İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 280 ____________________________
ISTF -nin təqdimatları fəaliyyətdə olan və ya yeni
fəaliyyətə başlayan elektron biznes və elektron kommersiya
şirkətləri üçün nəzərdə tutulmuşdur. Bu təlimatların
şirkətlərə
tətbiqi onu göstərir ki, elektron biznes sistemində
informasiyanın müdafiəsi kompleks şəkildə olmalıdır.
Hücumlardan kompleks
müdafiə və təminat iqtisadi
baxımdan əlverişlidir. Odur ki, elektron biznes üçün
kommunikasiya resurslarından istifadə etmək üçün aşağıdakılar
vacibdir:
Elektron biznes sistemlərində təhlükəsizlik hədələrinin
təhlil
edilməsi;
İnformasiya
təhlükəsizliyi
siyasətinin
işlənib
hazırlanması;
Konfidensiallığı, tamlığı və ötürülən informasiyanın
əslliyini qorumaqla kanal vasitəsilə informasiyanın
ötürülməsinin müdafiə olunmasının təşkil edilməsi;
İnternetə və kanarda olan şəbəkələrə açıq şəkildə
qoşulmaq və bu şəbəkələrdən
istifadə edənlər üçün
təhlükəsizliyin təmin olunmasına imkanın yaradılması;
Ən çox kommersiya məqsədi ilə istifadə edilən
informasiya sistemlərinin müdəfiəsinin təmin edilməsi;
Kommersiya
məqsədli
informasiya
sistemlərində
verilənlərin ötürülməsi üçün yararlı
olan kanallarda
müdafiənin yaradılması;
Korporativ şəbəkələrin informasiya resurslarından
istifadə
etməklə
personala
müdafiə
şəraitinin
yaradılması;
Şəbəkə vasitələrinin mərkəzləşdirilmiş şəkildə etibarlı
idarə edilməsinin müdafiəsinin təşkil olunması.
ISTF təqdimatlarına əsasən elektron biznes sahəsində
informasiya sistemlərinin təhlükəsizliyinin yaradılmasında birinci