İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 223 ____________________________
bitlərlə, baytlarla və s. ilə ölçülür.
Texniki məsələlərin həll edilmə arxitekturasına görə VPN
aşağıdakı siniflərə bölünür:
1.
Korporativ daxili. Bu sinif müəssisə daxili bölmələr
arasında qarşılıqlı münasibətin müdafiə olunmasını və
korporativ əlaqələri olan birliklərin müəssisənin daxilində
yaradılmış qruplar ilə əlaqəsini təmin edir (bura seçilərək
ayrılmış rabitə xətlərini də əlavə etmək lazımdır).
2.
Uzaqlaşdırılmış əlçatanlığı olan VPN. Bu sinif korporativ
informasiya resurslarına malik olan şirkətin uzaq məsafədə olan
əməkdaşlarının və ya mobil telefonla əlaqələr yaradan
işçilərinın (şirkətdən çox-çox uzaqda işləyənlər nəzərdə tutulur)
informasiya
əlaqələri
yaratması
zamanı
müdafiənin
yaradılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur.
3.
Korporativarası VPN (extranet VPN). Bu sinif bir şirkətin
şəbəkəsindən digər şirkətin şəbəkəsinə daxil olan zaman
müdafiənin təmin olunması üçün nəzərdə tutulmuşdur
(məsələn, tərəfdaşlar, müştərilər və s.).
Texniki realizə olunma üsuluna görə VPN aşağıdakı kimi
təsnif edilir:
Marşrutlaşdırıcılara
əsaslanmaqla
(qrafikanın
şifrələnməsi məsələsi marşrutlaşdırıcıların köməyilə
yerinə yetirilir və lokal şəbəkədən alınan informasiya
onlardan keçir);
Şəbəkələrarası ekrana əsaslanmaqla;
Proqram təminatına əsaslanmaqla;
Xüsusi hazırlanmış aparat vasitələrinə əsaslanmaqla.
IPSec protokolları toplumunu nəzərdən keçirək. Toplum
IP protokoluna uyğun ötürülən verilənlərin müdafiə edilməsi
üçün müəyyən edilmişdir. IPSec protokolu IP paketlərinin