İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 352 ____________________________
perforasiya olunmuş perfokartda dəyişiklik etmək üçün yer
ayırırdılar, daha doğrusu perfokartın üzərinə - ayrılmış yerə
yeni proqram olan kağızı yapışdırırdılar – yamaq vururdular.
Bu baxımdan da o vaxtlar perfokartda və ya perfolentdə
ayrılmış yeri “patç” – “yamaq” adlandırmaq məsləhət
bilinmişdi. Sonralar maqnit lentlərin, disketlərin istehsalı
başlanılır, patç istifadəçiyə zərflərin içərisində göndərilir.
İndiki zamanda İnternetdən istifadə edilən zaman kompüter
proqramları və onların istifadəçiləri patçı sayt istehsalçılarının
saytlarından “çəkirlər”.
Loq (ingiliscə loq) – hadisələr jurnalı, gündəlik, protokol
anlamını verir.
Loqlar (Loq Files – Loq faylları) – saytların
qiymətləndirilməsi və təhlili üçün istifadə edilən, serverin
işləməsi barədə sistem informasiyanı özündə saxlayan
fayllardır. Loqlar proqramın və ya istifadəçinin nə etdiyi
barədə ətraflı protokoldır.
Kontekst (latınca contextus – “birləşmə”, “əlaqə”
anlamlarını verir) mətnin yazılı və ya şifahi formada olan
tamamlanmış hissəsidir. Kontekst ümumi mənada mətnə
daxil olan ayrı-ayrı sözlərin, cümlələrin və i.a.
müəyyənləşdirilməsinə imkan verir.
Şəbəkədə informasiya vasitələrinin idarəetmə sisteminin
müəyyən problemləri yaranır ki, onlarında həll edilməsinə iki
yanaşma tətbiq edilir. Birinci yanaşma şəbəkə vasitələrinin və
ya sistemlə idarəetmənin (müdafiə vasitələrinin idarəedilmə
mexanizmi ilə birlikdə) inteqrasiyası ilə, ikinci yanaşma isə
təhlükəsizliyin idarəetmə məsələlərinin həll edilməsi üçün
istifadə edilən vasitələrin istifadəsi ilə əlaqəlidir.