65
ərzində onun qiyməti ümumi daxili məhsuldan fərqli olaraq ciddi
şəkildə dəyişə bilməz;
ümumi daxili məhsulun amilləri
ehtiyat tipli iqtisadi
dəyişənlərə aiddir: iki dövrə aid əmək (kapital)
məsrəflərinin cəmi
bütöv dövr ərzində çəkilmiş məsrəfləri xarakterizə edir. Ümumi
kreativ rifahın amilləri
axın tipli iqtisadi dəyişənlərə aiddir; çünki
onlar cəmiyyətin orta üzvünün təhsil səviyyəsini və sağlamlıq
səviyyəsini xarakterizə edirlər;
ümumi daxili məhsulun amilləri
məsrəflər mənası da-
şıyır: mövcud amilin həcminin artması qalan şərtlərin bərabər ol-
duğu vəziyyətdə ictimai istehsalın səmərəliyinin azalması demək-
dir. Ümumi kreativ rifahın amilləri
nemətlər mənası daşıyır:
ictimai məhsulun qiymətləndirilməsi problemi nəzərə alınmadan,
təhsil səviyyəsinin və ya sağlamlıq səviyyəsinin artması qalan
şərtlərin bərabər olduğu vəziyyətdə cəmiyyətdəki sosial-iqtisadi
durumun yaxşılaşdığını ifadə edir.
Kreativ rifahın xarakteristikaları cütlüyünü (
E;
H)
cəmiyyətin
durumu adlandıraq. İki müxtəlif durumun müqayisəsi iki üsulla
aparıla bilər:
1)
Pareto meyarı. Birinci durum ikincidən bu şərtlə üstün
ola bilər ki, ona aid təhsil səviyyəsi və sağlamlıq səviyyəsi ikinci
duruma aid müvafiq qiymətlərdən az olmasın;
2)
kreativ rifah meyarı. Birinci durum ikincidən bu şərtlə
üstün ola bilər ki, ona aid təhsil səviyyəsi ilə sağlamlıq səviyyə-
sinin hasili ikinci duruma aid müvafiq qiymətlərin hasilindən
böyük olsun, yəni ictimai istehsal funksiyasının qiyməti ikinci
nöqtə ilə müqayisədə birinci nöqtədə daha böyük olmalıdır.
Cəmiyyətin durumu bu şərtlə
əldə edilə bilən durum adlanır
ki, verilən resurslar şəraitində bu durum müəyyən dövr ərzində
yaransın. Beləliklə, durumun əldə edilə bilən olması və ya olma-
ması müəyyənləşdirilmiş dövrün uzunluğundan xeyli dərəcədə
asılıdır. Əldə edilə bilən durumlar çoxluğu koordinat oxları və
əldə edilə bilən durumların həddi ilə məhdudlaşır. Kreativ rifah
meyarına görə optimal olan durum əldə edilə bilən durumların
sərhəddinin 0 nöqtəsinə uyğun gəlir ki, həmin nöqtə maksimum
66
mümkün sahəyə malik olan cızılmış düzbucağın zirvəsi kimi çıxış
edir. Məcmu gəlirin təhsil və səhiyyə sahələri arasında bölüşdü-
rülməsi problemi nəzərdən keçirilir. Məcmu gəlirin təhsil sa-
həsinə yönəldilən
hissəsi təhsil fondu, səhiyyə sahəsinə yönəldilən
digər hissəsi
səhiyyə fondu adlandırılır. Təhsil fondu
y
1
, səhiyyə
fondu
y
2
,
məcmu gəlir Y ilə işarələnmişdir.
Təhsil funksiyası əhalinin təhsil səviyyəsinin təhsil fondun-
dan asılılığıdır. Bu funksiya artan funksiyadır, yuxarıdan o, cə-
miyyətin bütün üzvlərinin məcmu həyat fəaliyyəti vaxtı ilə məh-
dudlaşır.
