“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   29   30   31   32   33   34   35   36   ...   76
document hrclubaz 217

Kapital nəzəriyyələri 
 
 
 
 
Kapital 
Kapitalın ölçülməsi üsulu 
dəyər 
natural-maddi 
natural-zaman 
Daxili 
İnsan kapitalı 

Kreativ kapital 
Sosial 
Dəyər 
sosial 
kapitalı 

Şəxslərarası 
Zahiri 
Maliyyə 
kapitalı, 
istehsal kapitalı 
Fiziki 



 
48 
İnformasiya  cəmiyyətində  iqtisadi  hakimiyyətin  üstünlük 
təşkil edən amili fərdin yaradıcılıq qabiliyyəti, məhsulun üstünlük 
təşkil  edən    növü  isə  nadir  şəxsiyyətin  ali  fəaliyyətinin  nəticəsi 
olan  informasiya  məhsuludur.  Yaradıcılıq  qabiliyyəti  insanın 
merkantil  məqsədləri  ilə  zəif  bağlı  olub,  daha  rəngarəngdir  və 
sahibkarlıq qabiliyyətinə nisbətən irsi amillərlə daha az dərəcədə 
şərtlənmişdir. 
İnformasiya cəmiyyətində nemətlərin bölgüsü əvvəlki dövr-
lərdəki nemətlər bölgüsündən prinsipial şəkildə fərqlənir. O dövr-
lərdə istehlak sahəsində qeyri-bərabərlik maddi sərvətlərin qeyri-
bərabər  bölgüsü  ilə  müəyyənləşirdi.  Maddi  nemətlərin  əksər 
hissəsinin istehlakı insanın yüksək intellektual və yaradıcı inkişa-
fını tələb etmirdi, ona görə də şəxsi keyfiyyətlərin bölgüsü prob-
lemi ikinci dərəcəli idi. İnformasiya cəmiyyətində vəziyyət başqa 
cürdür. İnformasiya məhsulları ictimai nemət olduğundan nemət-
lərin  bölgüsü  problemi  ənənəvi  anlamda  aktuallığını  itirir  və 
tədricən yaradıcılıq qabiliyyətinin bölgüsü problemi ilə əvəzlənir. 
Bir tərəfdən, insanın yaradıcılıq qabiliyyəti onun ictimai informa-
siya  nemətlərindən  öz  inkişafı  üçün  istifadə  etmək  qabiliyyətini 
xarakterizə edir,  yəni  son nəticədə onun  istehlakı həcmini  müəy-
yənləşdirir.  Digər  tərəfdən,  insanın  yaradıcılıq  qabiliyyəti  onun 
informasiya  nemətləri  yaratmaq  qabiliyyətini  xarakterizə  edir, 
yəni  son  nəticədə  onun  istehsalı  həcmini  müəyyənləşdirir.  Belə-
liklə, insanın yaradıcılıq inkişafı onun istehlak və istehsal qabiliy-
yətini  müəyyənləşdirir.  Əvvəlki  tarixi  dövrlərdə  insanın  bu 
qabiliyyətləri nəinki üst-üstə düşmürdü, həm də  müxtəlif ictimai 
siniflərə aid idi −  məhsuldar əmək qabiliyyəti aşağı siniflərə, is-
tehlak  qabiliyyəti  isə  yuxarı  siniflərə  aid  idi.  İnformasiya  cəmiy-
yətində nemətlərin bölgüsü ictimai faydalı fəaliyyətin bölgüsü de-
`məkdir −  insan nə qədər çox inkişaf etmişdirsə, onun yaradıcı is-
tehlakının həcmi də, yaradıcı istehsalının həcmi də bir o qədər bö-
yükdür.  
Nemətlərin  bölgüsü  problemində  əsas  vurğunun  xüsusi  ne-
mətlər bölgüsündən qabiliyyət bölgüsünə keçməsi  «nemət» anla-
yışının  özünün  də  kökündən  dəyişməsi  deməkdir.  Əgər  əvvəllər 


 
49 
nemət  dedikdə  istehlakın  zahiri  obyekti  başa  düşülürdüsə,  infor-
masiya  cəmiyyətində  bu  termin  istehlakın  subyektini  –  insanı, 
məhz  insanın  informasiya  məhsullarının  istehlakı  prosesini 
mümkün  edən  qabiliyyətini  bildirir.  İnformasiya  cəmiyyətində 
nemət  anlayışının  məzmununun  dəyişməsi  nemətlərin  internal-
laşması  adlanır:  maddi əmtəələr formasında olan zahiri nemətlər 
fərdin  yaradıcılıq  qabiliyyəti  formasında  olan  daxili  nemətlərlə 
əvəzlənir.  

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin