“Informasiya İqtisadiyyatı”


Əqli mülkiyyət:       Ədəbi, bədii və elmi mülkiyyət



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
document hrclubaz 217

3. Əqli mülkiyyət:       Ədəbi, bədii və elmi mülkiyyət, 
 
MƏQSƏD: 
 
Hal hazırda informasiya cəmiyyətinə xas olan atributla-
rın  fəaliyyətinin  informasiya  iqtisadiyyatı  kontekstində  təhlil 
edilməsi 
 
Əsas terminlər 
 
 kommunitarizm; 
 
mənfəətsiz təşkilat; 
 
kollektivlik əmsalı; 
 
dövlətin yoxsulluğu; 
 qeyri-kommersiya təşkilatı; 
 
sektorlar üçbucağı modeli; 
 
tarif cədvəli (mütərəqqi, reqressiv, mütənasib); 
 
status (işçinin, təşkilatın); 
 
yarıbirbaşa demokratiya; 
 konsensus prinsipi; 


 
77 
Mövzunun izahı 
 
Kommunitarizm  prinsipləri  öz  mahiyyətinə  görə  liberalizm 
prinsiplərinə ziddir və aşağıdakılardan ibarətdir: 
 
 
İnsanlar  prinsip  etibarı  ilə  bir-birindən  ayrı  və  tənha  de-
yildirlər.  Çoxsaylı  və  müxtəlif  şəxslərarası  münasibətlər  onları 
bir-birinə bağlayır və nəticə etibarı ilə insanların həyatını  forma-
laşdırır. 
 
Şəxslərarası  sıx  qarşılıqlı  münasibətlər  olmadan  insan 
yetkin  şəxsiyyət  ola  bilməz.  Bu  mənada  məhz  cəmiyyət  insanın 
varlığının əsasında dayanan və onu formalaşdıran təbii  mühitdir. 
Şəxsiyyətin  mənəvi  müstəqilliyə  nail  olması  yalnız  müəyyən 
sosial və mədəni mühitdə − ailədə, dostlar, müəllimlər, yoldaşlar 
arasında  onun  müvafiq  təlim-tərbiyə  alması  şəraitində  müm-
kündür. 
 Birlik - təsadüfi insanlar qrupuna nisbətən daha mürəkkəb 
bir  qurumdur.  O,  kontekstdən  asılı  olan,  nizamlanmış  qarşılıqlı 
münasibətlər  doğurur.  Sosial  kontrakt  ən  ümumi  şəkildə  elə  bir 
əsasdır  ki,  onun  üzərində  siyasi  cəmiyyət  yaranır  və  fəaliyyət 
göstərir.  Kommunitarizmin  tərəfdarları  «razılaşma»  anlayışının 
çərçivəsinə daxil olan münasibətlərin müxtəlifliyinə xüsusi diqqət 
yetirirlər. 
 
Kommunitaristlər  hisslərin  və  şüurun  liberalizm  mövqe-
yindən  təfsirini  inkar  edir.  Hisslərin  və  şüurun  əlaqəsi  mexaniki 
deyil, mahiyyət xarakteri daşıyır. Şüur çox vaxt hissləri cilovlaya 
bilir, hisslər isə düşüncələrə qida verə bilir. İnformasiyanın təfsiri 
prosesində  şüur  və  hisslər  təkcə  fərdi  deyil,  həm  də  sosial 
səviyyədə birgə iştirak edirlər. Buradan liberalların da ehtimal et-
dikləri  kimi,  belə  çıxır  ki,  ayrıca  bir  insanın  hissləri  qiymətlən-
dirici  mühakimələrin  şəxsi,  irrasional  mənbələri  deyildir.  Bəzi 
hisslər  və  dəyərlər  ayrı-ayrı  insanlar  tərəfindən  danılmaz  həqi-
qətlər  kimi  təsdiq  edilməklə  qalmır,  başqa  hisslərə  və  dəyərlərə 
nisbətən  daha  vacib  hesab  edilir  və  cəmiyyətdə  müzakirə  ob-
yektinə çevrilir. 


 
78 
 
Kommunitaristlər  insanın  hamı  üçün  ictimai  ədalətə  və 
rifaha nail olmağa can atmasını qeyd edirlər.
 
İnsan şəxsiyyətinin 
müsbət  keyfiyyətlərinə  bəslənən  bu  inam  kommunitarizm  tərəf-
darlarını  liberallardan  fərqləndirir.  Liberalların  həddindən  artıq 
arsızlığı onların bu cür pozitiv baxışlarla razılaşmasına mane olur.  
Kommunitarizmin əsas növlərini nəzərdən keçirək: 
  Birlik  partisipativ (ingiliscə 
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin