74
keçirilən fərdin əlverişli impulsa məruz qaldığı ay sıfırıncı ay
sayılır.
Ümumi rifahın multiplikasiyası modelində mərkəzi yeri
A
təsirlər matrisi tutur, onun
a
ij
elementi
i fərdinin cari ayda rifa-
hının bir vahid artması nəticəsində
j fərdinin növbəti ayda rifahı-
nın artımına bərabərdir. Təsir matrisinin bu elementini biz
i fər-
dinin
j fərdinə
təsirinin son norması adlandırırıq, həmin element
bir fərdin digərinə təsir göstərmək qabiliyyətini xarakterizə edir.
Məsələn, tanınmış müğənni üçün təsirin son normasının bir çox
qiymətləri qəti olaraq müsbətdir, çünki onun kreativ rifahının
artması yaradıcılıq fəaliyyətinin nəticələrinə müsbət təsir göstərir
və buna görə də çoxsaylı pərəstişkarların həyatının dolğunluğu
artır. Cəmiyyətin «adi
» üzvü üçün təsirin son normasının sıfıra
bərabər olmayan qiymətlərinin sayı çox deyildir və onun ailə üzv-
lərinin, dostlarının, həmkarlarının və s. sayına uyğun gəlir. Təsirin
son normasının qiymətləri, bir qayda olaraq, mənfi deyildir. Lakin
cəmiyyətə zidd davranışı istisna etmək olmaz ki, bunun da
nəticəsində bir fərdin rifahının artması digər fərdin rifahının
azalmasına səbəb olur. Bu halda təsirin son norması mənfidir.
Ümumi rifahın multiplikasiyası modelində təsirlər mat-
risinin rolu V.Leontyevin xətti balans modelindəki
birbaşa məs-
rəflər matrisinin rolu ilə eynidir. Hər iki matris qısa dövrdə iq-
tisadi subyektlərin birbaşa qarşılıqlı əlaqələri sistemini təsvir edir,
birinci modeldə yaradıcı fərd, ikinci modeldə isə eyni bir məhsulu
istehsal edən sahə subyektdir. Hər iki matrisin diaqonal ele-
mentləri vahiddən böyük olmur.
Dostları ilə paylaş: