79
masının zəruriliyini qəbul etsin.
Dini birlik. Bu istiqamətin nümayəndələri dini icma hə-
yatının ən qədim və məhsuldar əsası hesab edirlər. Din Allaha
münasibət vasitəsi ilə yaranan və icmanın fəaliyyətinə ali məna
verən transendental dəyərlərin mövcudluğunu təmin edir.
Ekzistensial birlik. Bu yanaşmanın tərəfdarları hesab
edirlər ki, insanlar birgə olmağa can atmalı, bununla belə, insanın
kamil olmamasının bu məqsədi əlçatmaz etdiyini anlamalıdırlar.
Ekzistensial kommunitaristlər bu cərəyanın əksər istiqamətlərinə
xas olan utopik nəsihətçilikdən imtina edərək, daim xatırladırlar
ki, biz heç də ideal olmayan dünyada yaşayırıq.
Kommunitarizm ideyaları insanların şüurunda kök salaraq
onların
könüllü hərəkətlərinin və ya könüllülüyünün mənbəyinə
çevrilir.
Könüllü hərəkətə aşağıdakı kimi tərif verirlər:
bioloji, siyasi və ya iqtisadi təzyiqsiz edilən
sərbəst
hərəkət. Pul şəklində fayda əldə etmək niyyətinin olmaması kö-
nüllü hərəkəti əməkdən, fiziki məcburiyyətin olmaması – kölə-
likdən, bioloji məcburiyyətin olmaması isə – instinktiv-şərtlənmiş
fəaliyyətdən fərqləndirir;
kiməsə kömək göstərməyə yönəlmiş
ictimai faydalı
hərəkət. O, ictimai rifahın uzunmüddətli yaxşılaşmasına və ya art-
masına bilavasitə şərait yaratmayan fəaliyyəti istisna edir;
insanın özünüaktuallaşdırma üsulu. İnsanı könüllülüyə
aparan ən vacib amil özünü istətmək arzusu, digər insanlarla
sərbəst şəxslərarası qarşılıqlı əlaqəyə tələbatdır. Könüllü hərəkət
prosesində insan ali tələbatını ödəyir və özünün sosial mahiyyə-
tini nümaiş etdirir.
Könüllü birlik elə bir strukturlaşmış
qrupdur ki,
onun üzvləri
könüllü hərəkətlər vasitəsi ilə sosial məqsədlərə nail olmağa
təşəbbüs göstərirlər. Bu cür assosiasiya istehlakçılıq marağı sahə-
sində ötəri tərəfdaşlığa və ya fəallığa yönəlməmişdir, o, ali məq-
sədlər naminə təşkil edilir. Könüllü birliklər iqtisadiyyatın
mənfəətsiz sektorunun təşkili üsulu kimi çıxış edirlər.