“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   47   48   49   50   51   52   53   54   ...   76
document hrclubaz 217

Mənfəətsiz təĢkilat 
 
Mənfəətsiz  təşkilat  aşağıdakı  xarakteristikalara  malik  olan 
təşkilatdır: 
 
Təşkilatın  məqsədi  mənfəəti  maksimallaşdırmaq  deyil, 
müəyyən ictimai problemləri həll etməkdir. 
 
Təşkilatın  mənfəəti  onun  əsas  fəaliyyətinin  maliyyələş-
dirilməsinə  yönəldilir  və  təşkilatın  işçiləri  arasında  bölüşdürülə 
bilməz. 
 
Təşkilatın  mülkiyyət  forması  fərdi  və  ya  səhmdar 
mülkiyyəti  ola  bilməz.  Mənfəətsiz  təşkilatlar  dövlət  (büdcə)  və 
qeyri-dövlət (qeyri-kommersiya) təşkilatlarına bölünür. 
 
Mənfəətsiz  dövlət  təşkilatının  maliyyələşdirilməsi  baş-
lıca olaraq dövlət büdcəsi hesabına, qeyri-kommersiya təşkilatının 
maliyyələşdirilməsi isə fərdi ianələr, konkret xidmətlərin göstəril-
məsi  üçün  haqq,  habelə  hökumətin,  korporasiyaların,  digər  təş-
kilatların ayırdıqları subsidiyalar hesabına həyata keçirilir. 
 
Kollektivçilik  əmsalı  qeyri-kommersiya  təşkilatının  ma-
liyyələşdirilməsində vətəndaşların nə dərəcədə iştirak etdiyini xa-
rakterizə  edir.  Kəmiyyətcə  o,  təşkilatın  gəlirlərinin  ümumi  həc-
mində ianələrin və qrantların xüsusi çəkisinə bərabərdir. 
 
Təşkilat  vergi  güzəştləri  alır,  eyni  zamanda,  pensiya, 
tibb və digər sosial fondlara vergilər ödəyir. Təşkilatın işçilərinin 
vergi  güzəştləri  olmur,  onlar  gəlir  vergisi  və  digər  fərdi  vergilər 
ödəyirlər. 
 
Bağışlayanlar,  başqa  sözlə,  təşkilata  könüllü  surətdə 
maddi  və  ya  qeyri-pul  vəsaitləri  verənlər  vergi  güzəştləri  əldə 
edirlər.  Adətən,  ianə  məbləğlərindən  tutulan  gəlir  vergisi  onlara 
qaytarılır.  Həmin  vergi  güzəştləri  xeyriyyəçilik    üçün  müəyyən 
stimul rolunu oynayır. 
 
Təşkilatın  kommersiya  fəaliyyətinə  icazə  verilir,  amma 
o,  əsas  fəaliyyət  ola  bilməz.  Məsələn,  təşkilat  qanunvericilikdə 
dəyişikliklər üçün lobbiçilik edə bilər, jurnal nəşr edə bilər və s. 
Təşkilat özünün başlıca məqsədi ilə bağlı olmayan fəaliyyətindən 
vergini tam həcmdə ödəməlidir. 


