İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə231/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   227   228   229   230   231   232   233   234   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

Auditə qoyulan təlabat
. Əməliyyat sisteminin audit 
altsistemi aşağıdakı tələbləri ödəməlidir: 

Audit jurnalına əlavələr etməyə ancaq əməliyyat 
sisteminin imkanı vardır; 

Audit jurnalına olunmuş qeydləri heç bir subyekt 
(əməliyyat sistemi də daxil olmaqla) ləğv edə bilməz; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 347 ____________________________ 

Audit jurnalına baxış keçirməyə ancaq müəyyən 
üstünlüyü olan istifadəçi edə bilər; 

Audir jurnalını ancaq istifadəçi-auditor “təmizləyə” bilər; 

Audit jurnalı dolduqda əməliyyat sistemi qəza halında işi 
tamamlayır (“zavizanie – asılılıq” baş veirir). Sistem 
yenidən yükləndikdən sonra onunla ancaq auditor işləyə 
bilər. Bu zaman audit jurnalı “təmizlənir” və əməliyyat 
sistemi adi iş rejiminə keçir. 
Audit jurnalına əlçatanlığın məhdudlaşdırılması üçün 
xüsusi müdafiə vasitələrindən istifadə olunmalıdır. 
Asudit siyasəti
– qaydalar toplumudur, audit jurnalında 
hansı hadisənin qeyd olunmasını müəyyən edir. Əməliyyat 
sisteminin etibarlı müdafiə edilməsi üşün audit jurnalında
aşağıdakı hadisələrin qeyd edilməsi vacibdir: 

Sistemdən istifadəçinin giriş/çıxış cəhdləri; 

İstifadəçilərin 
siyahısının 
dəyişdirilməsinə 
cəhdin 
göstərilməsi; 

Təhlükəsizlik siyasətinin dəyişdirilməsinə cəhd (o 
cümlədən audt siyasətinin dəyişdirilməsinə edilən cəhd). 
Hadisələrin seçilərək audit jurnalında qeyd olunması 
auditorun boynundadır. Hadisələri seçən zaman audit jurnalın 
tez bir zaman ərzində dolacağını nəzərdə tutmalıdır, buna qarşı 
lazımı tədbirlər görməlidir. Audit siyasəti əməliyyat sistemində 
baş vermiş dəyişikliklərə operativ reaksiya verməlidir. 
Bəzi əməliyyat sistemlərində audit siyasəti audit 
jurnalında baş vermiş hadisələrin qeydiyyatı ilə bərabər 
auditorları həmin hadisələr haqqında interaktiv xəbərdar da 
edir. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin