İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 278 ____________________________
xüsusiyyətli informasiya sistemlərində informasiyanı etibarlı
müdafiə etmək üçün yüksək ixtisaslı mütəxəssislərin olması
vacibdir. Onlar informasiya sistemlərinin hər bir komponentinin
(təşkiledicisinin) təhlükəsizliyinə cavabdeh olmalı, informasiya
sistemlərini düzgün sazlamalı, sistemdə baş verən dəyişiklikləri
daim izləməli, istifadəçinin işinə nəzarət etməli və s.
işləri
tutarlı səviyyədə icra etməlidirlər. Aydındır ki, informasiya
sistemləri nə qədər müxtəlif xüsusiyyətlərə malik olsalar, o
qədər də onların təhlükəsizliyini təmin etmək mürəkkəbdir.
Korporativ şəbəkələrinin və müdafiə qurğuları sistemlərinin
çoxluğu,
şəbəkədaxili ekranlar, şlüzlər və VPN-lər, həmçinin
korporativ verilənlərə istifadəçilərin maraqlarinin artmasi və
həmin verilənlərə istifadəçilərin daxilolmalarının çoxalmasl,
tərəfdaşlar və sifarişçilərin sayının artması və s.
mürəkkəb
müdafiə sisteminin yaradılmasını zəruri edir.
Təhlükəsizliyin təşkilatı baxımdan həll edilməsi müdafiəni
bütün səviyyələrdə təmin etməlidir. Odur ki, vahid standartlar
toplumunun yaradılması həm istehsalçılar üçün, həm də ki,
istehlakçılar üçün sözsüz ki, vacibdir.
İnformasiya təhlükəsizliyinin təmin olunması
sahəsində
tətbiq olunan standartlar daimi bünövrə yaradır, kriteriyaların
müəyyən edilməsində əsas rol oynayırlar. Standartlar müxtəlif
istehsalçıların istehsal etdikləri məhsullar arasında uyğunluğun
əldə olunmasında və bu məhsullardan informasiya
sistemlərində istifadəsi zamanı təhlükəsizliyin lazımi səviyyədə
qorunmasında bünövrə sayılırlar.
Təhlükəsizliyin təmin edilməsi
probleminə kompleks
yanaşma, qanunvericilik, inzibatı-təşkilatı və proqram-texniki
tədbirlər, sənaye, milli və beynəlxalq standartlar – bütün bunlar
korporativ şəbəkələrin müdafiə sisteminin təməlidir.