İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 95 ____________________________
Klod Elvud Şennon 30 aprel 1916-cı ildə ABŞ-ın
Miçiqan ştatında anadan olmuşdur, 24 fevral 2001-ci ildə
ABŞ-ın Massaçusets ştatındakı Medford şəhərində dünyasını
dəyişmişdir. K.E.Şennon amerikalı mühədis və riyaziyyatçıdır.
Alim informasiya nəzəriyyəsinin yaradıcısıdır, o, ehtimal
nəzəriyyəsinə, avtomatlar nəzəriyyəsinə və idarəetmə
sistemləri nəzəriyyəsinə böyük tövhələr vermişdir. K.Şennon
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 96 ____________________________
1948-ci ildə informasiyanın ölçülməsi üçün “bit” ölçü
vahidindən istifadəni təklif etmişdir. 1932-ci ildə Miçiqan
universitetinə daxil olduqdan sonra C.Bul ilə elmi işlərin
aparılmasında iştirak etmişdir. Universiteti bitirdikdən sonra
görkəmli alim Vannevar Buş ilə birgə elmi araşdırmalarda
iştirak etmişdir. 1937-ci ildə maqistraturada oxuduğu zaman
yazdığı “Rele və kommutatorların simvol təhlili” adlı elmi
məqaləsi 1938-ci ildə “Amerika mühəndisləri institutu”
jurnalında çap edildikdən sonra o, çap etdirdiyi elmi
məqaləyə görə “Alfred Nobel” mükafatına layiq görülür.
Alimin apardığı elmi araşdırmalar XX əsrin ən vacib elmi
işləri sayılır. K.E.Şennon 1940-cı ildə “Nəzəri genetika üçün
cəbr” adlı doktorluq dissertasiyasını müdafiə edir. 1950-
1956-cı illərdə alim məntiqi maşının yaradılması ilə məşğul
olur. Onun hazırladığı məntiq maşını şaxmat oynaya bilirdi.
1950-ci ildə təqaütə çıxdıqdan sonra daim Bell laboratoriyası
ilə elmi məsləhətləşmələri həyata keçirir. Klod Elvud Şennon
dövrünün ən görkəmli alimlərindən biri sayılır.