Təhsil sahəsinə qoyuluşların son səmərəsi −
ME təhsil
fondunun bir vahid artması nəticəsində əhalinin təhsil səviy-
yəsinin artımıdır:
1
y
E
ME
.
Təhsilə qoyuluşların son səmərəsi təhsil funksiyasının
törəməsidir, təhsil fondu artdıqca bu göstərici azalır.
Sağlamlıq funksiyası əhalinin sağlamlıq səviyyəsinin sə-
hiyyə fondundan asılılığıdır. Bu funksiya artan funksiyadır, yuxa-
rıdan o, insanın maksimum ömür müddətinin bioloji şərtlənmiş
kəmiyyəti ilə məhdudlaşır.
Səhiyyə sahəsinə qoyuluşların son
səmərəsi −
MN səhiyyə fondunun bir vahid artması nəticəsində
əhalinin sağlamlıq səviyyəsinin artımıdır:
2
y
H
MH
.
Səhiyyə sahəsinə qoyuluşların son səmərəsi sağlamlıq funk-
siyasının törəməsidir, səhiyyə fondu artdıqca bu göstərici azalır.
Ehtimal olunur ki, təhsil və sağlamlıq funksiyaları aşağıda
ifadə edilən mənada bir-birindən asılı deyildir. Təhsil sahəsinə
qoyulan vəsaitlər sağlamlıq səviyyəsinə təsir göstərmir, səhiyyə
sahəsinə qoyulan vəsaitlər isə təhsil səviyyəsinə təsir göstərmir.
Başqa sözlə, bu funksiyaların hər biri tək dəyişənin − müvafiq pul
vəsaitləri fondunun kəmiyyətinin funksiyasıdır. Zaman dövrü bu
şərtlə qısamüddətli adlandırılır ki, təhsil sahəsinə qoyulan pul
67
vəsaitləri təhsil funksiyasını dəyişmir, səhiyyə sahəsinə qoyulan
pul vəsaitləri isə sağlamlıq funksiyasını dəyişmir.
Yuxarıda qeyd olunan ehtimalları nəzərə almaqla, ümumi
kreativ rifah funksiyası aşağıdakı kimi yazıla bilər:
W = E (y
1
) × H (y
2
). 1)
Əgər məcmu gəlirin verilmiş kəmiyyəti şəraitində, yəni
aşağıda göstərilən şərt yerinə yetirildikdə ümumi kreativ rifah
özünün maksimum qiymətinə çatırsa, məcmu gəlirin bölüşdü-
rülməsi qısamüddətli dövr üçün
optimal sayılır:
y
1
+ y
2
= Y. 2)
İctimai optimumun axtarılması haqqında məsələ dəyişənləri
üzərində məhdudiyyətin qoyulduğu şəraitdə (3) ümumi kreativ
rifah funksiyasının maksimallaşdırılmasına gətirib çıxarır. Şərti
ekstremumla bağlı bu məsələ Laqranj metodu ilə həll olunur. Bu
məsələnin həllindən ictimai optimumun zəruri şərti irəli gəlir:
E
H
ME
MH
. 5)
Optimal rifah funksiyası ümumi kreativ rifahın maksimal
qiymətinin məcmu gəlirin kəmiyyətindən asılılığıdır. Bu funksiya
məcmu gəliri ümumi rifahın yeganə amili kimi nəzərə alan
modeldə ictimai istehsal funksiyasıdır. Məcmu gəlir artdıqca
optimal rifah funksiyası da artır, yuxarıdan o, təhsil və sağlamlıq
funksiyalarının müvafiq maksimal qiymətlərinin hasili məhdud-
laşır. Optimal rifah funksiyasının tərsi olan funksiya
rifahın təmin
olunması məsrəfləri funksiyasıdır. Optimal rifah özünün mak-
simum mümkün olan qiymətinə yaxınlaşdıqda bu məsrəflər son
dərəcə böyük qiymətlərə çatır.
Dostları ilə paylaş: