47
istənilən ali fəaliyyətinə yaradıcı əmək kimi baxılır, çünki təfək-
kür proseslərini işəgötürənin qarşıya qoyduğu vəzifələrin yerinə
yetirilməsinə aid olanlara və insanın «qeyri-iş» həyatına aid olan-
lara ayırmaq mümkün deyildir. Axı, bir qayda olaraq, yaradıcı işçi
özünün qeyri-iş vaxtının xeyli hissəsini peşə funksiyalarını yerinə
yetirməyə sərf edir. Ali fəaliyyət vaxtının onun iş yerində əmək
funksiyaları ilə bilavasitə bağlı olmayan hissəsi isə həmin
funksiyalarla dolayısı ilə əlaqəlidir, buna görə də yaradıcı əmək
vaxtına aid edilməlidir.
. Kreativ rifah iqtisadiyyatın mikro və
makro səviyyələrində universal məqsəd göstəricisi kimi. Ənənəvi
iqtisad nəzəriyyəsində mikroiqtisadiyyat subyektlərinin məqsəd
göstəriciləri və cəmiyyətin məqsəd göstəricisi bir-birinə uyğun
gəlmir. Mikrosəviyyədə müxtəlif iqtisadi subyektlərin müxtəlif
məqsəd göstəriciləri vardır. Həmin göstəricilər bunlardır: is-
tehlakçı üçün − faydalılıq, istehsalçı üçün − istehsalın həcmi,
firma üçün − mənfəət. Cəmiyyətin məqsəd göstəricisi kimi, adə-
tən, məcmu əlavə dəyərdən ibarət olan ÜDM qəbul edilir. Belə-
liklə, məqsədli makroiqtisadi göstərici məqsədli mikroiqtisadi
göstəricilərin heç biri ilə üst-üstə düşmür. Bu hal ənənəvi nəzəriy-
yənin ciddi çatışmazlığıdır, çünki iqtisadi təhlilin mikro və makro
səviyyələri arasında keçilməz sədd yaradır. Kreativ iqtisad
nəzəriyyəsində yaradıcı fərd mikroiqtisadiyyatın yeganə subyekti
kimi qəbul edilir. Onun məqsədi özünün kreativ rifahını
maksimallaşdırmaqdan ibarətdir. Bu məqsəd fərdi kreativ rifah
göstəricilərinin məcmusundan ibarət olan ictimai kreativ rifahın
maksimallaşdırılması məqsədinə tam uyğundur.
Dostları ilə paylaş: