İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 219 ____________________________
Stateless (sadə süzgəcləmə) – cari birləşmələr izlənilmir
(məsələn,
TCP/IP protokolu ), amma verilənlər axını
statik qanunlara ciddi əməl olunmaqla süzgəclənir;
Stateful (
kontekst nəzərə alınmaqla süzgəcləmə) – cari
birləşmələr izlənilir və o paketlər şəbəkəyə buraxılır ki,
onlar uyğun protokolları və əlavələri müəyyən məntiqə
və alqoritmə əsaslanmaqla təmin etsinlər.
Tətbiqi proqramlar kimi realizə edilən porulyar
brandmayerləri nəzərədən keçirək.
1.
Outpost Firewall Pro. Fərdi brandmayerdir, aşağıdakı
funksiyalara malikdir:
Verilənlərə qeyriqanunu daxil olmaların qarçısını alır;
Şəbəkədə müdafiə edilən sistemin gizlədilməsi (sistem
pisniyyətli “dağıdıcı” şəxs üçün “gözəgörünməz” olur);
Daxil olan poçt məlumatlarının təhlili və baş verə biləcək
potensial təhlükələrin bloklanması;
Sistemın şəbəkə aktivliyinin təhlili və monitorinqi;
“Qadağa”
qoyulmuş
saytlara
daxil
olmaların
(əlçatanlığın) bloklanması (əsasəndə uşaqlar və şöbədə
işləyən bəzi əməkdaşlar üçün nəzərdə tutulur).
2.
ZoneAlarm Pro. Funksional sazlamalara uyuşanlıq
(çeviklik)
göstərən
güclü
brandmayerin
imkanlarına
aşağıdakılar daxildir:
Şəbəkədə istifadə olunan hər bir proqram üçün qanunun
yerinə yetirilməsinə imkan verən süzgəc əlavəsi;
Rəqəmsal imzanın dəstəklənməsi;
Hadisələrin ətraflı
loq-faylı və onun təhlili üçün vasitələr
(nəticədə mətn və qrafik təhlili istifadəçiyə təqdim edir);
Cookies sazlanan nəzarəti;