyə  (zərurətə)  və  ümumi  əhəmiyyətə  malik  olan  əsas 
prinsipləri, başlanğıc ideyalardır. 


 
96 
Müəlliflik hüququnun əsas prinsiplərinə aşağıdakılar aiddir: 
 
yaradıcılıq azadlığı. O, elm, ədəbiyyat və incəsənət əsər-
lərinin senzurası  ilə bir  araya sığmır. Hüquq onları  təyinatından, 
məziyyətlərindən və ifadə üsulundan asılı olmayaraq qoruyur; 
 
müəllifin  şəxsi  maraqlarının  cəmiyyətin  maraqları  ilə 
uzlaşması. Müəllifin öz əsərindən istifadə etmək üzərində inhisa-
rının optimal sərhədlərinin  müəyyənləşdirilməsi müəlliflik hüqu-
qunun başlıca problemlərindən biridir. Heç nə ilə məhdudlaşdırıl-
mayan  inhisar  yalnız  dərc  edilməmiş  əsərlər  barəsində  zəruri  və 
mümkündür; 
müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarının  özgəninkiləşdirilə 
bilməməsi 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin