56
qiymətləri azalır.
Yaradıcı sahibkarın
tarazlığı mənfəətin verilən kəmiyyəti
şəraitində onun maksimum rifah səviyyəsinə çatdığı vəziyyətdir.
Tarazlıq haqqında məsələ (4.3) dəyişənlərinin məhdudlaşdırıldığı
şəraitdə (4.4) istehsal−istehlak funksiyasının maksimallaşmasına
gətirib çıxarır. Şərti ekstremuma dair bu məsələni Laqranj metodu
ilə həll edib sahibkarın tarazlıq şərtini əldə edirik:
MW
C
= MW
S
3)
Beləliklə, tarazlıq vəziyyətində istehlaka yönəldilən 1 rubl
yığıma yönəldilən 1 rubl ilə eyni miqdarda fərdi rifahın artımına
səbəb olur. Tarazlıq şərtindən aşağıdakı iki nəticə də çıxır:
istehlakın yığımla əvəzlənməsinin son norması (
MRS)
vahidə
bərabərdir;
sahibkarın istehsal−istehlak funksiyasının müəyyən
etinasızlıq əyrisi büdcə xəttinə toxunur.
Mənfəət artdıqda sahibkarın tarazlığının dəyişməsini tədqiq
edək. Bunun üçün iki tərifdən istifadə edək:
İstehlaka meyilin son həddi (MPC) mənfəətin 1 rubl artdığı
şəraitdə sahibkarın istehlakının tarazlı həcminin artımıdır. Bu
göstərici vahiddən böyük deyildir.
Yığıma meyilin son həddi (MPS) mənfəətin 1 rubl artdığı
şəraitdə sahibkarın yığımının tarazlı həcminin artımıdır. Bu
göstərici vahiddən böyük deyildir.
Ehtimal edilir ki, mənfəət artdıqca istehlaka meyilin son
həddi azalır, yığıma meyilin son həddi isə artır. Başqa sözlə,
mənfəət artdıqca asudə vaxt sahəsində yaradıcılıq fəaliyyəti üçün
imkanlar biznes sahəsi ilə müqayisədə daha yüksək sürətlə tü-
kənir. Buna görə də sahibkarlıq fəaliyyəti sahibkar üçün onun
şəxsiyyətinin inkişafı baxımından ənənəvi nemətlərin işdənkənar
vaxtlarda istehlakına nisbətən getdikcə daha böyük əhəmiyyət
kəsb etməyə başlayır.
Ehtimal olunurdu ki, fərd özünün bütün gəlirini cari isteh-
laka sərf edir və öz kreativ kapitalına vəsait qoymur. Başqa sözlə,
istehsal–istehlak funksiyası dəyişməz fərz edilirdi. Burada eh-
timal olunur ki, fərdin gəlirinin bir hissəsini kreativ kapitala
58
nəticəsində kreativ rifahın müsbət artımı ilə tam kompensasiya
olunur.
Dostları ilə paylaş: