İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 334 ____________________________
5.
Kriptoqrfaik funksiyalar. İnformasiyanın müdafiə
olunmasını kriptoqrafik vəsaitlərdən istifadə etmədən təsəvvür
etmək mümkün deyil. Əməliyyat sistemlərində şifrələmə
istifadəçinin parollarını
və sistemin təhlükəsizliyini, həmçinin
qorxulu olan digər verilənləri rabitə kanalları vasitəsilə
ötürülməsi və saxlanması zamanı istifadə olunur.
6.
Şəbəkə funksiyaları. Müasir əməliyyat sistemləri lokal və
ya qlobal kompüter şəbəkələrin tərkibində izolə edilməmiş
işləyirlər. Bir şəbəkəyə daxil olan
kompüterlərin əməliyyat
sistemləri müxtəlif məsələlərin həll edilməsində bir-birinin
arasında qarşılıqlı əlaqədə olurlar (o cümlədən, o məsələlərin
həllində ki, onlar birbaşa informasiyanın
müdafiəsi ilə
əlaqəlidirlər).
Müdafiənin altsistemi adətən vahid proqram moduluna
malik deyil. Bu baxımdan sadalanmış müdafiə altsisteminin
funksiyası bir və ya bir neçə proqram modulu ilə həll olunur.
Bəzi funksiyalar bilavasitə əməliyyat sisteminin nüvəsinə
quraşdırılırlar (yapışdırılırlar). Odur ki, modullar arasında dəqiq
interfeys olmalıdır və bu interfeysdən
ümumi məsələlərin həll
edilməsində (modulların qarşılıqlı əlaqəsi yaranan zaman)
istifadə edilir.
Belə əməliyyat sisteminə Windows əməliyyat sistemini
nümunə göstərmək olar. Burada müdafiənin altsistemi
əməliyyat sisteminin ümumi arxitekturasında dəqiq seçilir
(ayrılır). Amma UNIX əməliyyat sistemində müdafiə funksiyası
praktiki olaraq əməliyyat sisteminin
bütün elementlərinə
paylanmışdır.
Qeyd etmək lazımdır ki, istənilən əməliyyat sistemi
standart müdafiəni təmin edirsə, onda həmin əməliyyat sistemi
öndə sadalanan funksiyaları yerinə yetirməlidir. Adətən