 
81 
 
Təşkilat  dürüst  və  məsuliyyətli  üzvləri  olan  kollegial 
orqan tərəfindən idarə olunur. Direktorlar Şurası təşkilatın fəaliy-
yətini  cəmiyyətin  mənafeyi  naminə  istiqamətləndirir.  O,  direk-
torların  maaşlarının,  borcların  həcminin  və  şəxsi  xərclərin  həd-
dindən artıq şişməsinə yol vermir, təşkilatın nizamnamə fəaliyyəti 
ilə kommersiya fəaliyyəti arasında ağlabatan nisbəti təmin edir. 
Əgər  təşkilat  onun  fəaliyyətinin  bütün  cəmiyyətə  faydalı 
olduğunu sübuta yetirə bilsə, mənfəətsiz təşkilat statusu əldə edər. 
Bu halda «faydalılıq» meyarı kimi təşkilatın fəaliyyəti nəticəsində 
irəli  düşən  insanların  sayı  götürülə  bilər.  Məsələn,  iri  yaşayış 
rayonunu  yaşıllaşdırmağı  planlaşdıran  təşkilat  xeyriyyəçi  hesab 
ediləcəkdir, elit bina sakinlərinin bina ətrafındakı ərazini abadlaş-
dırmaq  məqsədi  ilə  yaradılmış  birliyi  isə  xeyriyyəçi  sayılma-
yacaqdır, çünki bu fəaliyyətdən məhdud sayda insanlar faydalana-
caqlar. 
Mənfəətsiz  fəaliyyətə  elmi,  ədəbi,  təhsil  və  dini  fəaliyyət 
daxildir.  Buraya  həmçinin  tibbi  və  hüquqi  yardımı,  evsizlərə, 
işsizlərə,  əlillərə  və  binəsiblərə  göstərilən  yardımı,  dövlət  bina-
larının  və  abidələrin  bərpasını,  sosial  gərginliyin  azaldılmasını, 
haqsızlığa,  ayrı-seçkiliyə  və  cinayətkarlığa  qarşı  mübarizəni,  və-
təndaş  hüquqlarının  və  azadlıqlarının  müdafiəsini  də  aid  edirlər. 
Mənfəətsiz  fəaliyyətin  əsas  növləri  vergi  qanunvericiliyində 
sadalanmışdır. 
Yuxarıda qeyd edildiyi kimi, mənfəətsiz təşkilatlar dövlət və 
qeyri-dövlət  təşkilatlarına  bölünür.  Dövlət  təşkilatlarına,  xüsusən 
məktəblər,  yanğınsöndürmə  və  polis  məntəqələri,  məhkəmələr, 
sosial xidmət bölmələri və s. aiddir. Mənfəətsiz təşkilatların əsas 
hissəsi  qeyri-dövlət  təşkilatlarıdır.  Onları  xeyriyyə  təşkilatları  da 
adlandırırlar.  
Təşkilatların bu cür təsnif edilməsinin əsas meyarı cəmiyyə-
tin mənafeyi naminə fəaliyyət göstərən təşkilatlarla öz üzvlərinin 
mənafeyi naminə fəaliyyət göstərən təşkilatlar arasındakı fərqdir. 
Birinci  qrupa  məktəblər,  kolleclər,  universitetlər,  xəstəxanalar, 
mədəniyyət  və  incəsənət  idarələri,  sosial  xidmət  bölmələri,  ma-
liyyə xidmətləri göstərən təşkilatlar, ictimai  hərəkatlar, elmi  ida-


 
82 
rələr,  xeyriyyə  fondları,  dini  icmalar  və  s.  daxildir.  İkinci  qrupa 
isə həmkarlar ittifaqları, biznes-assosiasiyalar, istehsal və istehlak 
kooperativləri,  veteran  təşkilatları,  qeyri-dövlət  pensiya  fondları, 
etnik cəmiyyətlər, siyasi partiyalar, idman klubları və s. aid edilir. 
Fəaliyyət  istiqamətlərinə  görə  mənfəətsiz  təşkilatlar  aşa-
ğıdakı dörd qrupa bölünə bilər: 
1)  fond  vasitəçiləri  vəsaitlərin  toplanması  və  digər  mən-
fəətsiz  təşkilatlar  arasında  bölüşdürülməsi  üçün  mövcuddur. 
ABŞ-da həmin qrupa fondlar və federal bölmələr daxildir. Fond-
lar  mənfəətsiz  təşkilatlara  qrantlar  ayırır  və  adətən,  bağışlanmış 
vəsaitlər  üzrə  faizlər  hesabına  maliyyələşdirilirlər,  federativ  böl-
mələr  isə  ümumi  məqsədlərlə  bağlı  olan  və  xidmətlər  göstərən 
təşkilatlar (məsələn, Amerika Xərçəng Xəstələri Cəmiyyəti) adın-
dan  fərdi  ianələri  yığır  və  bölüşdürürlər.  Əsas  gəlir  mənbəyi 
yalnız bir ailənin və ya şirkətin investisiyaları və xeyriyyə vəsait-
ləri  olan  təşkilat  xüsusi  fond  adlandırılır.  Xüsusi  fondlardan  xü-
susi  lisenziya  rüsumu  tutulur,  ona  görə  də  mənfəətsiz  təşkilatlar 
bu kateqoriyaya düşməməyə çalışırlar;  
2) dini təsisatlara  kilsələr, məscidlər və s. daxildir; 
3)  xidmət  sahəsinin  təşkilatlarına  təhsil  və  kitabxana  işi, 
səhiyyə  və  qocalara  qulluq,  mədəniyyət,  incəsənət,  iş  axtarışı  və 
tədris  kimi  sahələrdə  çalışan  idarələr  daxildir.  Bu  cür  xidmətlər 
sosial xidmətlər adlandırılır; 
4)  siyasi  təşkilatlar  müxtəlif  sosial  qrupların  maraqlarını 
müdafiə  edir,  seçki  kampaniyaları  ilə,  lobbiçiliklə  və  qanun 
yaradıcılığına aid digər fəaliyyətlə məşğul olurlar. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin