İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 321 ____________________________
ticarətin təşkil edilməsinə yardımçıdır. SET protokolu X.509
standartına uyğun rəqəmsal sertifikatdan istifadəyə əsaslanır.
Protokol MasterCard və Visa şitkətləri tərəfindən
yaradılmışdır (prosesdə IBM, GlobeSet
və digər tərəfdaşlarda
iştirak etmişlər).
AÇIQLAMA
:
Tranzaksiya bir hesabdan digər hesaba
pul vəsaitlərinin köçürülməsi üçün bank əməliyyatıdır.
SET İnternetdə təhlükəsiz ödəmələrin yerinə yetirilməsinə
və plastik kartlardan istifadəyə imkan verir.
Əksət hallarda
protokolu İnternetdən istifadə etməklə
standart texnologiya və
ya
plastik kartlardan istifadə etməklə təhlükəsiz ödəmələri
yerinə yetirən protokol adlandırırlar.
Protokol kriptoqrafiyadan
(əsasəndə rəqəmsal sertifikatlardan) istifadə etməklə istehlakçı
ilə satıcılar arasında bütün ticarət əlaqələrinin yaradılmasına
köməklik edir.
SET protokolunun köməyilə informasiyanın əlçatanlığı,
tamlığı, konfidensiallığı və hüquqi əhəmiyyəti tam şəkildə həll
olunur.
SET-in əsas üstünlüyü rəqəmsal
sertifikatdan istifadə
edilməsidir (digərlərinə nəzərən). SET bank ilə satıcılar
arasında cari sistemə inteqrasiya olunan əlaqə yarada bilir.
IPSec protokolu
. IPSec protokolunun spesifikasiyası
TCP/IP protokolunun cari versiyası
ilə münasibətdə əlavə kimi
sayıla bilər (burada IP v.6 standartından istifadə edilir).
Protokol IP Security IETF işçi qrupu tərəfindən işlənib
hazırlanmışdır. İndiki zamanda protokol özünə 3 alqoritmi –
RFC-standartını təmsil edən müstəqil baza spesifikasiyanını
birləşdirir. Protokol IP şəbəkə səviyyəsində
standart rəqəmsal
trafik üsulunu dəstəkləyir. Protokolun köməyilə ikitərəfli